Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub”

15:49 30.01.2019 1 158
Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub”














Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda ilk dəfə təşkil olunan “Milli KSM Mükafatı 2018″ mükafatına layiq görülüb.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Asan Xidmət və Milli Məclis üzvləri, bır sıra qeyri-hökumət və özəl təşkilatların təmsil olunduğu Münsiflər Heyəti Bakcell şirkətini “Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyasında mükafatlandırıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası, Azərbaycan Gənclər Fondu və Proaktiv şirkətinin Bakı Konqres Mərkəzində təşkil etdiyi mükafatlandırma mərasimində 2018-ci il ərzində həyata keçirilmiş uğurlu KSM layihələrinin seçilməsi üçün baş tutmuş müsabiqə, uğurlu KSM layihələri və Azərbaycanda bu sahənin inkişafı haqqında danışılıb.

“”Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyası üzrə mükafata layiq görülmüş “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Bakcell”in əz uzunmüddətli tərəfdaşlarından biri olan “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə icra olunur. Layihədə iştirak edən gənclər “Bakcell”in maliyyə dəstəyilə öz kiçik bizneslərini qurublar. Biz 2019-cu ildə də növbəti eyniadlı layihəni həyata keçirəcək və daha çox gəncə dəstək olacağıq”, deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

“Bu il 10 yaşını qeyd edəcəyimiz “Bakcell Stars” KSM proqramı ölkənin ən geniş-miqyaslı korporativ sosial məsuliyyət proqramlarından biridir. Proqramın əsas məqsədi xüsusi qayğiya ehtiyacı olan uşaqlar və gənclər üçün bərabər hüquq və imkanların yaradılması və onların cəmiyyətə inteqrasiyasının dəstəkləməsi ilə yanaşı ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların və valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahının yaxşılaşdırılmasıdır. Bakcell şirkətinin bu istiqamətdə uğurlu fəaliyyəti davamlı xarakter daşıyır və biz çox şadıq ki, uşaq və gənclərə göstərdiyimiz dəstək öz bəhrəsini verir”, deyə Süheylə Cəfərova əlavə edib.

Xatırladaq ki, Bakcell 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir. Həmçinin, 2010-cu ildən bəri “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirilən “İncəsənət vasitəsilə ünsiyyət” layihəsi və digər iri sosial layihələr vasitəsilə Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmaları üçün əlindən gələni edir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:03

Təşkilatcı məmur, gözəl insan və əsl Vətən daşı... - Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Şahlar Əhmədov

21:08

Qardaşlıq münasibətləri

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

23:33

Alim və oftalmoloq

01:44

Görkəmli oftalmoloq-alim, böyük ziyalı - ZƏRİFƏ XANIM ƏLİYEVA - ANIM...

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu

17:15

Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir

23:01

Navalnı necə öldürülüb? - Bu informasiyanı verəcək şəxsə 50 min avro vəd edildi

22:59

Kemeron: “Putin Ukrayna ilə bağlı səhv edib”

22:57

Prezident onu nazir müavini təyin etdi - FOTO

22:54

Paşinyanın partiyasından Zelenski AÇIQLAMASI

22:53

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub

16:32

“Nar”ın dəstəyi ilə Şəkərbura Şou Olimpiya Kubokunun finalı keçirilib