Rusiya Silahlı Qüvvələrinin tərkibində informasiya əməliyyatları qoşunları yaradılıb.
TASS-a istinadən verilən məlumata görə, bu barədə müdafiə naziri Sergey Şoyqu deyib.
“Ötən müddət ərzində informasiya əməliyyatları qoşunları yaradılıb. Bunlar əvvəllər əks-təbliğat kimi tanınan idarədən qat-qat güclü və effektivdir. Təbliğat ağıllı, effektiv və savadlı olmalıdır”, - deyə nazir bildirib.