"Cənab Vilayət Eyvazov, ümidim Sizədir" - Cəlilabadlı iş adamı Rusiya vətəndaşı CARƏSİZ DURUMDA

11:49 28.12.2023 762
Cəlilabad rayon sakini Əmirov Elxan Əmirxan oğlu BİA.az-a müraciət edərək Azərbaycan Respublikası Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova ünvanladıgı müraciəti ictimailəşdirilməsini xaiş edir. Aşagıda həmin müraciəti təqdim edirik:

Cənab Nazir! Bildirirəm ki, mən Rusiya vətandaşıyam, orada fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin üzvüyəm. Hazırda Rusiyada fərdi sahibkarlıqla məşgulam. Məni Cəlilabad rayon icra hakimiyyətininin vəzifəli şəxsi Hüseynov Sabir Ağahüseyin oğlu dələduzluq yolu ilə aldadıb. Belə ki, o, İH-da vəzifədə işlədiyi zaman vəzifə səlahayyətlərindən sui-isdifadə edərək, müxtəlif vədlər verərək mənim küli miqdarda 30.000 min manat (250.000 min rubul) pulumu dələduzduq yolu ilə ələ kecirib. Mən Sabir Hüseynovun nüfuzlu bir qurumda, Cəlilabad rayon İcra Hakimiyyətində məsul bir vəzifədə işlədiyi ücün ona inanmışam. Onun otaqında Azərbaycan Resbulikasının Gerbi, Bayragı və Prezidentimiz İlham Əliyev cənablarının portreti var idi. Sabir Hüseyinov 2015-ci ildən 2022-ci ilədək mənə müxtəlif vədlər verdi. Gah deyirdi taxılımı bicib-satıb sənin pulunu verəcəm, gah deyirdi ki, kartofumu satıb sənin pulunu qaytaracam. Belə vədlərlə günü-günə satır, məni aldadırdı.

2022-ci ildə Sabir Hüseynov vəzifədən cıxandan sonra mənə dedi ki, get hara deyirsən de, mən sənin pulunu verməyəcəyəm. Mən Daxili işlər Nazirliyinin 102 Qaynar Xətinə müraciət etdim. Məni Cəlilabad rayon polis şöbəsində təqiqatcı Rəvan Əliyev qəbul etdi. Məndən izahat alandan sonra əlaqə saxlamaq ücün telefon nömrəsini verdi. Bir-iki gündən sonra onunla əlaqə saxladım. Mənə bildirdi ki, Sabir Hüseynovu cağırırıq, gəlmir, deyir ki, burda yoxam, Bakıdayam. Mən ona bildirdim ki, Sabir Hüseynov sahədə fəhlə işlədir. O, sizi aladır. Sonra mən polis  şöbəsinə getdim. Rəvan Əliyev məni tədqiqatın rəisi Tahir Fərzəliyevin yanına apardı. Tahir Fərzəliyev mənə bildirdi ki, Pusiyadan gəlmisən, Sabir Hüseyinov cox cətin adamdır. Bu işi araşdırmaq ücün 2500 manat pul verərsən, düzələr. Mən ona dedim ki, 1000 manata gücüm catır,  bu işi düzgin  araşdırın. 

Tahir Fərzəliyev soruşdu ki, pulu Sabirə verəndə yanında kim olub. Mən bildirdim ki, qardaşım, dedi, get qardaşını cağır. Mən aşağı düşüb  qardaşımı cağırdım. Otaga gaxil olanda gördüm ki, Tahir Fərzəliyev telefonla danışır. Mənə işarə etdi ki, əyləşim. Danışıb qutarandan sonra dedi ki, sənin işini hamı bilirmiş. Mən ona bildirdim ki, Daxili İşlər Nazirliyinin 102 Qaynar Xəttinə müraciət etmişəm. Tahir Fərzəliyev bildirdi ki, vəziyyət pisləşib, rəis deyir ki, Elxandan 5.000 manat pul al, bu işi araşdır. Mən rəisin kim oldugunu soruşdum, Polad müəllim, dedi. Mənim elə pulum yoxdur, dedim, otaqdan cıxmaq istəyəndə Tahir Fərzəliyev dedi ki, sən "cek pod" utmusan, fikirləş, Rusiyada doslarına, qohumlarına zəng et. Mən ona bildirdim ki, hec kimə zəng edən deyiləm. Dedi, onda get 1000 manatı gətir. Səhəri gün mən 1000 manat pulu götürüb Polis Şöbəsinə gəldim. Rəvan Əliyev məni Tahir Fərzəliyevin otağına apardı. Tahir Fərzəliyev məndən soruşdu ki, biz deyəni gətirmisən, ya özün deyəni? Mən bildirdim ki, olan pulumu gətirmişəm. Tahir Fərzəliyev Rəvan Əliyevə get pulu al, dedi. Rəvan Əliyev qonşu otaqda 1000 manat pulu məndən aldı. Sonra mənə qərar təqdim etdilər, götürdüm. Qərarda Sabir Hüseynov necə demişdi elə də yazmışdılar, pulun az bir miqdarı gösdərilmişdi. Mən respublika Baş  Prokurorluguna müraciət etdim. Həmin qərar ləğv edildi.

Mən 07 yanvar 2023-ci il tarixində Tahir Fərzəliyevlə birlikdə rayon Polis idarəsinin rəisi Polad Qarayevin qəbulunda oldum. Polad Qarayev Tahir Fərzəliyevdən soruşdu ki, Elxandan 1000 manat pul almısan, dedi, bəli almışam. Dedi, onda qaytar pulunu ver. Mən pulu saxlamaga verməmişdim, qoy qalsın, dedim. 31 yanvar günorta vaxtı qəragah rəisi Təhməzov Seyidrıza zəng edərək saat 3-də polis bölməsimdə olmağımı istədi. Mən saat 3-də orda oldum. Məni rəisin otağına apardı. Orada rəis Polad Qarayev yüksək tonla mənimilə danışdı. Mənim halım pisləşdi, icazə isdədim ki, cölə cıxım, rəis dedi ki, sən izahat verməyincə hec bir yerə gedə bilməyəcəksən. Söhbət zamanı mənə məsləhət gördü ki, ver məkəməyə. Mən ona bildirdim ki, bu iş məkəməlik deyil. Onda dedi ki, cıx get Rassiyaya. Sonra Sabir Hüseynovu cağırdı, biz üzləşdik. Sabir Hüseynov əvvəl boynuna almırdı. Sonra etiraf etdi, Polad Qarayev də Sabir Hüseyunova dedi ki, get Elxananla razılaş. Biz qərargah rəisinin otağına girdik. Sabir Hüseynov orda mənə dedi ki, mən tutulsam əlinə hec nə kecməyəcək, qoy kartofumu yığım, iyun ayının 8. 10. 15-i sənin pulunu 3 dəfəyə verəcəyəm. Biz polis şöbəsində razılaşdıq. Sabir Hüseynov yazılı sürətdə imzası ilə bu razılaşmanı təsdiq etdi. Səhəri 1 fevral 2023-cü il tarixində qərargah rəisi Təhməzov məni polis şöbəsinə dəvət etdi. Mən məcbur olub ora getdim və mənə məcburi ərzə yazdırdı ki, polis əməkdaşlarından  şikayətci olmayacam. Sonra üstümə qışqıraraq Rəvan Əliyevə verdiyim 1000 manat pulu qaytardı.

19 iyun 2023-ci ildə mən polis şöbəsinə getdim. Rəis Polad Qarayevin qəbuluna düşdüm. Polad Qarayev dedi ki, gedin özünüz həll edin. Mən qəragah rəsi Təhməzovun otağına getdim. O, Sabir Hüseyinova zəng etdi. Sabir dedi ki, iyun ayında demişəm, verəcəyəm. Sonra dedi ki, mən gəlib sizi də görəcəyəm. Təhməzov da cavabında ona bildirdi ki, bizi yox Elxanı gör, onunla danış, razılaş. Sabir yenə məni aldatdı pulu dediyi vaxt vermədi. Mən məcbur olub yenidən Daxili İşdər Nazirliyinə müraciət etdim. 24 oktyabır 2023-ci ildə mənə zəng gəldi və 28 oktyabır 2023-cü ildə Daxili İşdər Nazirinin 1-ci mavini Seyfulla Əzimovla video farmatda görüşümiz olacagı bildirildi. Mən kənddən rayona qayıtmaga qorxurdum, cünki polis əməkdaşları məni qanunsuz yerə şərləyib tutdurmaq isdəyirdilər. Mənə Daxili işdər Nazirliyindən dedilər ki gedin, qorxmayın, əgər nə isə olsa, bizə zəng edin. Mənə qəragah rəisi Azər müəllimz, Cavid müəllim zəng edib rayona dəvət etdilər, hətta rəis Polad Qarayev də zəng edib yanıma gələrsən, dedi. Məcbur olub ora getdim. 1-ci mavin Cavid müəllim mənə dedi ki, Tahir Fərzəliyevin və Rəvan Əliyevin qanusuz əmələri barasində hecnə deməyim, desən burada aləm biri-birinə dəyəcək.

Məni 24 oktyabır 2023-ci il tarixində Daxili İşlər Nazirliyində video farmatda Seyfulla müəllim qəbul etdi, dinlədi və Baş təqiqat istintaq idarəsinin rəisini ayağa qaldırıb, ona tapşırıq verdi ki, Sabir Hüseynov həmin vaxt vəzifəli şəxs olub, vətandaşı cağırın, qəbul edin və düzgün araşdırma aparın. Mən bunların hamısın yutub kanalında danışdım. Sonra Cəlilabad rayon polis şöbəsinin tədqiqatın rəisi Tahir Fərzəliyev və tədqiqatcı Rəvan Əliyev məni Cəlilabad rayon məkəməsinə veriblər. Guya mən onların peşə fəaliyyətinə xətər yetirmişəm və məndən 30.000 manat təzminat isdəyirlər.

Cox hörmətli Cənab Nazir! Ümüdüm tək Sizədir, xaiş edirəm ki, Cəlilabad Rayon Polis şöbəsin əməkdaşlarının bu cür qanunsuz əməllərinə son qoyulması ücün mənim müraciətimi nəzarətdə saxlamaqla müvafiq tapşırıqlar verəsiniz.

Hörmətlə, Əmirov Elxan Əmirxan oğlu.

Telefon:



BİA.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir