Heydər Əliyevin nazirə dərsi: Mehdiyev, yerindəsən?

21:51 15.07.2023 789

Sabiq xarici işlər naziri, səfir Vilayət Quliyev Heydər Əliyevlə bağlı çox maraqlı xatirəsini paylaşıb.

Kult.az sözügedən mətni təqdim edir:
Heydər Əliyev məmurlari necə tənbeh edirdi?
Bəzilərini televiziya ekranlarından görmüsünüz. Bəziləri isə necə deyərlər, pərdə arxasında cərəyan edib.
Belə epizodlardan biri haqda yazmaq istəyirəm.
Özümdən başlayım ki, heç kim inciməsin:
Keçmiş mədəniyyət naziri, diplomat həmkarım Polad Bülbüloğlu həm də türk ölkələrinin beynəlxalq mədəniyyət qurumunun – TÜRKSOY-un rəhbəri idi. Ara-sıra təşkilatın xətti ilə müxtəlif xarici səfərlərə çıxmaq zərurəti yaranırdı. Polad müəllim TÜRKSOY-dakı fəaliyyətin də xarici siyasətimizin tərkib hissəsi olduğunu əsas gətirib bir neçə dəfə nəzərdə tutulan səfərlə bağlı Prezidenti məlumatlandırmağı məndən xahiş etmişdi. İki, ya üç dəfə digər məsələlərlə yanaşı, bu barədə də məruzə eləmişdim və hər dəfə də Heydər Əliyev “Yaxşı, getsin!” demişdi.
Amma sonuncu dəfə eyni xahişlə müraciət edəndə səs tonunun dəyişdiyi də diqqətimdən yayınmamışdı. Başa düşmüşdüm ki, əslində özümə aid olmayan məsələlərə qarışır, Prezidentin iş üslubu və idarəçilik mexanizmi ilə uyğun gəlməyən hərəkət edirəm. Söz vermişdim ki, bu hal bir də təkrarlanmayacaq.
Amma bir dəfə yenə Polad müəllim zəng vurdu. TÜRKSOY-la UNESKO arasında əməkdaşlıq məsələlərinin müzakirəsi ilə bağlı vacib görüşlər nəzərdə tutulduğunu bildirib, mütləq Parisə getməli olduğunu dedi (Əslində birlikdə getməli idik), bu barədə Prezidentə məlumat çatdırmağımı xahiş etdi. Məsələnin çox təcili, gündəliyin ölkəmizin mövqeyi baxımından həssaslığını xatırlatdı. Gündəlikdən xəbərdar olduğumdan sözündən çıxa bilmədim.
Həmin gün Prezidentə telefon açanda başqa məsələlərlə birlikdə Polad Bülbüloğlunun Paris səfəri ilə bağlı xahişini də çatdırdım. Heydər Əliyev dərhal cavab vermədi. Düşündüm ki, yəqin hansı qərarı qəbul etmək haqda fikirləşir. Az qala məsələnin vacibliyi haqqında danışmaq istəyirdim ki, birdən selektorda İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin səsini eşitdim:
- Bəli, cənab Prezident!
- Mehdiyev, yerindəsən?
- Bəli, cənab Prezident!
- Necə yerindsən ki, nazirlər sənin səlahiyyətində olan məsələləri həll etmək üçün Vilayət Quliyevin qəbuluna gedirlər? O da işini-gücünü atıb bu məsələlərlə məşğul olur. Nəticədə xarici siyasətimiz qalır böyrü üstə...
Bu sözləri deyəndən sonra Prezident özü də gülməyə başladı. Məsələ aydın idi. Belə dolayısı, ən başlıcası isə yaradıcı yolla mənə xəbərdarlıq edilirdi ki, öz işimlə məşğul olum. Başqa qurumların səlahiyyətinə aid məsələlərə müdaxiə edib özümü “yaxşı kişi”, yaxud “krutoy oğlan” kimi göstərməyə çalışmayım.
Mədəniyyət nazirinin xahişini çatdırdığım anda Heydər Əliyev sözümü kəsə bilərdi, əsəbiləşə bilərdi. (Bir dəfə səlahiyyətinə aid olmayan işə yersiz müdaxilə etdiyinə görə yüksək vəzifəli məmurlardan birinə “Sənin bu hərəkətinin adı bilirsən nədir? Buna hamam suyu ilə dost tutmaq, ya da özünü yuyulmamış çömçə kimi ortaya atmaq deyərlər” – sözləri ilə kəskin irad bildirmişdi). Amma yəqin ki, yanlış hərəkətimin idarəçilik təcrübəmin azlığından, aparat oyunlarının sirlərinə nabələdlikdən irəli gəldiyini bilib mənə incə, həm də daha yaddaqalan və ibrətamiz şəkildə dərs vermişdi.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

17:33

Akademik Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayevin barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir