Elmi-Tədqiqat Kardiologiya İnstitutunda qarışıqlıq yaratmaq istəyənlərin başında kim dayanır - ACIQLAMA

23:48 23.05.2023 403
Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin-amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. Həmin anda mətbuat artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifraz edən zob funksiyasını yerinə yetirən kimi görünür. Belə hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Son vaxtlar Elmi-Tədqiqat Kardiologiya İnstitutu və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaq məqsədilə yayımlanan müxtəlif müsahibə və məqalələr buna bariz nümunədir. Bu yazılarla tanış olduqda acıq-aydın hiss olunur ki, bir qrup şəxslər institutun rəhbərliyinə qarşı "qara piar" aparırlar. Vaxtilə bu institutda işləmiş bu şəxslər institutun direktoru Gülnaz Dadaşova ilə nəyinsə "haqq-hesabını" çəkməyə calışırlar.

Bu günlərdə institutun bir qrup əməkdaşları Azerinform.az-a müraciət edərək bu barədə fikirlərini bildiriblər. Onlar qeyd edirlər ki, bu qrup son illər Elmi-Tədqiqat Kardiologiya İnstitutunda qazanılan uğurlara kölgə salmaq ücün dəridən-qabıqdan çıxır, şər və böhtan kamraniyası aparırlar. Elmi-Tədqiqat Kordialogiya institutunun bir qrup əməkdaşları bizə yazırlar:


"İnstitutumuzun mətbuat xidməti geniş açıqlama vermiş yazılanların həqiqətə uygun olmadıgını bildirmişdir. Lakin bəzi saytlar təkzib olunmuş faktları yenidən tirajlamaqla şər və böhtan kampaniyasını davam etdirməkdədirlər. Vaxtilə institutda çalışmış tibb elmləri doktoru Elman Ələkbərov icbari tibbi sığortanın şərtlərini qəbul etməyib və öz ərizəsi ilə işdən çıxmaq istəyib. E.Ələkbərovun ərizəsinin dəfələrlə geri qaytarılmasına baxmayaraq, o, yenə də özəl klinikaya keçməyə qərar vermişdir. Abdullayeva Rufanə Rufulla qızı digər tibb müəssisəsinə yüksək vəzifəyə keçdiyi üçün öz ərizəsi ilə işdən ayrılmışdır. Afaq Qəhrəmanova Kardiologiya İnstitutu ilə yanaşı digər tibb müəssisəsində işlədiyi üçün, iş qrafiki uyğun gəlməyib. Bu səbəbdən də o, bizim müəssisədəki işindən ayrılmışdır. Afət Quliyeva yaşı və ailə vəziyyəti ilə əlaqədar olaraq məsafənin uzaqlığını arqument gətirərək yaşadığı ünvana daha yaxın tibb müəssisəsində işləmək üçün öz ərizəsi ilə işdən çıxıb. Adları sadalanan şəxslərin işdən ayrılması isə bu ildə deyil, 2021- 2022-ci illərdə olub. Hər şey bizim gözümüzün qarşısında baş verib. Gülnaz xanım direktor təyin olunduqda  institut "ölü canlar”la dolu idi. Rüşvətsiz, şirinliksiz hec bir iş düzəlmirdi. İş o yerə catmışdı ki, alimlər öz dissertantlarından belə pul alırdilar. Gülnaz Dadaşovanın direktor təyin olunmasından sonra isə bütün bu neqativ hallar aradan qaldırıldı. İndi Elmi-Tədqiqat Kardiologiya İnstitutu nümunəvi bir kollektivə çevrilib və hazırda vətəndaşlara yüksək səviyyədə xidmət göstərir."


Əməkdaşlar həmcinin institutda müayinə üçün girişdə xəstələrə verilən talonlar üçün bütün həkimlərdən adambaşına 10 manatdan pul yığılması idiasınnın da şər və bötan oldugunu bildirirlər. Deyir Aşığın sözü qurtaranda "dalay-dalay” edər. Ayıbdır vallah, birincisi institut dövlət büdcəsindən maliyyələşir. Bu talonlar üçün büdcədən maliyyə ayrılır. İkincisi də soruşmazlar ki, bəs bu pulları kim yığır, niyə yığır, kimə verir? Nə cavab verəcəksiniz, hə?!  İnstitutda hər sahədə şəffaflıq hökm sürür. Qaldı ki, institutun kecmiş elmi katibi Sona Qəhrəmanovanın guya Gülnaz Dadaşovanın ona öz vəzifəsini icra etməyə imkan verməməsi səbəbindən öz xoşu ilə işdən çıxmaq məcburiyyəyində qalmasına bu da başdan-ayaga cəfəngiyyatdır. Məhkəmə qərarı ilə işinə bərpa olunmuş elmi katib necə gözümcıxdıya salına bilər? Alim adamdı, məhkəmənin yolunu da hamıdan yaxşı tanıyır. Əvvəlki direktor Adil müəllimin yaxın adamı kimi tanınan Sona Qəhrəmanova institutda yarım ştat işləyib. Sonradan Elmi katib olub. Əslində yarımştatda olan işçinin elmi katib işləməsi düzgün deyil. Qeyd edək ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yarımştatda olan Sona Qəhrəmanova eyni zamanda Tibb Universitetində tam ştatda işləyirdi. Gördü ki, inistitutda daha əvvəlki "əyyam" deyil, öz ərizəsi ilə işdən ayrıldı. Hazırda Tibb Unversitetində işləyir. İndi xeyir ola, düşüb ortaya. Məqsədi də hamımıza aydındır. Bu xanım institut direktoru olmaq istəyir. Bütün bu qarayaxmaların başında da onun adı olmamış deyil.
 
Azerinform.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:15

İrəvanın separatçıların həbsinə etirazı... - XİN-dən reaksiya

21:30

İşğalın nəticələri

07:24

“Nar” metroda şəbəkəsini gücləndirir

22:02

Hüquqi dövlət

17:00

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində

23:45

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində

23:43

“Nar” şəbəkəsi Xankəndi şəhərində

19:43

Taksi fəaliyyəti ilə məşğul olanların nəzərinə! – Sabahdan...

13:39

“Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir

02:34

Hərbçilərimiz Xocavəndin mərkəzində - VİDEO

02:29

Azərbaycan rəsmisi Xankəndidən FOTOSUNU paylaşdı

02:26

Prezident antiterror tədbirlərindən DANIŞDI

02:24

Saakyan, Qukasyan və Arutyunyan Xankəndidədir – Azadlıq radiosu

19:56

Qardaşlıq jesti

01:22

Bu gün Azərbaycanda Anım Günüdür - UNUTMARIQ! UNUTDURMARIQ!

01:15

"Cır-cındır içində, dilənçi, ac...” - Çingiz Abdullayev əsəbiləşdi

01:12

Günün fotosu – Bin Laden ola bilməyən Ruben

00:21

Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir

01:47

Lənkəran Regional Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyev barədə deyilənlərə TUTARLI BİR CAVAB

23:46

İfrat millətçilik üzərində qurulmuş Daşnaksutyun siyasəti

16:55

“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!

21:05

Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir

20:51

Ciddi təhlükə mənbəyi

02:25

Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi münasibətilə Beynəlxalq Elmi-Praktik Konfrans öz işinə başlamışdır

00:03

Azərbaycan Milli Kitabxanası TƏKZİB EDİR: "Milli Kitabxana açıqdır və..."

16:52

“Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!

07:35

Allah rəhmət eləsin!

02:00

Paşinyan üçün SONUN BAŞLANĞICI – İrəvanı itirən Nikolu kim xilas EDƏCƏK?

22:53

DİPLOMSUZ ŞƏHİD VƏ QAZİLƏRİMİZ…

22:49

Birgə ticarətin inkişaf dinamikası

13:13

“Nar” “Bilik günü”-də Füzuli və Tərtərdəki məktəblərə dəstək olub

23:45

Ağsu şəhər 3 saylı tam orta məktəbdə 15 sentyabr "Bilik günü"nə həsr olunmuş tədbir keçirilmişdir

13:06

“Nar” beynəlxalq mükafata layiq görüldü

07:46

“Nar”dan yeni dərs ili üçün əla fürsətlər!