Azərbaycanın hər bir vətəndaşı vəd verməlidir ki, daim müstəqilliyin keşiyində duracaqdır

11:00 29.09.2022 598
Azərbaycanın hər bir vətəndaşı vəd verməlidir ki, daim müstəqilliyin keşiyində duracaqdır



Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq. Azərbaycan xalqı qoymayacaq ki, bir daha düşmən başını qaldırsın, qoymayacaq ki, bir daha bizim üçün təhdid yaratsın. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur. Şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Azərbaycan əsgər və zabitləri öz canını fəda edirdi ki, xalq ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və öz torpaqlarına qayıtsın. Füzuli istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın.Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi.
Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu.Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, iradə göstərmişdir. Şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında abidə ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:51

AAYDA-nın 7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyevin barəsində yayılan məlumatlar şər və böhtandır - MÖVQE

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər