Bildiririk ki, ərizədə göstərilən Pirhəsənli kəndində məscidin arxasındakı boş torpaq sahəsi 1975-ci ildə salınmış M,Ə.Sabir adına sovxozun ”Üzümçü” futbol komandasının futbol meydançası olmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3 bəndinə əsasən həmin torpaq sahəsi icarəyə verilmir və alqı-satqıya getmir. Sözügedən torpaq sahəsi heç kimin istifadəsində olmamış, yalnız kənd əhalisinin ümumi istifadəsində olmuşdur. Həmin torpaq sahəsində hal-hazırda H.Əliyev fondu tərəfindən 60 yerlik uşaq bağçası tikilir.
Əsas: Pirhəsənli bələdiyyəsinin 06 avqust 2019 cu il tarixli 33 sayjı məktub