Dünyanın ən unikal xalçalarının yaradıcısı

15:51 15.03.2017 1 461
Dünyanın ən unikal xalçalarının yaradıcısı
“Şəbi-hicran”dan “Kəhkəşan”a qədər uzanan həsrət dolu 29 il

Xalçaçılıq bəlkə də dekorativ-tətbiqi sənətin yeniləşməyə meylli olan ən çətin sahəsidir. Çox vaxt adama elə gəlir ki, yaranma tarixi yüz illərlə ölçülən xalçaçılıqda hər şey deyilib və onun insan ağlını ovsunlayan kompozisiya həllinə və naxış örtüyünə nə isə əlavə etmək mümkünsüzdür. Bunu elə bu sahənin təşəkkül tarixi də təsdiqləyir. Amma ötən yüzilliyin son qərinəsində gənc xalçaçı-rəssam Hacı Eldar Mikayılzadə bunun heç də belə olmadığını sübut etdi. Bu mənada 25 yaşlı tələbə-rəssamın 1981-ci ildə yaratdığı və dekorativ-sənət məkanına bədii şərhi qeyri-adiliyi ilə seçilən “Şəbi-hicran” adlı xalçanı çıxarması obrazlı dillə desək, aydın səmada şimşəyin çaxmasına bənzər bir hadisə oldu. O, bu uğurunu sənət müəllimi Lətif Kərimovun və bu sahədə ondan heç vaxt məsləhətlərini əsirgəməyən Cəfər Mücirinin zəhmətlərinin itməməsinin ifadəsi hesab edirdi.

Hazırda Azərbaycan Xalça Muzeyini bəzəyən “Şəbi-hicran” xalçası adından da göründüyü kimi dahi Məhəmməd Füzulinin sənət dünyasına həsr olunub. Asimmetrik kompozisiyada şairin və onun şah əsəri sayılan nakam məhəbbət dastanı “Leyli və Məcnun”un qəhrəmanlarının talelərinə tutulan fəlsəfi-obrazlı “bədii güzgü” bütün mənalarda yeni idi. Xalçanın bədii örtüyünü təşkil edən əksər elementləri – ağacların, qayaların, buludların ikimənalı rəmzi görkəmi əsəri sirli-soraqlı etməklə yanaşı, həm də heyrət mücəssəməsinə çevrilməsini şərtləndirib. Buludların həm də şairin dilindən süzülən məşhur beytə çevrilməsi, ağacın gül açmış çiçəklərinin Füzulinin bəyaz çalmasını və saqqalını, qayaların çöhrəsindəki qəm yüklü əzalarının cizgilərini, ağac gövdələrinin söz xiridarının geyimini əvəz etməsi çox maraqlı və düşünülmüş bənzərsiz bədii həll tapıntısı idi. Mərkəzi kompozisiyaya daxil edilmiş digər obraz və elementlərin hamısının da müəyyən fəlsəfi məzmun daşıdığını nəzərə alanda, əsərin çox tutumlu bir nümunəyə çevrildiyini yəqinləşdirmək olur. 1983-cü ildə Şərq xalçaları üzrə Bakıda keçirilən beynəlxalq simpoziuma toplaşan xarici ölkələrin sənət xiridarları bu sənət nümunəsinin ecazkarlığı qarşısında heyrətlərini gizlədə bilmədilər.

2006-cı ildə yenidən “Şəbi-hicran” kompozisiyasına qayıdan rəssam əvvəlki əsərdə eləyə bilmədiklərini burada reallaşdırmaqla, özünəməxsusluğu və ecazkarlığı danılmaz olan sənət nümunəsi yaratmağa nail olmuşdur. Başqa sözlə desək, bir vaxtlar duyulası sirliliyinə görə “gələcəyə göndərilmiş məktub” ayaması qazanmış xalça sənətinin qeyri-adiliyi göz qabağında olan töhfələrlə zənginləşdirməyin mümkünlüyünü sərgiləmişdir. “Şəbi-hicran” xalçası əfsanəyə dönmüş məhəbbətlə Füzuli poeziyası arasında obrazlı bir körpüyə bənzəyir, desək, yanılmarıq...

Etiraf edək ki, Azərbaycan xalçaçılığının çoxəsrlik tarixində bu qədər məna-məzmunla yüklənmiş xalçalar çox azdır. Elə onların bir qismini də Hacı Eldar özünün bir qərinəlik yaradıcılığında ərsəyə gətirə bilib. “Şəbi-hicran” (1981,2006), “Nağıllar aləmi” (1983), “İslam” (1992), “Təbriz” (1993), “Bürclər” (1994), “Xilaskar” (1995-1997), “Üç din” (1998), “Səttar” (1999), “Bismillahir-rəhmanir-rəhim” (2001), “Üç peyğəmbər” (2003) və s. nadir sənət nümunələrini xatırlasaq, onda daima axtarışa meylli olan ustadın ən tələbkar sənət xiridarlarını belə heyrətləndirəcək xalçalar yaratmağa imkan verən yaradıcılıq potensialına malik olduğunu xüsusi vurğulamalıyıq.

Onun son vaxtlar ərsəyə gətirdiyi “Yaranış” (2010), eləcə də “Kəhkəşan” və “Səttarın arzusu” (hər ikisi 2012) xalçaları da bunun təsdiqidir.

Mürəkkəb kompozisiyalı, çoxfiqurlu “Yaranış” əsərinin süjet xəttini xalçanın yaranma tarixçəsi, başqa sözlə desək, qoyunların otarılmasından hazır xalçanın bazarda satılmasına qədər uzanan bir yolu əhatə edir. Müəllif özlüyündə çox maraqlı olan bu prosesi ardıcıllıqla izləməklə ona ilk dəfə xalçaçılığın özündə cəlbedici və yaddaqalan bir bədii görkəm verməyə nail olmuşdur.

Əsərin ən maraqlı xüsusiyyəti süjetlər məcmusunun rəssam tərəfindən yeni xalçanın kağız üzərindəki çeşnisi kimi təqdim edilməsidir. Başqa sözlə desək, zənginliyi ilə seçilən bu təsvir qurulmuş hananın üzərindədir. Onu da qeyd edək ki, yüzlərlə ecazkar xalçanın toxunduğu bu dəzgah özünün yaratdığı sənət növündə ilk dəfə olaraq məhz bu əsərdə görüntüyə gətirilib...

Londonda çap olunan “Xalı” jurnalının redaksiya heyətinin üzvü, Şərq xalçaları üzrə beynəlxalq konfransın akademik şurasının sədri, xalçaçılıq üzrə nüfuzlu ekspert sayılan italiyalı Alberto Baralevi 2013-cü ildə Bakıya gələrkən Hacı Eldar Mikayılzadənin bənzərsiz yaradıcılığı haqqında məlumat alandan sonra xalçaçı-rəssamın emalatxanasında olub. Onun son illərdə yaratdığı bir neçə süjetli xalçaya, o cümlədən “Yaranış”a öz heyranlığını bildirib. Məşhur ekspert onun əsərlərini çağdaş dünya xalçaçılığının böyük nailiyyəti kimi dəyərləndirib. O, yerli mətbuata verdiyi açıqlamada görkəmli xalça ustası ilə görüşünün nəticəsini belə ifadə edib: “Azərbaycanın Quba, Naxçıvan və Bakı şəhərlərindəki xalça emalatxanalarını gəzdim. Gördüklərimin qarşılığında deyə bilərəm ki, Eldar Mikayılzadə əsl rəssamdır”.

Maraqlıdır ki, fəaliyyəti bilavasitə qədim xalçaçılığın elmi-nəzəri məsələlərini işıqlandırmaq olan “Xalı” jurnalında E.Mikayılzadənin “Yaranış” xalçasının reproduksiyası və haqqında məlumat çap olunub. Qənaətimizcə, məşhur jurnalın öz ənənəsini pozması heç şübhəsiz Azərbaycan sənətkarının dünya xalçaçılığına verdiyi töhfənin çox böyük olmasından irəli gələn məsələdir.

2012-ci ildə Hacı Eldar “Səttarın arzusu” və “Kəhkəşan” əsərlərini tamamlamışdır. Dahi mənzərə ustasına həsr olunmuş xalçada o rəssamın 36 rəngkarlıq əsərinin fraqmentlərini bir araya gətirməklə, Azərbaycan təbiətinin ümumiləşdirilmiş obrazını yaratmağa nail olmuşdur. Əslində çoxsaylı əsərlərdən “məcmu”, “qurama” və yaxud “kollaj” yaratmaq elə də çətin bir proses deyil. Ancaq Hacı Eldar çox fərqli bir bədii vasitədən istifadə etməklə, bu çoxsaylı fraqmentlərdən bütövlüyü danılmaz olan yeni bir mənzərə yaratmışdır. Onun qənaətincə, “Səttarın arzusu” yalnız bu bədii tutumda ola bilərdi. Odur ki, bu əsər də dahi mənzərə ustasının digər tabloları kimi cəlbedici və duyğulandırıcıdır...

Hacı Eldar elə həmin il çağdaş dünya incəsənətində oxşarı olmayan “Kəhkəşan” xalçasını tamamlamaqla, yaradıcı potensialına və təxəyyül sonsuzluğuna görə doğrudan da bu gün bənzərsiz olduğunu bir daha təsdiqlədi. Bu bənzərsizliyi şərtləndirən başlıca səbəb-nəticə azərbaycanlı sənətkarın dünya xalça sənətinə çoxəsrlik fasilədən sonra bədii həllində çoxsaylı qiymətli daş-qaşlardan istifadə olunan toxuculuq nümunəsi bəxş etməsidir. Ədalət naminə deyək ki, tarixdə buna bənzər xalça mövcud olub. Təəssüf ki, bizim eranın VII əsrində yaradılmış həmin toxuculuq nümunəsi bu günümüzə gəlib çatmayıb. Həmin xalı Sasani hökmdarı Xosrov Pərvizin (II Xosrov) vaxtında toxunubmuş. “Xosrovun baharı” adlanan bu qədim xalını Sasanilərin sarayından ərəblər qənimət kimi aparıblar. Lakin xəlifə Ömərin sərkərdələri arasında bu qənimət üstündə ixtilaf düşüb və nəticədə 35-ə yaxın sərkərdə vəziyyətdən yeganə çıxış yolu kimi misli-bərabəri olmayan sənət əsərini kəsib öz aralarında bölüşmək qərarına gəliblər. Bununla da o vaxtlar dünyada bənzəri olmayan bir sənət nümunəsini məhv ediblər. İpək və qızıl saplardan toxunulmuş bu xalının üzərindəki təsvir və naxışlar qiymətli daş-qaşlarla nəqş olunubmuş. Onunla daha çox texniki baxımdan səsləşən Azərbaycan variantının – “xələf”inin toxunuşunda rast gəlinən çətinliklərə rəğmən demək olar ki, “sələf”in özünün də zamanında yaşayıb-yaratmış xalçaçıların yalnız yüksək sənətkarlığı nəticəsində ərsəyə gətirildiyini söyləmək olar. “Kəhkəşan”a gəldikdə isə, demək lazımdır ki, onun müəllifi Hacı Eldar Mikayılzadə uzun müddət sənətkarlar üçün əlçatmaz sayılan belə bir əfsanəvi xalının mövcudluğundan hələ tələbəlik illərində xəbərdar olmuşdur. Bu mənada onun bu işə gec başlaması müxtəlif səbəblərlə bağlı olub. Tələbə-rəssam kimi onun ərsəyə gətirdiyi “Şəbi-hicran”dan “Kəhkəşan”a qədər uzanan həsrət dolu zaman kəsiyi düz 29 il çəkib. Nəhayət, 2010-cu ildə Azərbaycanın çağdaş xalçaçılıq məkanında az qala “təklənmiş” kimi görünən Hacı Eldar keçmişə baxmağa özündə bütün mənalarda güc hiss etdi. İki il davam edən yaradıcılıq prosesi də uğurla nəticələndi. Toxunuşunda pambıq, yun, ipək və qızıl saplara tapınılan xalçada qiymətli daş-qaşlardan istifadə olunmuşdur. Başqa sözlə desək, kompozisiyaya müvafiq olaraq xalçanın naxış örtüyündə 725 ədəd feonit və svarov daşlarını (ağ, sarı, mavi, yaşıl və qırmızı rəngin yeddi çaları) görmək və onların bədii-estetik gücündən zövq almaq mümkündür. Bu yerdə xalçanın texniki baxımdan heç də asan ərsəyə gəlmədiyini vurğulamaq istərdik. Belə ki, xalçada işlədilən 725 qiymətli daşın iplərin əhatəsində etibarlı oturuşu yalnız onların qızıl arğac üzərində “zili” texnikası ilə əldə olunub. Bu alt arğaclara və daşlara isə 1,382 qram qızıl işlədilib.

Dərin hikmətə bələnmiş “Kəhkəşan” xalçası özündə göy cisimləri haqqında elmi-tarixi həqiqətləri yaşadır. Elmdə həm də “Ağ yol” – “Samanyolu” kimi tanınan kəhkəşan əslində Günəşin də daxil olduğu nəhəng ulduz sistemidir. Onun tərkibində yüz milyarddan çox ulduz var. Bu yerdə əlavə edək ki, əsərin mövzusunun hamıya daha çox əlçatmaz və sirli-soraqlı görünən göy cisimlərinə həsr olunması müəllifin xalçanın uğuruna duyulası dərəcədə kömək edən çox məntiqli seçimdir. Belə ki, bizdən çox-çox uzaqlarda olsalar da öz varlığını yerə tuşlanan işıq seli ilə əyaniləşdirən cisimlərin həm də səmadakı yerlərini müəyyənləşdirən bu qaşlar yəqin ki, hansısa başqa kompozisiyada bu qədər təsirli olmazdı. Onların “Kəhrəşan”ın mavi-göy rəng selinə bəxş etdiyi nüfuzedici canlılıq kifayət qədər duyulandır...

Kompozisiyanın dominant nöqtəsini gözə görünməz pərilərin qovşağından əmələ gəlmiş medalyon təşkil edir. İsti-soyuq rənglərdən “hörülmüş” bu halənin mərkəzində toplanmış ulduz selinin nurunu daha da gücləndirən daş-qaşların yaratdığı görüntünün irreal qəbulu danılmazdır. Burada tünd göy və mavi rənglərin tədricən dəyişən çalarları ilə daş-qaşlar arasında medalyonun gur işıqlılığını şərtləndirən uğurlu nisbət əldə olunmuşdur. Medalyonun mərkəzini şərtləndirən iri və onu dövrələyən nisbətən kiçik ölçülü daş-qaşların kənarlara doğru sənətkarlıqla tapılmış “hərəkətində” axıcılığın və dinamikanın əldə olunması xalçanın bu hissəsinin sferikliyinin inandırıcılığı təəssüratını yaratmışdır. Bu “çevrə”ni əhatələyən sarı zolağın üzərində doqquz “məqam”ın adı yazılmışdır. Xalçanın mərkəzi ilə iri haşiyəsinə qədər olan məsafədə kəhkəşanı, yəni, “Ağ yol”un buludsuz gecələrdə heyranedici olan görüntüsünü şərtləndirən çoxsaylı təsvirlər yerləşdirilmişdir. Bürclərin və planetlərin və digər obyektlərin yer aldığı bu “səmavi xəritə” bədiiliyi ilə yanaşı, həm də elmi dəqiqliyi ilə diqqət çəkir, desək, həqiqəti söyləmiş olarıq. Bütün yaradıcılığı boyu ərsəyə gətirdiyi xalçaların kompozisiyalarına daxil edilmiş bu bəzək ünsürlərinə məna-məzmun verməyə meylli olan Hacı Eldar Mikayılzadə bu ənənəsinə “Kəhrəşan”da da sadiq qalmışdır. Bu mənada o, bu unikal xalçanı həm də tamaşaçı ilə dialoqa girmək gücündə olan mənəvi-fəlsəfi qaynağa çevirmişdir...

AZƏRTAC
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:20

İctimai rəy, media məsuliyyəti və HÜQUQİ REALLIĞ: DÖVLƏT MƏMURLARI ŞANTAJ OLUNUR...

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır