“Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlandı”

17:00 24.09.2021 653
“Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlandı”


Azərbaycanda eşitmə və nitq məhdudiyyətli insanlar üçün ilk elektron lüğət (www.jestdili.az) hazırlanaraq istifadəyə verildi. Lüğət Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Doğma jest dili” layihəsi çərçivəsində “Nar”ın maliyyə dəstəyi ilə hazırlanıb. Elektron lüğətdə təxminən 3000-ə qədər söz və söz birləşməsi jestlərinin izahedici mətnləri, eyni zamanda 2100-dən artıq jestin şəkilləri və videoları yerləşdirilib.

Qeyd edək ki, “Doğma jest dili” lüğətinin elektron variantı eşitmə və nitq məhdudiyyəti olanlar və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyən surdotərcüməçi, surdoloq, müəllim və loqopedlər üçün əvəzedilməz vasait olacaq. Onlayn lüğətin digər üstünlüklərindən biri insanlar üçün daha əlçatan olması və sözlərin asanlıqla axtarışını aparmağa imkan verməsidir. Bundan başqa, saytın mobil versiyası da hazırlanıb.

“Karlara Dəstək” İB-nin sədri Kamran Abasovun sözlərinə görə, elektron lüğət jest dilini öyrənmək arzusunda olanların istəyi nəzərə alınaraq hazırlanıb: “Azərbaycanda jest dili lüğətinin veb versiyası heç vaxt hazırlanmayıb. Veb-səhifə eşitmə və nitq qabiliyyəti məhdud olan insanların yaxınlarının jest dilini öyrənməsini asanlaşdıracaq, həmçinin gələcək tərcüməçilər və eşitmə və nitq məhdudiyyətli uşaqlarla işləyəcək şəxslər üçün pulsuz öyrənmə imkanı verəcək. Eşitmə məhdudiyyəti olan insanların adından “Nar” və RİİB-ə göstərdikləri bu dəstəyə görə təşəkkür edirik”.

“Nar”ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib ki, artıq 10 ilə yaxındır ki, mobil operator eşitmə və nitq məhdudiyyəti olan insanların cəmiyətə inteqrasiya olunmasına dəstək olmaq məqsədilə müxtəlif layihələr icra edib: “İlk elektron jest dili lüğətinin hazırlanması ilə eşitmə və nitq məhdudiyyəti olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılmasına və ətrafdakı insanlarla ünsiyyətinin asanlaşdırılmasına dəstək olacağımıza inanırıq. Mobil operator olaraq, həm abunəçilərimizə üstün müştəri xidməti təqdim etməyi, həm də cəmiyyətimiz üçün əhəmiyyətli sosial layhələr icra etməyi özümüzün məsuliyyəti hesab edirik”.

RİİB-in nümayəndəsi Zaira Qasımovanın sözlərinə görə, İctimai Birliyin fəaliyyətində əhalinin maarifləndirilməsi və məşğulluğun artırılması mühüm yer tutur: “Sosial cəhətdən həssas (çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan) əhali qruplarının sosial problemlərinin həlli və sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası istiqamətində mütəmadi olaraq layihələr həyata keçirilir, yeni ideya və təşəbbüslər dəstəklənir. Layihə çərçivəsində onlayn lüğətin hazırlanması üçün Əmək və əhalinin sosial müdafiəsi nazirliyi, Təhsil nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AMEA-nın mütəxəssisləri, dosentlər və müəllim heyəti, ‘Karlara Dəstək” İB-nin əməkdaşlarının iştirakı ilə işçi qrupu yaradıldı”.

Qeyd edək ki, “Nar” bundan əvvəl eşitmə və nitq məhdudiyyəti olan insanların müxtəlif peşələrə yiyələnməsi üçün paytaxtda və regionlarda “Təlim məktəbi” təşkil edib, eyni zamanda işarət dilində olan sözlərin jestlərlə izahını verən “Səssiz dünyaya körpü” adlı kitabı nəşr etdirib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


“Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlandı”“Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlandı”“Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlandı”
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

17:33

Akademik Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayevin barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir