Bütün xəbərlər

“Nar”dan koronavirusla mübarizə aparan həkimlərə növbəti rabitə dəstəyi”

“Nar”dan koronavirusla mübarizə aparan həkimlərə növbəti rabitə dəstəyi”


Koronavirus (COVID-19) infeksiyasının davam etdiyi müddətdə “Nar” virusla mübarizə aparan həkimləri növbəti dəfə pulsuz rabitə ilə təmin edib. Səhiyyə Nazirliyinin təqdim etdiyi siyahı əsasında COVID-19 infeksiyası ilə mübarizə aparan bir sıra xəstəxanaların həkimlərinin “Nar” nömrələrinin balansına 2 ay müddətində 50 AZN yüklənəcək. Məqsəd həkimlərin koronavirus infeksiyasına yoluxmuş şəxslərlə mütəmadi ünsiyyətdə olmalarını təmin etməkdir.

Xatırladaq ki, mobil operator bundan əvvəl də koronavirusun yayılmasının qarşısını almağa çalışan tibb personalını, o cümlədən xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin edib. Bundan başqa, “Nar” koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə bir sıra mühüm sosial layihələrdə aktiv iştirak edib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
loading...
SORĞU
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

“190 manat ödəniş yenidən verilməlidir” – Deputatdan təklif
Ağsu rayon sakinindən cənab Sahil Babayevə müarciəti!
“Prezident maska taxırsa, niyə başqası edə bilməz?“ - İlham Əliyevdən XƏBƏRDARLIQ
Heç bir “etibarlı mənbə” Tərtər rayonunu, onun sakinlərini əvəz edə bilməz...
Ötən ay 18 nəfər qidadan zəhərlənib - RƏSMİ
ƏN ÇOX OXUNANLAR
FOTOFAKT
Bakıda yeni doğulmuş körpəni zibil yeşiyinə atdılar
Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…
Avropa oyunlarında Gürcü idmançının cinsi orqanını dişlədiyinə görə idmandan birdəfəlik qavuldulan ERMƏNİ Avropa Appelyasiya Məhkəməsini necə uddu?
Agcəbədidə blıqlar qırılır
Zakatala meşələri qan aglayır