Bakcell ”Bakutel-2018” sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr”

16:02 6.12.2018 1 160
Bakcell ”Bakutel-2018” sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr”















Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Bakı şəhərində start götürmüş “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransının ziyarətçilərini ən müasir texnologiyalar, rahat və müasir məhsul və xidmətlər və şirkətin son nailiyyətləri ilə tanış edir.

Sərginin ilk günündə media nümayəndələri üçün keçirilmiş brifinqdə “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers şirkətin “Bakutel-2018” sərgisində nümayiş olunan texnologiyalar və rəqəmsal layihələr barədə danışıb: “Bu il stendimizin qonaqları Azərbaycanda ilk dəfə olaraq “5G-yə hazırlıq” adlanan 4.5G texnologiyası üzərindən təmin olunan 600 Mbps mobil sürətini sınaqdan keçirə biləcək, şirkətin ən uğurlu layihələri və təşəbbüsləri barədə məlumat alacaqlar. 2019-cu il ərzində ölkənin ən sürətli 4G şəbəkəsinin regionlara doğru genişləndirilməsi və onun inkişafı istiqamətində aparılan işlər davam etdiriləcək. Gələn ilin sonuna qədər Bakcell Azərbaycan əhalisinin 95 faizini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırır”.

“Azərbaycanın Ən Sürətli Mobil Şəbəkəsi”ni sınaqdan keçir və hədiyyə qazan!

“Bakutel-2018” sərgisində quraşdırılmış Bakcell stendinin qonaqları tanınmış OOKLA şirkəti tərəfindən sınaqdan keçirilmiş və Azərbaycanın Ən Sürətli Mobil Şəbəkəsi adına layiq görülmüş Bakcell şəbəkəsinin imkanları ilə tanış olmaq fürsətinə malikdirlər. Öz gücünə güvənən iştirakçılar isə stenddə quraşdırılmış xüsusi qurğuda top ataraq yarışacaq və “Bakcell”dən pulsuz İnternet qazanacaq və 4G internetinin üstünlüklərindən yararlanacaqlar.

“Mənim Bakcellim” aplikasiyasının yeni istifadəçiləri üçün lotereya

Sərgi ziyarətçiləri Bakcell şirkətinin yeni istifadəyə verilmiş “Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış ola, müştəri xidmətləri ilə canlı əlaqə yaradıb sualları verə, mobil əlavəni sınaqdan keçirib onun maraqlı və unikal funksiyaları barədə məlumat ala biləcəklər. “Google Play Store” və ya “AppStore” mobil dükanlarından “Mənim Bakcellim” aplikasiyasını yükləyən qonaqlar isə xüsusi lotereyada iştirak edib hədiyyə qazanacaqlar.

“AppLab” guşəsində ən maraqlı startap layihələri

“AppLab” guşəsində həmçinin ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında gənc yerli developerlərə kömək edən AppLab inkubasiya mərkəzinin 2 yeni layihəsi - “Run2Help” və “bilik.az” təqdim ediləcək.

“Wi-Fi Evinizdə” – 4G olan hər yerdə internet

“Wi-Fi Evinizdə” guşəsində sərgi ziyarətçiləri rahat ev şəraitində “Bakcell”in yeni təqdim olunmuş Wi-Fi qurğusunun üstünlüklərini görəcək, ölkənin ən sürətli 4G internetindən istifadə edəcək və “Virtuall Realliq” proqramında futbol oynayacaqlar.

“Ulduzum”la oyna və hədiyyə qazan!

Bakcell şirkətinin “Bakutel 2018” stendinin ziyarətçiləri sərgidən əyləncəsiz və hədiyyəsiz ayrılmayacaqlar. Onlar “Ulduzum” loyallıq proqramına aid labirint oyununda iştirak edərək “Ulduzum” tərəfdaşlarından maraqlı hədiyyələr qazanacaqlar.

Mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə etmək üçün Bakcell şirkəti “Bakutel 2018” sərgisinin bütün ziyarətçilərini öz stendinə dəvət edir.

Kiçik və orta biznesə dəstək

Nikolai Beckers bildirib ki, Bakcell şirkəti bu il Bakutel sərgisi çərçivəsində innovasiya və texnologilayarı nümayiş etdirməklə bərabər, kiçik və orta sahibkarlığa da dəstək göstərir. Belə ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə təşkil olunan digər stenddə də təmsil olunan Bakcell şirkəti ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə start verilmiş “KOB Dəstək” proqramı çərçivəsində startapların və bizneslərin “Bakutel 2018” sərgisində təmsil olunmasına dəstək göstərir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell ”Bakutel-2018” sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr”
Bakcell ”Bakutel-2018” sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr”
Bakcell ”Bakutel-2018” sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr”
Bakcell ”Bakutel-2018” sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr”
Bakcell ”Bakutel-2018” sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr”
Bakcell ”Bakutel-2018” sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr”
Bakcell ”Bakutel-2018” sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr”
Bakcell ”Bakutel-2018” sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr”
Bakcell ”Bakutel-2018” sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr”
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video