"Qafqazda sülhün vaxtı çatıb" - Baş konsulumuz "The Hill"ə yazdı

16:18 19.02.2017 1 085
"Qafqazda sülhün vaxtı çatıb" - Baş konsulumuz "The Hill"ə yazdı
ABŞ Konqresinin ən nüfuzlu nəşri olan, senator və konqresmenlər, xarici siyasət ekspertləri və geniş ictimaiyyət tərəfindən mütəmadi olaraq izlənən "The Hill" qəzetinin 18 fevral tarixli sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc olunub.
Milli.Az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, "Qafqazda sülhün vaxtı çatıb" başlıqlı məqalədə baş konsul, hazırda davam edən gərgin münaqişə ocaqları fonunda Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə nizamlanmasına böyük zərurət olduğunu, bu səpkidə ABŞ-ın yeni adminitrasiyasının bununla bağlı atacağı konstruktiv addımlara böyük gözləntilərin olduğunu qeyd edir.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə geniş məlumat verən baş konsul, sülhə nail olmaq üçün beynəlxalq hüquqi əsasların kifayət qədər güclü olduğunu, bu səpkidə BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının, eləcə də, Avropa Şurası, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu təşkilatların Ermənistanın işğalçı siyasətini pisləyən və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən çoxsaylı sənədlərinin mövcud olduğunu vurğulayır. Diplomat, hətta Avropa İnsan Haqları Məhkəməsinin 2015-ci ildə qərar qəbul edərək, işğal və etnik təmizləmə faktlarını təsdiqlədiyini diqqətə çatdırır. Bütün bunlara baxmayaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinin Ermənistana müvafiq beynəlxalq təzyiqlərin olmaması ilə bağlı olduğunu bildirən N.Ağayev, dünyada sülhün qorunması üçün II Dünya Müharibəsindən sonra yaradılmış, ərazi bütövlüyü prinsipinin yüksək önəm daşıdığı beynəlxalq hüquq sisteminin son onilliklərdə aşınmaya məruz qaldığını qeyd edir. Bu hüquqi aşınmanın dünya üçün olduqca təhlükəli olduğunu yazan baş konsul, beynəlxalq hüquqa hörmətin təmin edilməsi vəzifəsinin beynəlxalq təşkilatların, ancaq onlardan da çox, böyük dövlətlərin üzərinə düşdüyünü qeyd edir.
Gələn həftə 25 illiyi tamam olacaq Xocalı soyqırımından bəhs edən diplomat bildirir ki, 1992-ci ildə təxminən 300 nəfəri uşaq, qadın və qoca olmaqla, 613 nəfər mülki azərbaycanlı Ermənistan silahlı birləşmələri tərəfindən qəddarcasına öldürüblər. N.Ağayev, bu qanlı qətliamdan başqa, 800 min azərbaycanlının işğal altındakı öz dədə-baba yurdlarından didərgin salındığını, Azərbaycan torpaqlarının 20%-nin - müqayisə üçün, ABŞ-ın Konnektikut ştatından da böyük bir ərazinin - Ermənistan tərəfindən işğal edildiyini vurğulayır.
Diplomat, ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin ədalətli həllində, Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoyacaq və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına şərait yaradacaq həll yolunun taplmasında ABŞ-ın yeni administrasiyasının öz səylərini intensivləşdirəcəyinə ümid edildiyini diqqətə çatdırır.
Azərbaycanın bir çox qlobal önəmli transregional layihələrdə mərkəzi rol oynadığını bildirən N.Ağayev, Azərbaycan-ABŞ tərəfdaşlığı barədə məlumat verir və münaqişənin tezliklə həllinin həm region, həm də dünya üçün faydalı olacağını qeyd edir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...