BU XƏBƏRİ MÜTLƏQ OXUYUN: “Türklər Xankəndinin 15 kilometrliyinə çatıb, ..."

00:51 19.05.2017 3 708
BU XƏBƏRİ MÜTLƏQ OXUYUN: “Türklər Xankəndinin 15 kilometrliyinə çatıb, ..."

“Türklər Xankəndinin 15 kilometrliyinə çatıb, siz burada Şuşanı müzakirə edirsiniz?...”
90-cı illərin əvvəllərində qondarma “dqr”in “hökumət sədrinin müavini və parlamentin deputatı” olan, hazırda özünü “Artxasın Vətəndaş Şurası”nın sədri kimi təqdim edən Boris Aruşanyan Qarabağ müharibəsinin kritik dövrü-1992-ci il barədə xatirələrini danışıb.

Virtualaz.org xəbər verir ki, Aruşanyan “Aravot” qəzetinə müsahibəsində 1992-ci ilin iyul ayında ATƏT-in o vaxt yeni formalaşan Minsk Qrupunun Romada keçirilən görüşündə iştirakını xatırlayır.

BU XƏBƏRİ MÜTLƏQ OXUYUN: “Türklər Xankəndinin 15 kilometrliyinə çatıb, ..."


“Həmin görüş ərəfəsində söz-söhbətlər gəzirdi ki, Minsk Qrupu erməni tərəfinin maraqlarına cavab verməyən qərar çıxarmağa hazırlaşır. Ona görə də parlament Roma görüşünə nümayəndə heyəti göndərməkdən qəti imtina edirdi. Bununla belə iyunun sonlarında qərar qəbul edildi ki, Minsk Qrupu formatında danışıqlarda iştirak edək və Romaya nümayəndə heyəti göndərək”-Aruşanyan danışır.

Minsk Qrupunun Roma görüşündə iştirak etmək üçün Dağlıq Qarabağ separatçıları Aruşanyanın rəhbərliyi ilə üç nəfərdən ibarət nümayəndə heyəti formalaşdırır, heyətə səhra komandirləri Robert Köçəryan və “parlamentin” rəyasət heyətinin sədri Qrant Xaçatryan daxil idi. Və Romaya yola düşmək ərəfəsində Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan Aruşanyanı qəbul edir.

BU XƏBƏRİ MÜTLƏQ OXUYUN: “Türklər Xankəndinin 15 kilometrliyinə çatıb, ..."BU XƏBƏRİ MÜTLƏQ OXUYUN: “Türklər Xankəndinin 15 kilometrliyinə çatıb, ..."

“Situasiya kirtikdir, bizi təcavüzdə ittiham edirlər, Ermənistana qarşı sanksiyalar tətbiq etmək istəyirlər. Sizdən xahiş edirəm ki, orada güzəştə gedəsiniz və sənədləri imzalayasınız”-Ter-Petrosyan Boris Aruşanyana deyir. Lakin Qarabağdan olan separatçı Ermənistan prezidentinə bildirir ki, həmin sənədlərin Qarabağ ermənilərinin maraqlarına cavab verdiyinə əmin olmayana qədər onları imzalamayacaq. “Əgər mənim mövqeyim sizi qane etmirsə Romaya getməyə bilərəm”-Aruşanyan Ter-Petrosyana bildirir.

“Yox, yox, Borya, getmək lazımdır. Orada baxın görün nə edirsiniz. Sadəcə olaraq mənim mövqeyimi nəzərə alın ki, kompromis lazımdır”-Ter-Petrosyan cavab verir.

Beləliklə, 1992-ci il iyulun 3-də Qarabağ separatçılarının nümayəndə heyəti Romaya, Minsk Qrupunun görüşünə yola düşür. “Elə ertəsi gün bizə xəbər verdilər ki, düşmən Mardakerti (Ağdərə-red.) tutub. Bu xəbər bizim danışıqlardakı mövqeyimizi pisləşdirdi, çünki hələ Mardakertin tutulmasına qədər Dağlıq Qarabağın inzibati ərazisinin 30 faizi Azərbaycanın nəzarətində idi və faktiki olaraq kritik situasiya yaranmışdı”-Aruşanyan nəql edir.

BU XƏBƏRİ MÜTLƏQ OXUYUN: “Türklər Xankəndinin 15 kilometrliyinə çatıb, ..."

Romada Qarabağ separatçılarının nümayəndə heyəti əvvəlcə Ermənistan nümayəndə heyəti ilə görüşür, aydınlaşdırmağa çalışır ki, onlar son iki ayda nə ediblər və danışıqlardakı vəziyyət necədir. Habelə görüşdə hansı sənədlər müzakirə olunacaq. “Bir sözlə, biz sonrakı addımlarımızı müzakirə etdik. Biz Mardakertin tutulması ilə bağlı birgə bəyanat hazırladıq, onu Ermənistan nümayəndə heyəti ilə müzakirə etdik və bəzi düzəlişlər apardıq. Onlar isə məlumat verdilər ki, Minsk Qrupunun görüşündə Şuşa və Laçının azad edilməsi, qoşunların bu rayonlardan çıxarılması qrafiki müzakirə olunacaq. Biz qulaqlarımıza inanmadıq...Bu necə ola bilər? Bizdə, Qarabağda çətin ki, kimsə belə sənədin müzakirə olunacağını ağlına gətirə bilərdi”.

Aruşanyan danışır ki, Romaya yola düşəndə ona Şuşa və Laçından erməni qoşunlarının çıxarılması qrafikinin müzakirə olunacağını heç kim deməmişdi. “Dostlarım məni sakit olmağa çağırsa da mən özümü saxlaya bilmədim, qışqırdım: “Türklər Stepanakertin (Xankəndi-red) cəmi 15 kilometrliyindədir, Əsgəranda amansız döyüşlər gedir , siz burada Şuşanın, Laçının qaytarılmasını müzakirə edirsiniz? Bizi təzədən blokadaya almaq istəyirlər? Biz bundan sonra mübarizəni necə aparacağıq? Bu nədir, siz dəli olmuşunuz?”

Aruşanyanın danışdıqlarından məlum olur ki, Ermənistan nümayəndə heyəti özünə bəraət qazandırmağa çalışıb, bildiriblər ki, situasiya buna məcbur edir. Lakin Qarabağ separatçılarının nümayəndə heyəti bu arqumentlə razılaşmayıb. Bildirib ki, Şuşanın və Laçının qaytarılmasını müzakirə etmək artıq təslim olmaq deməkdir. “Dedim ki, sizin burada bu məsələni müzakirə etməyə hazırlaşmağınız çox pisdir. Onlar soruşdular ki, bəs siz nə təklif edirsiniz? Dedim ki, sabahkı görüşdə bütün təkliflərin kənara qoyulmasına, hər şeyi ağ vərəqdən başlamağa çağırmaq lazımdır. Bir halda ki, hərbi əməliyyatlar davam edir, heç bir qrafikdən söhbət gedə bilməz. Azərbaycan tərəfinin mövqeyi belə idi ki, ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Şuşa və Laçından qoşunları çıxarmalıdır, hərbi əməliyyatlar isə yalnız bundan sonra dayandırıla bilər. Bizim vəzifəmiz isə bundan ibarət idi ki, qoşunların çıxarılması qrafikindən imtina edək, bütün məsələlər bir paketdə müzakirə olunsun, o cümlədən Dağlıq Qarabağın statusu”-Aruşanyan bildirir.

Ermənistan nümayəndə heyəti cavab verir ki, belə olsa Azərbaycan həmin tələblərlə razılaşmayacaq. Aruşanyan isə bu halda Qarabağ separatçılarının danışıqlardan imtina edəcəyini deyib. Bildirib ki, görüşün əvvəlində bəyanatla çıxış edib mövqelərini çatdıracaqlar, qəbul olunsa danışıqlarda iştirak edəcəklər, əks halda geri qayıdacaqlar.

BU XƏBƏRİ MÜTLƏQ OXUYUN: “Türklər Xankəndinin 15 kilometrliyinə çatıb, ..."
Beləliklə, Roma görüşündə Şuşa və Laçından qoşunların çıxarılmasının qrafikinin müzakirə olunması gündəmdən çıxarılır. Erməni tərəfi ona da nail olur ki, Türkiyə Minsk Qrupunun həmsədri olmasın. Habelə Dağlıq Qarabağ separatçılarının nümayəndə heyətini gələcək danışıqlarda statusu gündəmə gətirilir.

Xatırladaq ki, həmin dövrdə Azərbaycan ordusu uğurlu hücum əməliyyatları keçirərək Ağdərəni və onun kəndlərinin əksəriyyətini düşməndən azad etmişdi. Və Aruşanyanın dediyi kimi Azərbaycan ordusu Xankəndinin 15 kilometrliyinə qədər gedib çıxmışdı. Şərq istiqamətində isə Əsgəran uğrunda döyüşlər gedirdi. Lakin o zamankı Rusiya mətbuatında da açıq yazıldığı kimi Moskva bundan bərk narahat oldu və Rusiya quru qoşunlarının komandanının müavini general Kolesnikovun rəhbərliyi ilə xüsusi qrup təcili İrəvana göndərilərək erməni ordusunun əks-hücum planı hazırlandı. İran isə ciddi yanacaq və ərzaq qıtlığı çəkən ermənilərin arxa cəbhə təchizatını üzərinə götürdü...
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir