İntihar, pulsuzluq, ümidsizlik, ölkədən gediş... adambaşına düşən ÜDM azalır - Araşdırma

00:27 18.05.2017 2 021
İntihar, pulsuzluq, ümidsizlik, ölkədən gediş... adambaşına düşən ÜDM azalır - Araşdırma

Rəsmi dillə desək, aparılan "uğurlu" iqtisadi islahatlar nəticəsində bu ilin yanvar-aprel aylarında ölkədə ÜDM 1,2% azalıb, adambaşına düşən ÜDM 2075 manata bərabər olub.

Devalvasiyalardan öncə, 2013-cü ildə yanvar-aprel aylarında adambaşına düşən ÜDM 2372 dollar idi, indi 2017-ci ildə isə dollarla adambaşına düşən ÜDM 1220 dollara bərabərdir - yəni 2 dəfə (!!!) azalma var.

Bu artıq böhran deyil, iqtisadi depressiyadır, məhz buna görə də cəmiyyətdə aqressivlik, intiharlar, ümidsizlik, ölkədən köçüb-getmək istəyi bu qədər artıb.

İndi baxıb görürsən ki, hər şey yenidən öz dairəsinə qayıdır. Düzdür, artıq “qəzet bumu” yoxdur və insanlar qəzet almaq üçün daha köşklərin önünə toplaşmırlar.

Amma televiziyalar var və bu televiziyalarda yenidən münəccimlər görünməyə başlayıb. İnsanlar da onların dediklərini, “proqnoz”larını hökumətin iqtisadi qəraralarını dinlədikləri qədər diqqətlə dinləyirlər.

Niyə belə olur? Əvvəldə dedik ki, insanlar məmurlardan, ekspertlərdən ala bilmədikləri cavabları, pozitiv impulsları mistikaya müraciət etməklə, münəccimlərə üz tutmaqla almaq istəyirlər. Neft gəlirlərinin azalması və özəl sektorda iş yerlərinin qapadılması büdcənin gəlir qaynaqlarının dairəsini əhəmiyyətli şəkildə azaldıb.

İndi hökumət 2 variant arasında seçim etməlidir. Ya dövlət xərclərinin kəskin azaltmaqla liberal islahatlara getməli, büdcənin gəlir qaynaqlarını artırmaq üçün yeni iş yerlərinin açılmasını stimullaşdırmalıdır, ya da indiki konservativ iqtisadi siyasətini saxlayıb, vergi və rüsumları qaldırmaq və enerji daşıyıcılarını bahalaşdırmaqla büdcəni doldurmağa çalışmalıdır.

Ulus.Az xəbər verir ki, əhalinin alıcılıq qabiliyyətinin ölməsi özəl sektorun da son nəticədə çökməsinə səbəb olacaq. Bazarın bütün seqmentlərində alıcıları sayı kəskin azalacaq.

Bu da müəssisələrin gəlirlərinin azalmasına və son nəticədə büdcə ödəmələrinin azalmasına gətirib çıxaracaq.

Sonda şıxış yolu yenidən liberal islahatlara getmək olacaq. Ancaq təəssüf ki, hökumət hələ ki, islahatlar barədə yox, əhalinin cibi hesabına büdcəni doldurmaq haqda düşünür.

Ölkəmiz yeni sosial-siyasi mərhələ ərəfəsində olsa da baş verə biləcək olayların təfərrüatlarını proqnoz etmək çox çətindir.

Sadəcə onu demək olar ki, bu dönəm çağdaş siyasi tariximizin olduqca mühüm səhifəsi kimi dövlətimizin və vətəndaşlarımızın bundan sonrakı aqibətini müəyyən edəcək.

Proqnozları çətinləşdirən obyektiv və subyektiv amilləri sadalamaqla vaxt itirmədən qısaca olaraq deyə bilərik ki, ölkədə sosial, iqtisadi, siyasi, hüquqi və psixoloji durum çox gərgindir.

İqtidar bütün vasitələrlə çalışır ki, ölkədə mövcud olan ictimai-siyasi durum, ənənəvi idarəetmə metodları, sistemdaxili münasibətlər böhranın mənfi təsirlərinə tabe olmasın.

Sosial böhran cəmiyyətdə siyasi fəallıq doğurmasın. Əhalini idarəolunan lokal iqtisadi-siyasi gündəmə kökləməklə manipulyasiyanı davam etdirmək mümkün olsun.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir