Azərbaycanla Türkiyənin QUBERNİYASI, “Şəhər dövlətləri” PLANI... - TƏCİLİ

00:23 11.05.2017 1 861
Azərbaycanla Türkiyənin QUBERNİYASI, “Şəhər dövlətləri” PLANI... - TƏCİLİ

ABŞ prezidenti Donald Tramp FTB-nin rəhbəri Ceyms Komini istefaya göndərib. ABŞ prezidenti Suriyada İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib. Vaşinqtonun qərarı Ankara tərəfindən sərt qarşılanıb. Beynəlxalq haker qrupu “Anonymous” III Dünya müharibəsinin başlama vaxtını açıqlayıb.
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.



1994-cü il. Qarabağda atəşkəs əldə olundu. Atəşkəs müqaviləsinin imzalanması Bişkekdə həyata keçirilirdi. Lakin Azərbaycan tərəfindən nümayəndə kimi iştirak edən Afiyəddin Cəlilov atəşkəs sənədini imzalamaqdan imtina etdi. Buna səbəb Qarabağın da tərəf kimi göstərilməsi idi. A.Cəlilov Bakıya, Heydər Əliyevə zəng edərək, məsələni izah edir. Heydər Əliyev ona sənədə imza atmadan dərhal geri qayıtmağı tapşırır. Cəbhədə atəşkəs əldə olunsa da, bunun hüquqi qüvvəyə minməsi prosesi dayanmışdı. A.Cəlilovun arxasınca həmin vaxt Rusiyanın Minsk qrupundakı həmsədri Vladimir Kazimirov da Bakıya uçur.
Həmin dövrdə dövlət müşaviri olan Qabil Hüseynli danışır ki, Heydər Əliyev Bakıda Kazimirovun üstünə qışqıraraq, “bu nə oyundur oynayırsınız” dedi: “Bildirdi ki, atəşkəs Ermənistanla Azərbaycan arasında imzalanır, Qarabağ respublikası deyilən bir şey yoxdur. Sənəddə Dağlıq Qarabağın Azərbaycan və erməni icmasının adı ola bilər. Kazimirov Heydər Əliyevin qarşısında quzuya dönmüşdü, axırda o, deyilənlərlə razılaşdı və “baş üstə” deyə bildirdi. Azərbaycan tərəfi imzaları Bakıda atdı, Kazimirov sənədi Ermənistana apardı. Orada da imzalar atılandan sonra sənədin bir nüsxəsi Bakıya göndərildi. Beləliklə, ermənilərin ən çox istədiyi planın qarşısı alındı”.

Ermənilərin Qarabağ planı necə alt-üst oldu: “Heydər Əliyevin qarşısında quzuya dönmüşdü...”

Həmin vaxtdan indiyə kimi Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan qondarma DQR rejimini danışıqlarda tərəf kimi göstərməyə nə qədər çalışsa da, bu cəhdlər baş tutmayıb. Onların bu planlarını Heydər Əliyev hələ o vaxt alt-üst etmişdi.
Publika.az Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tələb etdiyi kimi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün apardığı diplomatik mübarizənin bir neçə maraqlı məqamını təqdim edir.


"Birmənalı surətdə bildiririk ki, bu məsələdə "Mossad" adlı qurumun heç bir fəaliyyəti olmayıb". Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən ermənilərə işləyən qrupun guya "Mossad" təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə bəzi KİV-də gedən məlumata münasibət bildirilərkən qeyd edilib.
"Düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslərin aşkar edilməsi və ifşa olunması Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən edilib. Toplanılan materiallar müvafiq qaydada Respublika Baş Prokurorluğuna təqdim olunub", - deyə mətbuat xidmətindən bildirilib.
Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, general-mayor Andranik Makaryan iddia edib ki, birgə qoşun birləşmələri Qarabağda müharibə olacağı halda dərhal müdaxilə edəcək. Erməni general birgə qoşun növünün Ermənistan prezidentinin əmri ilə hərəkətə keçəcəyini də iddia edib.
Erməni generalının sözlərinə görə, Rusiya prezidenti birgə qoşun növünün Qarabağa müdaxilə etməsinin əleyhinə əmr verə bilməz.
Rusiyalı hərbi ekspert Aleksandr Xramçik erməni generalın dediklərinin doğru olmadığını bildirib.


“Rusiya və ABŞ arasındakı fikir ayrılıqlarına baxmayaraq, hər iki ölkə Qarabağ münaqişəsinin nizama salınmasında sıx əməkdaşlıq edir”. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

Erməni ekspertlər amerikalı həmsədrin bu açıqlamasını Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında yeni gediş hazırlığı kimi şərh ediblər.

ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini istefaya göndərib. Tramp Komiyə göndərdiyi məktubda onu FTB-ni effektiv idarə etməkdə günahlandırıb.
Qeyd edək ki, Komi 2013-cü ildən FTB-yə rəhbərlik edirdi.
KİV Ceyms Kominin istefaya göndərilməsi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Vaşinqtona səfərinin eyni vaxta düşməsinə diqqət çəkir. FTB direktoru ABŞ-da ötən il keçirilən prezident seçkilərinə Rusiya mümkün müdaxiləsi ilə bağlı araşdırmaya görə cavabdeh şəxs idi. Lakin Ağ Ev istefanın Rusiya, o cümlədən Lavrovun səfəri ilə bağlı olduğu barədə iddiaları rədd edir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-a səfər edib. O, amerikalı həmkarı və ABŞ prezidenti Donald Trampla görüşüb.
“Rusiya prezidenti Vladimir Putin Almaniyada keçiriləcək parlament seçkilərində Angela Merkelin yenidən kansler seçilməməsini qarşısına məqsəd qoyub”. Bunu Kremlin tənqidçisi, Rusiya müxalifətçisi Harri Kasparov “Bild” nəşrinə müsahibəsində deyib.
“Putin nəyin bahasına olursa-olsun Merkelin yenidən seçilməsinə imkan vermək istəmir. Merkel Avropa İttifaqında əsas fiqurdur və Putin bilir ki, Merkel olduğu müddətdə sanksiyalar saxlanılacaq. Putin Merkelin zəifləməsi üçün hər şeyi edəcək. Putin Avropa İttifaqına qarşı olan istənilən partiyanı dəstəkləyəcək”, - Kasparov əmindir.
Bununla belə, Kasparov optimistdir: “Putin artıq Fransa və Niderlandda uduzdu. Ola bilər ki, Almaniyada da uduzacaq”.
Rusiya müxalifətçisi həmçinin qeyd edir ki, Rusiya prezidentini qiymətləndirməmək lazım deyil: “Sovet İttifaqı təhlükəli idi, amma Putin daha təhlükəlidir. O, demokratiyaları içəridən dağıtmağa çalışır”.
Xatırladaq ki, Almaniya kansleri Angela Merkel mayın 2-də Rusiyaya səfər edib. Rusiyanın “RİA-Novosti” agentliyi səfərdən öncə yazmışdı ki, onun Rusiya lideri ilə görüşündə əsas mövzulardan biri Almaniyada keçiriləcək seçkilərdə Putinin dəstəyini almaq olacaq.

Türkiyə prezidenti Ərdoğanla barışmamışam. Bunu Livan mətbuatına müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd söyləyib.
“Əgər iki il içində Suriyanı xilas edə bilməsəm, istefa edəcəyəm. Amma mən Suriyanın xilas olunacağına yüz faiz zəmanət verirəm. Müzakirələr və digər bu kimi məsələlərə baxmayın. Suriyanın terrorçulardan qurtulması ilə bağlı planın məqsədi ölkənin regional rolunun bərpa edilməsidir. Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla barışmamışam. Səudiyyə də bizi yalnız qoyduğuna görə peşman olacaq”, – deyə o bildirib.
ABŞ prezidenti Donald Tramp Suriyada İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib. Pentaqondan verilən məlumata görə, Rakkada İŞİD üzərində qələbəni təmin etmək məqsədi ilə ABŞ Müdafiə Nazirliyinə kürd qruplaşmaların silahlandırılmasına dair səlahiyyət verilib.
Vaşinqtonun bu qərarı Ankara tərəfindən sərt qarşılanıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Suriyada səhv addımlar atılmamalıdır. "YPG və PKK ikisi də terror təşkilatıdır, heç bir fərqi yoxdur. Sadəcə adları fərqlidir və bunların əlinə keçən hər silah Türkiyə üçün təhdiddir. Bizim bu qərara münasibətimizi ABŞ rəhbərliyi çox yaxşı bilir. Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ səfərində Donald Trampla bu haqda danışacaq”, - deyə o bildirib.
Türkiyənin müdafiə naziri Fikri İşık isə bildirib ki, bir terror təşkilatından başqa bir terror təşkilatına qarşı istifadə etmək ilanla çuvala girməkdir. “ABŞ-ın PYD/YPG-yə ağır silahları verməsi bir böhrandır. Bunun bölgəyə və ABŞ-a faydası olmayacaq. Nəticələri isə yalnız bölgə və Türkiyəni təsir etməyəcək, bütün dünyaya təsir edəcək. Türkiyənin oyunu təkbaşına dəyişdirməyə gücü yoxdur, amma maraqlarını müdafiə etməyə gücü var”, - türkiyəli nazir bildirib.
Türkiyənin narahatlığını başa düşürük və bu narahatlığı aradan qaldıracağıq. Bu sözləri ABŞ-ın Müdafiə naziri Ceyms Mettis deyib. Mettis Türkiyənin cənub sərhədinin təhlükəsizliyinin təmin olunması üçün rəsmi Ankara ilə işbirliyi quracaqlarını bildirib.

“ABŞ-ın PKK/PYD-yə verdiyi dəstək, terror təşkilatı üzərindən Suriyanın parçalanmasına gətirib çıxaracaq planların tətbiqi, Tükiyənin cənub sərhədi boyunca bir dəhlizin inşasına çalışması heç bir şəkildə Suriya məsələsi ilə əlaqədar deyil”. Bunu türkiyəli yazar İbrahim Karagül “Yeni Şəfəq” nəşrində yazıb.
“Bu, bir terror məsələsi də deyil. Bu, Suriyanın parçalanması, Suriya üzərindən Türkiyənin parçalanması prosesi üçün infrastrukturunun yaradılmasıdır. Bu, regionun şəhər dövlətlərinə parçalanması layihəsidir və bütün bölgəni təhdid edir. Türkiyə qədər İran və Səudiyyə Ərəbistanı da parçalayacaq bir prosesdir”, - Karagül qeyd edib.

Beynəlxalq haker qrupu “Anonymous” III Dünya müharibəsinin bu il, ya da 2018-ci ildə baş verəcəyini iddia edib. Qrup müharibənin səbəbinin Koreya böhranı olacağını bildirib.
“Koreya yarımadasında baş verə biləcək bir müharibənin izləri göründü. Ölkələrin strateji davrandığını görürük. Amma bu müharibə digər iki dünya müharibəsindən fərqli, daha vəhşi və qanlı olacaq”, - haker qrupunun bəyanatında deyilir.
Bildirilir ki, döyüş yalnız ABŞ, Çin və Şimali Koreya arasında olmayacaq, bütün ölkələr müharibədə bu və ya digər tərəfdə iştirak etmək məcburiyyətində qalacaqlar.
“Bu gün Ukraynanın “Novorossiya” adlandırılan ərazisinin işğalının ssenariləri tamamilə istisna edilib, amma obyektiv səbəblərə görə ölkənin cənub və şərqində təxribatların riski qalır”. Bunu “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukrayna Ali Radasının üzvü Dmitri Tımçuk deyib.
Cənubi Koreyanın yeni prezidentinin adı məlum olub. Dünən keçirilmiş seçkilərdə Milli Seçki Komissiyasının (MSK) qərarı ilə 41,1% seçici səsi toplayan Mun Çje İn bununla da rəsmən Cənubi Koreyanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb.
Məlumata görə, ona 13,4 milyondan çox seçici səs verib.
Ömər Dağlı
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

23:33

Alim və oftalmoloq

01:44

Görkəmli oftalmoloq-alim, böyük ziyalı - ZƏRİFƏ XANIM ƏLİYEVA - ANIM...

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu

17:15

Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir

23:01

Navalnı necə öldürülüb? - Bu informasiyanı verəcək şəxsə 50 min avro vəd edildi

22:59

Kemeron: “Putin Ukrayna ilə bağlı səhv edib”

22:57

Prezident onu nazir müavini təyin etdi - FOTO

22:54

Paşinyanın partiyasından Zelenski AÇIQLAMASI

22:53

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub

16:32

“Nar”ın dəstəyi ilə Şəkərbura Şou Olimpiya Kubokunun finalı keçirilib

12:26

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

23:36

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədidə gənclərlə görüş keçirib