ABŞ-dan Ermənistanı qorxuya salan YENİ QARABAĞ PLANI

00:01 11.05.2017 3 226
ABŞ-dan Ermənistanı qorxuya salan YENİ QARABAĞ PLANI

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Roçard Hoqlandın “Vaşinqton Dağlıq Qarabağ münaqişəsində daha da aktivləşməlidir” sözləri, eləcə də Gürcüstanın müdafiə naziri Levan İzorianın ABŞ-a səfəri “Birləşmiş Ştatlar Cənubi Qafqazda aktivləşir” sualını gündəmə gətirdi.

Publika.az-ın xəbərinə görə, L.İzoria ABŞ-da görüşlərdən sonra bəyan etdi ki, Gürcüstanın müdafiə sahəsində amerikalılarla birlikdə yeni proqram hazırlığına başlayırlar. O, Vaziani bölgəsində Gürcüstan və ABŞ-ın birgə döyüş hazırlığı mərkəzi inşa etdiklərini də vurğuladı.

Bunun fonunda Riçard Hoqlandın Dağlıq Qarabağla bağlı açıqlamaları da diqqət çəkir.

“Mən razıyam ki, biz daha aktiv olmalıyıq. Lakin ABŞ-ın yeni administrasiyasının erkən dövründəyik. Yeni administrasiya hələlik xarici siyasi kursu və komandanı hazırlayır. Ona görə də gəlin bir az dözümlü olaq. Görəcəyik ki, yaxın aylarda bütün bunlar inkişaf edəcək”, - deyə o, vurğulayıb.

Erməni ekspertlər amerikalı həmsədrin bu açıqlamasını Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında yeni gediş hazırlığı kimi şərh ediblər.

Erməni jurnalist Naira Ayrumyan isə qeyd edib ki, ABŞ təmas xəttində atəşkəsə nəzarət mexanizminin qurulması ilə bağlı tələbindən imtina edə bilər.

Qeyd edək ki, atəşkəsə nəzarət mexanizmi ABŞ tərəfindən təklif olunub. Bu, Ermənistanın işğalçı siyasətinə şərait yaratdığı üçün Azərbaycan tərəfindən rədd edilib. Həmçinin, Rusiya da bu mexanizmlərin qurulmasına qarşı çıxır. Ermənistan isə israrla bu mexanizmlərin qurulmasını istəyir.

N.Ayrumyan yazır ki, əgər ABŞ və Rusiya razılaşacağı təqdirdə mexanizmlərin qurulması məsələsi arxa plana keçə bilər.

“Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovun Amerikada keçirəcəyi görüşlərdə bu məsələ müzakirə oluna bilər. Riçard Hoqlandın sözlərinə görə, Rusiya və ABŞ Qarabağ məsələsində sıx əməkdaşlıq edirlər. Deməli, mexanizm məsələsində də razılaşa bilərlər”, - deyə o bildirib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:47

ƏGƏR İNSAN DOĞRU-DÜZGÜN YOLDADIRSA... - Sumqayıt şəhər 15 saylı tam orta məktəbin direktoru Elmira Yaqubovanın barəsində yayılan məlumatlar şər və böhtandır...

15:04

Məktəbdə dünyəvilik, milli dəyərlər və şagird hüquqları arasında tarazlıq qorunmalıdır

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı