İCRA BAŞCISI müəllimlərə çəkmə geyindirib tütün əkməyə APARTDIRIR - İlginc olay

23:23 7.05.2017 3 123
İCRA BAŞCISI müəllimlərə çəkmə geyindirib tütün əkməyə APARTDIRIR - İlginc olay
Bir müddət öncə müəllimlərin, səhiyyə işçilərinin, hətta məktəblilərin “könüllü” şəkildə pambıq yığımına aparılması gündəmə gəlmişdi. Dövlət qurumları rəsmi “Facebook” səhifəsində tarlalardan şəkillər paylaşaraq borclarını layiqincə yerinə yetirdiklərini qeyd edirdilər.

Bağça və məktəb müəllimlərinin “könüllü” şəkildə əməyə cəlb olunması davam edir. Ancaq bu dəfə pambıq yox, söhbət tütün əkinindən gedir.
Tovuzda qanunsuzluq: icra hakimiyyəti təhsil kollektivlərini zorla məcburi əməyə cəlb edir Hüquqşünas Cavad Cavadov: «Bu, qanunun, son nəticədə isə Konstitusiyanın 35-ci maddəsinin tələblərinin pozulmasıdır”

Bir müddət öncə müəllimlərin, səhiyyə işçilərinin, hətta məktəblilərin “könüllü” şəkildə pambıq yığımına aparılması gündəmə gəlmişdi. Dövlət qurumları rəsmi “Facebook” səhifəsində tarlalardan şəkillər paylaşaraq borclarını layiqincə yerinə yetirdiklərini qeyd edirdilər.

Bağça və məktəb müəllimlərinin “könüllü” şəkildə əməyə cəlb olunması davam edir. Ancaq bu dəfə pambıq yox, söhbət tütün əkinindən gedir.

Tovuz rayonundan əldə etdiymiz məlumata görə, müəllimləri məcburi şəkildə tütün şitili əkməyə aparıblar. Buna etiraz edənlərin işdən çıxarılacağı bildirilib. Bizimyol.info-ya məsələ ilə bağlı danışan Çimnaz müəllimə deyir ki, 60-dan çox yaşı var, bir neçə gündür onları tütün şitili əkməyə aparırlar. Xanımın sözlərinə görə, bu təhsil işçiləri üçün təhqirdir: “Bizə tütün şitili əkməyə getməli olduğumuzu dedilər. Getmək istəməyənləri işdən çıxarmaqla hədələdilər. 62 yaşım var və bu yaşımda yağışlı havada gedirəm tütün əkməyə. Niyə? İşdən çıxmamaq üçün. Üstəlik yağışlı havada bütün müəllimlərin ayağına çəkmə geyindirib deyirlər ki, gedin filan yerə tütün əkilməlidir. Yol pulunu da özümüz verməli oluruq. Sonra isə məktəblərdə dərslərin normal getmədiyini deyirlər. Axı biz təhsil işçiləri nəyə görə, öz müqəddəs peşəmizi icra etməkdənsə tütün əkməyə gedirik? Səhv anlamayın, tütün əkənləri xor görmürəm. Ancaq hamının bir peşəsi var. Mənim nə tütündən, nə də tütün əkinindən başım çıxır”.

Çimnaz müəllimə deyir ki, işdən çıxmaq qorxusundan heç kimə də şikayət edə bilmirlər. Çünki onlara bunun könüllü olduğuna dair müəyyən sənədlər imzaladıblar: “Ad olur ki, könüllüyük. Halbuki, məcburi şəkildə gedirik. Orda olanlardan nə bağça, nə də məktəb müəllimləri deyə bilməz ki, biz bura öz istəyimizlə gəlmişik. Hamı işini itirmək qorxusundan getmək məcburiyyətində qalır. Hər şey cəhənnəm, nəyə görə kiminsə işinə görə mən öz cibimdən yol pulu verib getməliyəm? Məcburi əməyə cəlb etdikləri az deyilmiş kimi, yol pulunu da bizə ödədirlər”.

Bəs könüllü adı altında bu tip əməyə cəlb olunma qanunidirmi?

Vəkil Cavad Cavadlı Bizimyol.info-ya açıqlamasında bildirdi ki, bu şəkildə könülülük fəaliyyəti adı altında əməyə cəlb olunma qanun pozuntusudur: “Tarlalarda könüllü adı ilə vətəndaşların işə cəlb edilməsi tamamilə qanunsuzdur və bunu edən təşkilatlar Milli Məclisin qəbul etdiyi və Prezidentin imzaladığı "Könüllü fəaliyyəti haqqında” qanunun tələblərini kobud şəkildə pozurlar. Mətbuatda bir müddət öncə, xüsusən də sosial şəbəkələrdə Azərbaycanda pambıq yığımında könüllülərin geniş cəlb olunması barədə məlumatlar yayılmışdı. Sosial şəbəkələrdə "ASAN” Xidmətin işçilərinin, hansısa xəstəxananın həkimlərinin, məktəb müəllimlərinin və digərlərinin könüllü olaraq tarlalarda bəh-bəhlə pambıq yığımına cəlb olunması bildirilirdi. Könüllü olaraq şəxslərin işə cəlb edilməsi 9 iyun 2009-cu ildə qəbul edilmiş "Könüllü fəaliyyəti haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən Könüllü fəaliyyət - Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir”.

C.Cavadlı deyir ki, qanun könüllü fəaliyyətinə cəlb olunmasına yol verən istiqamələri konkretləşdirib: “Bunlar: əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; insanpərvərliyin və dözümlülüyün təbliği; istehlakçıların hüquqlarının qorunması; hüquqi və mədəni maarifləndirmə; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; idmanın inkişafı; xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi; tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması; silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi; cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələridir”.

“Eyni zamanda Qanunun 4.3 maddəsi könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsini və 4.4. maddəsi Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə qəti olaraq yol vermir. Yəni bu o deməkdir ki, hansısa kommersiya hüquqi şəxsin "XXX” MMC-nin şəxsi gəlir əldə etməsi üçün könüllü işə cəlb etməsi mümkün deyil və bu mümkün olsa idi belə işçi çatışmamazlığı üzündən könüllürərin işə cəlb edilməsi birbaşa qanunla qadağandır. Açıq-aşkardır ki, "könüllülərin" işə cəlb edilməsi məhz işçi çatışmamazlığı ilə bağlıdır. Bütün bunlardan əlavə könüllüləri işə cəlb edən təşkilat könüllülərlə müqavilə bağlamalı və onların həyat və sağlamlıqlarını sığorta etdirməlidir. Pambıq, tütün tarlalarında işə cəlb olunan və əvəzi ödənilməyən fəaliyyət "Könüllü fəaliyyət” haqqında Qanunun tələblərinə zidd olduğundan könüllü fəaliyyət hesab edilmir və məcburi əməyə daha çox bənzəyir. Bu isə son nəticədə Konstitusiyanın 35-ci maddəsinin tələblərinin pozulmasıdır” - deyə vəkil bildirib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:20

İctimai rəy, media məsuliyyəti və HÜQUQİ REALLIĞ: DÖVLƏT MƏMURLARI ŞANTAJ OLUNUR...

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır