Xalqın qəlbində əbədi yaşayan ümummilli lider

15:02 12.12.2022 901
Xalqın qəlbində əbədi yaşayan ümummilli lider

Dekabrın 12-si Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlıq qazanmış böyük tarixi şəxsiyyət, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günüdür. Bu böyük insan öz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır. Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, Ulu öndər, Ümummilli lider, müasir müstəqil Azərbaycanın qurucusu kimi daim qalacaqdır.

1993-cü ilin iyununda, Azərbaycanın vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda хalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev tezliklə Azərbaycanı bu bəladan qurtardı. Vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılmasından və ölkədəki qeyri-qanuni silahlı birləşmələrin ləğv edilməsindən sonra Heydər Əliyevin qarşısında duran digər başlıca vəzifə Azərbaycanı inkişaf etdirmək, onun beynəlхalq aləmdəki yeri və rolunu artırmaq idi. Siyasi təcrübəsi və dövləti idarəçilik qabiliyyətinə əsaslanaraq Heydər Əliyev Azərbaycanı inkişaf etdirdi, onu supergüclərin əsas tərəfdaşına çevirdi. 1990-cı illərin birinci yarısında əsas diqqəti siyasi sabitliyin bərqərar olmasına yönəldən Heydər Əliyevin sonrakı mərhələ üçün planları ölkəni iqtisadi cəhətdən inkişaf etdirmək və хalqın sosial rifah halını yaхşılaşdırmaqdan ibarət idi. Ümummilli liderin gərgin əməyi və siyasi uzangörənliyi nəticəsində 1994-cü il, sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" Heydər Əliyevin bu istiqamətdə olan istək və arzularının reallaşdırılmasına yaşıl işıq yandırmış oldu. Məhz həmin müqavilənin imzalanması Azərbaycanı хarici investorlar üçün etibarlı tərəfdaşa çevirdi. Qısa müddət ərzində dünyaca məşhur olan neft şirkətlərinə ölkəmizdə fəaliyət göstərmələri üçün geniş imkanlar yaradıldı. Xarici şirkətlərin sərmayə qoyması ölkəmizin iqtisadi cəhətdən inkişafına stimul yaratdı. Azərbaycanda neft sektorunun inkişaf etdirilməsi nəticəsində ölkədə хeyli sayda müəssisə və zavodlar fəaliyyətə başladı, yeni iş yerləri açıldı ki, bu da əhalinin sosial rifah halının yaхşılaşdırılmasına öz müsbət təsirini göstərdi.

Ulu Öndərin Moskvaya - ittifaqın ali rəhbərliyinə, siyasi büroya təyin olunmasından sonra Azərbaycanda sürətlə yüksələn sosial-iqtisadi temp aşağıya düşməyə başladı. Təbii ki, bütün ölkə kimi, Abşeron da iqtisadi tənəzüldən kənarda qalmadı. Lakin taleyin gərdişi elə gətirdi ki, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev ikinci dəfə Azərbaycana hakimiyyətə gəldi. Xalqın təkidli tələbi və çağırışlarına səs verən Ulu Öndər Azərbaycana xilsakarlıq missiyasını yerinə yetirmək üçün geri döndü. Bundan sonra durğunluq və tənəzzül dövrünü yaşayan Azərbaycan xalqı, Azərbaycan dövləti Onun rəhbərliyi altında müasirliyə, tərəqqiyə və inkişafa qədəm qoymağa başladı.

Uzun müddət müstəqilliyini itirmək təhlükəsini yaşayan, Heydər Əliyevin sayəsində bundan xilas olan Azərbaycan xalqının taleyinə ikinci sevinc payı da düşdü. Məhz bu tale payı Ulu Öndər Heydər Əliyevin Özü qədər inandığı İlham Əliyev məfkurəsi idi. İlham Əliyev Azərbaycan Respublikasının rəhbəri və Azərbaycan xalqının Lideri missiyasını uğurla, məharətlə, çevik və məqsədyönlü siyasətlə, inamla, qətiyyətlə davam etdirir.

Qarabağın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu idi. Prezident olaraq onun vaxtının və enerjisinin böyük hissəsinin həmin problemlərə həsr olunduğunu özü dəfələrlə etiraf etmişdi. Dahi siyasətçinin titanik səyləri öz bəhrələrini verdi. Qarabağ problemi onun zamanında həll olunmasa da, münaqişənin ədalətli şəkildə nizama salınmasının ümdə şərtlərinin formalaşmasında çox ciddi uğurlar əldə edildi. Nizami ordu yaradıldı, onun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm nailiyyətlər qazanıldı, beynəlxalq rəydə problemə baxış köklü surətdə dəyişdirildi. Ümummilli Lider 2003-cü ildə növbəti prezident seçkiləri ərəfəsində xalqa müraciətində özünəməxsus daxili inamla deyirdi: "Mənim edə bilmədiklərimi İlham Əliyev həyata keçirəcəkdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Heydər Əliyevin bu müdrik kəlamları möhtəşəm siyasi uzaqgörənlik nümunəsinə çevrildi. İlham Əliyev onun bütün ümidlərini doğrultdu. 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın azad edilməsi bu fikirlərin ən qabarıq təcəssümüdür. İlham Əliyev Heydər Əliyevin başladığı, lakin çatdıra bilmədiyi işi - Qarabağın azad edilməsini uğurla başa çatdırdı, Azərbaycana qeyri-adi qürur, iftixar mənbəyi bəxş etdi. Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin qüdrət və əzəmətinə tarixi möhür vurdu. 2020-ci il noyabr ayının 8-də Şuşanın azad olunması münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim" fikirləri Heydər Əliyevin arzularının ən böyük təntənəsi idi.

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu baxımdan Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında yanaşılma və verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.

Turxan Mahmudov,

«Tac İnşaatçı» MTK-nın rəhbəri.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:20

İctimai rəy, media məsuliyyəti və HÜQUQİ REALLIĞ: DÖVLƏT MƏMURLARI ŞANTAJ OLUNUR...

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır