Böyük güclərin qazanc SAVAŞI: Zəngəzur dəhlizi ətrafında OYUN - Səxavət Məmməd yazır

12:17 21.09.2022 505
Böyük güclərin qazanc SAVAŞI: Zəngəzur dəhlizi ətrafında OYUN - Səxavət Məmməd yazır

Azərbaycan-Ermənistan arasındakı gərginlik üzərindən böyük güclər artıq açıq oynayırlar.

Əslində bunu tərsindən də oxya bilərik. Böyük güclərin maraqları onsuzda sülh olmayan Azərbaycanla Ermənistanın münasibətlərini daha da gərginləşdirib. Bunun necə anlaşılması biraz məntiqə, biraz da niyyətə bağlıdır…

Hesab etmirəm ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Azərbaycanın Ermənistanın sözdə ərazisini işğal etməsinə görə İrəvana səfər edib. Niyə “sözdə”? Çünki faktiki olaraq iki ölkə arasında bu günə qədər nə sərhəd olub, nə də qarşılıqlı sərhədlərin tanınması. Məsələ Rusiyanın açmaq istədiyi nəfəsliyi açılmadan boğmaqdır.

Rusiya Ukrayna ərazisinə hücum etdikdən sonra Qərb Kremlə ən ağır sanksiyalar tətbiq edir. Rusiya sanksiyalar altında boğulur. Bundan çıxış yolu kimi də cənub və şərqi görür. Bu isə Zəngəzur dəhlizi ilə reallaşa bilər. Rusiya xeyli zamandır ki, Ermənistana təzyiqlər edir. Təzyiqin səbəbi də dəhlizin açılması arzusudur. Paşinyan 13 Sentyabr 2022-ci il tarixində parlementdəki çıxışı zamanı açıq şəkildə bəyan etdi ki, ərazilərindən dəhliz verməyəcəklər:

“Bizim ərazi bütövlüyü məsələsində başqalarının fikri çox da narahat etməməlidir. Biz demişik ki, Ermənistan ərazisi üzərindən dəhliz verməyəcəyik. Bu baxımdan, biz ən böyük və ən güclü olmasaq da, başqalarının rəyi bizi ikinci növbədə narahat edir. Elə bir ölkə yoxdur ki, bizimlə dəhliz haqqında danışsın. Buna cəhd edən hər hansı bir ölkə olarsa, biz bunu müzakirə etmərik. Çünki bu, məsələ müzakirə olunmur”.

Paşinyan da məsələnin dəhliz olduğunu bilir. Yəni Ermənistan tərəfi onlara qarşı edilən təzyiqin nəyə görə edildiyinin fərqindədir. Sərhəddəki döyüş toqquşmasından sonra İranın sayını itirdiyimiz qədər dediyi “İran regionda sərhədlərin dəyişməsinə icazə verməyəcək” bəyanatının arxasında da məhz dəhliz yatır. Çünki Zəngəzur dəhlizi açılarsa, İranın həm Bəndər-Abbası limanının aktivliyi aşağı düşəcək, həm də narkotik trafikini itirəcək. Nəinki İran, regiondakı bütün güclər qazancının davasını aparır.

ABŞ Ermənistan ərazisindən dəhlizin açılmasına göz yumsa, Rusiyaya tətbiq etdiyi sanksiyalar effekt verməyəcək. Rusiya üçün böyük nəfəslik açılmış olacaq. Ona görə də Ermənistanın yanında olmaq üçün bu cür addımı atır. İş o yerə gəlib çıxıb ki, hər zaman didişən, bir-birinə düşmən münasibəti bəsləyən ABŞ ilə İran eyni mövqedən çıxış edir.

Maraqlar…

Eynilə Ukraynada olduğu kimi Cənub Qafqazda da ABŞ ilə Rusiya rəqabət içərisindədir. Əslində uzun illərdir bu rəqabət var, sadəcə indiki məqamda bu açıq müstəviyə keçib. Tərəflər mövqeyini ortaya qoyub. İş o yerə gəlib ki, BMT-nin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini göstərən 4 qətnaməsinin altında imzası olan ABŞ indi Azərbaycanı təcavüzkar adlandırır.

Maraqlar…

Ermənistana səfərdən sonra Nensi Pelosi “Twitter” hesabından paylaşdığı fikirdə belə bir ifadə var: “Bütün dünyada avtokratiyaya qarşı davam edən mübarizədə biz həmişə demokratiya və azadlığı dəstəkləyəcəyik”.

Nensi Pelosinin İrəvandakı açıqlamalarının demokratiya və azadlıqla nə əlaqəsi var, bunu anlamış deyiləm. Hesab edirəm ki, Rusiya ilə Ukrayna arasında müharibə olmasa və Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsə, ABŞ yalnız narahat olması ilə bağlı açıqlamadan o yana keçməyəcəkdi. Bir daha təkrar edim – maraqlar…

Bundan sonra top Rusiyadadır. Rusiyanın bir neçə variantı var. Ya Ermənistanla münasibəti istiləşdirərək rəsmi İravanı ABŞ-nin caynağından qoparmalıdır, ya da Ermənistana yerini göstərmək üçün ən müxtəlif vasitələrdən istifadə etməlidir. Bu vasitələr arasında iqtisadi sanksiyalar, satdığı silahların, qazın və digər məhsulların pulunu tələb etmək ola bilər. Bundan əlavə, Rusiyanın faktiki olaraq Ermənistanda hərbi bazası var. Bir ölkənin başqa bir ölkədə hərbi baza saxlaması heç şübhəsiz hər zaman təhlükə mənbəyidir.

Məsələ təkcə bununla da bitmir.

Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya hərbçiləri qoruyur.

Bu qədər dirəniş göstərdiyi halda hərbçisini ərazisində saxladığı ölkəyə hansı məntiqlə baş qaldırır, bunu da anlamaq olmur. Bundan başqa, Rusiyanın əlində başqa bir riçak da var – Azərbaycan. Rusiya Azərbaycanın hərbi müdaxilələrinə göz yumur.

Son hadisələr zamanı bir çoxları sual etdi ki, Rusiya nə əcəb susur? Susmur, sadəcə olaraq Azərbaycanın vurduğu hər şillədən özü vurmuş kimi həzz alır. Qarabağ münaqişəsini yaradan, qarşı tərəfə dəstək verən, münaqişəni idarə edən ölkə indi dəstək verdiyi tərəfin şillələnməsini izləyir. Hardan hara…

Məsələnin təhlükəli tərəfi də budur.

Azərbaycan həmişəkindən daha çox hesablamalar aparmalı, atacağı addımları yüz dəfə ölçüb-biçməlidir. Böyük güclərin savaşında ən kiçik yalnışlığa belə yol verilməməlidir.

Səxavət Məmməd

www.yenicag.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi

21:21

Masallıda Davamlı inkişafda “yaşıl düşüncə” təlimləri başa çatıb - FOTO