Müəllimlər imtahan olunur...

19:13 27.02.2017 1 660
Müəllimlər imtahan olunur...
Bakı məktəblərində ibtidai sinif müəllimləri yenidən imtahan edilir.

azerinform.az APA-ya istinadən xəbər verir ki, ibtidai sinif müəllimlərinə imla yazdırılır və bu proses hər bir məktəbin “Azərbaycan dili-Ədəbiyyat” fənni müəllimləri tərəfindən həyata keçirilir.
Bir müəllimin digər müəllim tərəfindən yoxlanılması məktəblərdə narazılıqlara səbəb olub.
Paytaxtın müxtəlif məktəblərindən bildiriblər ki, məktəblərdə ibtidai sinif müəllimlərinin imla yazmaq qabiliyyətini yoxlamaq üçün tapşırıq verilib.
Bildirilib ki, bununla bağlı məktəblərə rəsmi və ya yazılı şəklidə, əmr formasında heç bir göstəriş daxil olmayıb: “Sadəcə, məktəb rəhbərliyi bildirib ki, bu proses Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tapşırığı əsasında keçirilir. İbtidai sinif müəllimlərinin yazdığı imlaları isə məktəbin “Azərbaycan dili-Ədəbiyyat” fənni müəllimləri yoxlayacaq.
Bu da məktəblərdə müəyyən söz-söhbətlərə səbəb olub. Haqlı olaraq etiraz edilir ki, nəyə görə ibtidai sinif müəlliminin bilik səviyyəsini digər fənn müəllimi yoxlamalıdır? İstənilən halda hər ikisi müəllimdir. Onların belə formada yoxlanılması ibtidai sinif müəllimini aşağılamaqdır. Yoxlama keçirilsə, bu, məktəbin müdiriyyəti, Təhsil şöbəsi və ya idarəsi səviyyəsində keçirilməlidir. İmlaların yazılmasına heç kim etiraz etmir. Sadəcə, imlanın məktəbin digər müəllimi tərəfindən yoxlanılması, bir müəllimin digərinin bilik səviyyəsini yoxlaması nə dərəcədə düzgündür? Niyə hansısa fənn müəllimi ibtidai sinif müəllimini yoxlamalıdır? Bu hansı qaydaya uyğundur?"
Müəllimlər əlavə edib ki, göstərişə əsasən, imlalar yuxarı siniflər səviyyəsində və müdiriyyətin istədiyi mövzu üzrə yazılmalıdır.
“IX-X-XI siniflərdə imlalar hansı qaydada yazılırsa, ibtidai sinif müəllimləri də o formada yazmalıdırlar. Bu imlaların yazılması IX sinif şagirdlərin göstərdiyi nəticələrin aşağı olması ilə izah edilir. Buraxılış siniflərində nəticələrin aşağı olmasının ibtidai sinifdən qaynaqladığını əsas götürərək bu proses icra edilir. Müəllimlərə imla yazdırırlar ki, onların özlərinin imla yazmaq bacarıb-bacarmadıqlarını üzə çıxarsınlar”, - deyə qeyd olunub.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov bildirib ki, ibtidai sinif müəllimlərinin narazılıqları haqlıdır.
Onun sözlərinə görə, bir müəllimin işinin digər müəllim tərəfindən yoxlanılması yanaşma tərzi deyil:
“Çünki obyektiv əsaslarla yoxlanma zamanı əvvəlcədən müəyyən edilmiş ixtisaslı yoxlayıcılar olmalıdır. Eyni müəssisədə bir müəllim digər həmkarı tərəfindən yoxlana bilməz. Bu, qiymətləndirmənin prinsiplərinə ziddir. Başqa məktəbdən və ya qabaqcadan müəyyən edilən konkret şəxslər tərəfindən yoxlama həyata keçirilə bilər.
Danılmaz faktdır ki, bu gün Bakı şəhərində olan 307, istərsə də Azərbaycandakı 4481 məktəbin daxilində müəllimlər arasında müəyyən konfliktlər, problemlər, ziddiyyətlər var. Bu da qiymətləndirməyə ciddi təsirini göstərəcək. Nəticədə, obyektivlik gözlənilməyə bilər. Bu və ya digər səbəblərdən ibtidai sinif müəllimləri haqlıdırlar”.
Təhsil eksperti Şahlar Əsgərov bu prosesin müəllimlərin bilik səviyyəsinin yüksəldilməsinə yönəldiyini deyib. Onun sözlərinə görə, əgər belə imtahanlar olmasa, heç bir müəllim öz üzərində işləməz:
“Bu gün Azərbaycanda orta və ali məktəblərdəki problemlərin həlli müəllimlərin səviyyəsinin artmasından asılıdır. İbtidai sinif müəllimi həmin məktəbin müəllimi tərəfindən yoxlanılırsa, bu bir etibarlılıq nümunəsidir. Həmin məktəbin müəlliminə etibar edilib ki, məktəbdaxili yoxlama həyata keçirsin.
Özünüz-özünüzü imtahan edin, səhvinizi üzə çıxarın, onların üzərində işləyin. Bu ictimai proseslərdə hər cür yanaşma ola bilər. Burada müəllimlərin inciməsinə səbəb yoxdur. Çünki cəmiyyət bu cür - qarşılıqlı etibar, birgə əməkdaşlıq nəticəsində inkişaf etməlidir”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:42

Kimlərinsə köhnə palan ici tökmək "EŞQİ..." - Əslində 9 saylı RETSİ-nin rəisi Oqtay Şahmurov KİMDİR

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

23:33

Alim və oftalmoloq

01:44

Görkəmli oftalmoloq-alim, böyük ziyalı - ZƏRİFƏ XANIM ƏLİYEVA - ANIM...

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu

17:15

Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir

23:01

Navalnı necə öldürülüb? - Bu informasiyanı verəcək şəxsə 50 min avro vəd edildi

22:59

Kemeron: “Putin Ukrayna ilə bağlı səhv edib”

22:57

Prezident onu nazir müavini təyin etdi - FOTO

22:54

Paşinyanın partiyasından Zelenski AÇIQLAMASI

22:53

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub

16:32

“Nar”ın dəstəyi ilə Şəkərbura Şou Olimpiya Kubokunun finalı keçirilib

12:26

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

23:36

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədidə gənclərlə görüş keçirib