Əli Hüseynov: “Zəfər paradı həm də Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin daha bir nümayişi idi”

12:16 7.12.2021 990
Əli Hüseynov: “Zəfər paradı həm də Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin daha bir nümayişi idi”


“Bir il bundan əvvəl, 2020-ci il dekabr ayının 10-da bütün dünya paytaxt Bakımızın Azadlıq Meydanında keçirilmiş Zəfər paradını seyr etmək imkanı əldə etmişdi. Həmin paradda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev demişdi: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” Bu gün həmin tarixi gündən cəmi bir il keçib. Lakin bu bir ildə Azərbaycan artıq həqiqətən də böyük nailiyyətlər, möhtəşəm uğurlar əldə edib. Bu uğur və nailiyyətlər ilk növbədə özünü ölkəmizin beynəlxalq nüfuzunun durmadan artmasında və mövqelərinin daha da möhkəmlənməsində büruzə verir. Azərbaycan getdikcə daha çox beynəlxalq məsələlərə müdaxilə imkanlarına sahib olur və bu məsələlərin həlli yönümündə aparılan müzakirələrdə əsas söz sahiblərindən birinə çevrilir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru, YAP Agsu rayon təşkilatının sədri Əli Hüseynov deyib.

İlk növbədə Əli Hüseynov bildirib ki, 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradı dövlətimizin qətiyyətinin və ordumuzun gücünün bütün dünyaya nümayişi idi: “Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdi. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdu. Bu iki faktor bir tərəfdən Azərbaycan Ordusunun gücünü-qüdrətini, digər tərəfdən də dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddət ərzində davam edən işğal dövründə bu məsələ ilə məşğul olan nüfuzlu beynəlxalq təşkilatların durmadan vurğuladıqları və bütün hallarda ən vacib prinsip kimi istinad nöqtəsinə çevirməyə çalışdıqları əsas məqam bu idi ki, münaqişənin hərbi yolla həlli variantı mövcud deyil. Yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyev hər dəfə bunun əksini söyləyirdi. Dövlət başçımız bütün bu illər ərzində bəyan edirdi ki, münaqişənin hərbi yolla həlli mümkündür və Azərbaycan bu hüququndan istənilən an istifadə edə bilər. Nəhayət 2020-ci ilin sentyabr-noyabr aylarında davam edən hadisələr Azərbaycan Prezidentinin növbəti dəfə haqlı olduğunu bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsinin davam etdiyi 44 günün hər biri şanlı tariximizin bir silinməz səhifəsinə çevrildi. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın hücum əmrini və Qələbə gününü gözləyən Azərbaycan xalqı öz ordusunun və öz rəhbərinin ətrafında sıx birləşərək dəmir yumruq yaratdı. Vətənə və öz əsgər andına sadiq olan qəhrəman Azərbaycan hərbiçiləri arasında müharibə dövründə bir dənə də olsun fərarilik halı baş vermədi. Qəhrəman hərbiçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.”

Həmçinin Əli Hüseynov bildirib ki, Zəfər paradı həm də Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin daha bir göstəricisi olub: “Əlbəttə ki, dünyanın diqqətini cəlb edən məqamlardan biri də bu idi ki, Bakıda keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə qəbul etmişdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının bariz təzahürüdür. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Qələbəsinin Zəfər paradını keçirərkən Ermənistan hələ də daxili çaxnaşmalarla, etiraz mitinqləri ilə çalxalanırdı. Hadisələrin gedişi göstərir ki, 44 günlük müharibədəki acı məğlubiyyət Ermənistanın və onun havadarlarının onilliklər boyunca yürütdükləri təcavüzkar siyasətin süqutudur.”

Daha sonra Əli Hüseynov qeyd edib ki, Hərbi Qənimətlər Parkında nümayiş etdirilən ələ keçirilmiş düşmən texnikası Azərbaycan Ordusunun gücünü və Ali Baş Komandanımızın düşməni diz çökdürən polad iradəsini bir daha bütün dünyaya göstərir: “Uzun illər boyunca erməni ideoloqları Ermənistan ordusunun yenilməzliyi haqqında miflər yaratmışdır. Lakin Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə 44 gün ərzində bütün bu mifləri də, Ermənistanın silahlı qüvvələrini də məhv etdi. Cəmi 44 gün ərzində düşmənin 30 il ərzində möhkəmləndirdiyi müdafiə istehkamları yarıldı, hərbi texnikaları məhv edildi. Düşmənin işğalıçı ordusunun əsgərləri döyüş mövqelərini qoyub qaçdılar. Bu gün isə Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkında nümayiş etdirilən ələ keçirilmiş düşmən texnikası Azərbaycan Ordusunun gücünü və Ali Baş Komandanımızın düşməni diz çökdürən polad iradəsini bir daha bütün dünyaya göstərir. Hərbi Qənimətlər Parkı Azərbaycan tarixinin ən şərəfli səhifələrini özündə əks etdirən açıq havada yaradılmış əsl muzey kompleksidir və eyni zamanda da bu kompleks bundan sonra Azərbaycan torpaqlarına göz dikməyə cəsarət edə biləcək hər kəs üçün bir tarixi ibrət dərsi olacaq. Heç şübhəsiz Hərbi Qənimətlər Parkı Azərbaycanın qazandığı tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Burada nümayiş olunan eksponatlarda Azərbaycan Ordusunun qüdrəti ilə yanaşı Azərbaycan xalqının birliyinin gücü də əks olunur. Məhz buna görə də Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Hərbi Qənimətlər Parkı həm də milli birliyimizin daha da möhkəmləndirilməsi işinə ən böyük töhfədir.”
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

00:42

Kimlərinsə köhnə palan ici tökmək "EŞQİ..." - Əslində 9 saylı RETSİ-nin rəisi Oqtay Şahmurov KİMDİR

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

23:33

Alim və oftalmoloq

01:44

Görkəmli oftalmoloq-alim, böyük ziyalı - ZƏRİFƏ XANIM ƏLİYEVA - ANIM...

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu

17:15

Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir

23:01

Navalnı necə öldürülüb? - Bu informasiyanı verəcək şəxsə 50 min avro vəd edildi

22:59

Kemeron: “Putin Ukrayna ilə bağlı səhv edib”

22:57

Prezident onu nazir müavini təyin etdi - FOTO

22:54

Paşinyanın partiyasından Zelenski AÇIQLAMASI

22:53

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub

16:32

“Nar”ın dəstəyi ilə Şəkərbura Şou Olimpiya Kubokunun finalı keçirilib

12:26

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı