“Oskar” mükafatı tarixində ilk dəfə müsəlman aktyor qalib olub.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, 43 yaşlı Meherşal Əli “Ay işığı” filmindəki obrazına görə “İkinci planda ən yaxşı kişi aktyoru” kateqoriyasında mükafata layiq görülüb.
Nitqi zamanı o, müəllimlərinə, xanımına təşəkkür edib və dörd gün öncə qızının dünyaya gəldiyini qeyd edib.
Xatırladaq ki, fevralın 26-da Los-Ancelesdə “Oskar” mükafatının təqdimat mərasimi baş tutub.