Çini necə durdurmalı? - ABŞ israr etsə də, Qərbdə yekdil fikir yoxdur...

14:25 2.07.2021 844
Çini necə durdurmalı? - ABŞ israr etsə də, Qərbdə yekdil fikir yoxdur...

ABŞ dövlət katibi Entoni Blinkenin bir neçə gün əvvəl Amerikanın nüfuzlu “Nyu York Tayms” qəzetinə verdiyi müsahibə Rusiya və Çində narazılıq yaradıb. Blinken müsahibəsində deyib ki, Vaşinqtonla Paris Çinin beynəlxalq aləmdə dominant rol oynamasınını əleyhinədirlər və bu istiqamətdə birgə addımlar barədə düşünürlər.

Entoni Blinken Fransa prezidenti Emmanuel Makronla görüşdüyünü və Çin təhlükəsi barədə ortaq baxışa malik olduqlarını bildirib: “Çin özünə uyğun beynəlxalq nizam formalaşdırmağa çalışır. Bunun qarşısını birgə almalıyıq. Çinin lider olduğu dünya liberalizmə zərbədir. Məqsədimiz Çini geriyə atmaq deyil. Əsas vəzifəmiz beynəlxalq aləmdə mövcud durumun davamlılığını təmin etməkdir. Əks halda dünyanı xaos bürüyəcək və Çin bundan öz məqsədləri üçün istifadə edəcək. Fransa prezidenti də bizim kimi düşünür”.

Bəllidir ki, Çin müxtəlif ölkələri “bir kəmər – bir yol” layihəsində iştiraka dəvət edib. Bu layihə həmin dövlətlərə əlavə qazanc əldə etməyə imkan verəcək. Bəs Amerika dünyaya hansı alternativi təklif edib?

Vaşinqtonun hələ ki, konkret təklifi yoxdur. Bu təklif olmayınca Pekin “bir kəmər – bir yol” layihəsini icra etməkdə maneə görməyəcək.

Maraqlıdır ki, Blinkenin Çin əleyhinə müsahibəsinə ilk reaksiya Pekindən deyil, Moskvadan gəlib.

Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova Blinkenin Çin haqqında tənqidi fikirlərini “liberal totalitarizm” kimi diyərləndirib: “Qərb Çinin qlobal proseslərdə və dünya iqtisadiyyatındakı rolunu azaltmağa çalışır. Qərb özündən razıdır. Qərbin irəli sürdüyü “dəyərlər” liberal totalirizmdən başqa bir şey deyil. Qərb Çini hədəf seçib. “Böyük yeddilər”in son toplantısı da bundan xəbər verir”.

“Böyük yeddilər”in son toplantısında kim nə demişdi?

ABŞ prezidenti Co Bayden Çini durdurmağın vacib olduğunu söyləmişdi. Böyük Britaniyanın baş naziri Boris Conson bununla razılaşaraq Çinə qarşı ortaq hərəkət etməyin əhəmiyyətini bildrimişdi. Buna baxmayaraq, Almaniyanın kansleri Angella Merkel insan hüquqları mövzusunu arxa plana atmadan ölkəsinin Çinlə əməkdaşlığa davam edəcəyini vurğulamışdı. Bu o deməkdir ki, Avropanın özündə Çinlə bağlı yekdil fikir yoxdur.

Bu arada, ABŞ Müdafiə Nazirliyi öz hazırlıqlarını görür. Amerikalı general Mark Milli Konqresdə çıxışında yaxın bir ildə Çinin Tayvana hücum etməyəcəyini desə də, gələcək təhlükə barədə xəbərdarlıq edib: “Çin 2027-ci ildə ordusunun 100 illiyi qeyd edəcək. Çin bu tarixə qədər ordusunun gücünü və hərbi texnika ilə təhcizatını artıracaq, o cümlədən hərbi-dəniz qüvvələrinin imkanlarını da genişləndirəcək. Bundan sonra Tayvan adasının ələ keçirilməsi aktuallaşacaq. Bu 2027-2035-ci illər arasında baş verə bilər”.

Amerikalı general bütün bunları Konqresdə ona görə deyib ki, qanunverici orqan ABŞ dəniz qüvvələrinin Tayvan ətrafında gücünün artırılmasına və buna lazımi maliyyə ayırmasına dəstək versin.

“Atlas” Araşdırmalar Mərkəzi
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:47

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi