RAMİZ MEHDİYEVDƏN YENİ TƏYİNAT - Elton Məmmədovu qovub Mustafayevi gətirdi

17:46 27.05.2021 890
RAMİZ MEHDİYEVDƏN YENİ TƏYİNAT - Elton Məmmədovu qovub Mustafayevi gətirdi

AMEA-nın Radiasiya Problemləri İnstitutuna baş direktor təyinatı olub. İnstitutun yeni baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev kollektivə təqdim olunub.

APA-nın xəbərinə görə, tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov və institutun Elmi şurasının üzvləri iştirak ediblər. Akademik Dilqəm Tağıyev AMEA-nın müxbir üzvü İslam Mustafayevi kollektivə təqdim edib.

Bildirib ki, İslam Mustafayev 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirdikdən sonra Milli Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda işləməyə başlayıb. O, 1992-ci ildən Radiasiya Problemləri İnstitutunda laboratoriya rəhbəri kimi fəaliyyət göstərib. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib. Akademik D.Tağıyev diqqətə çatdırıb ki, öz sahəsi üzrə zəngin bilik və təcrübəyə malik olan İ.Mustafayev dünyanın bir çox ölkələrində (ABŞ, Macarıstan və s.) ixtisasartırma kurslarında iştirak edib, həmçinin Avropa İttifaqı, NATO, Dünya Bankı, BMT və digər beynəlxalq təşkilatların 50-dən çox beynəlxalq layihəsinin rəhbəri və eksperti olub.

AMEA-nın birinci vitse-prezidenti İ.Mustafayevin öz zəngin təcrübəsi ilə Radiasiya Problemləri İnstitutunun fəaliyyətinin genişləndirilməsinə nail olacağına, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb. Sonra çıxış edən akademik Adil Qəribov elmi nailiyyətləri ilə hər zaman seçilən müəssisələrdən biri olan Radiasiya Problemləri İnstitutunda multidissiplinar tədqiqatlara xüsusi önəm verildiyini vurğulayıb. O, institutda müasir dövrün tələblərinə uyğun şəkildə aparılan tədqiqatların İ.Mustafayevin rəhbərliyi ilə bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

A.Qəribov uzun illər çiyin-çiyinə çalışdığı İ.Mustafayevin öz zəngin idarəçilik təcrübəsi ilə Radiasiya Problemləri İnstitutunun inkişafına mühüm töhfələr verdiyini, hər zaman işini vicdanla yerinə yetirdiyini söyləyib, alimə yeni vəzifəsində müvəffəqiyyətlər arzu edib.

Tədbirdə akademik Rasim Əliquliyev çıxış edərək Radiasiya Problemləri İnstitutunun qarşısında duran vəzifələrdən danışıb, müəssisədə Azərbaycan dövləti üçün olduqca əhəmiyyətli problemlərdən olan radiasiya biologiyası, ekologiyası və s. ilə bağlı elmi tədqiqatların aparıldığını bildirib. Vitse-prezident bu institutda işğaldan azad edilmiş ərazilərimizin ekoloji və radioekoloji monitorinqlərinə dair aparılan tədqiqatları xüsusi qeyd edib, həmçinin radiasiya informatikası ilə bağlı problemlərin də araşdırılmasının əhəmiyyətini önə çəkib.

Ölkənin radiasiya təhlükəsizliyinin intellektual monitorinqi sisteminin yaradılması məsələsinə toxunan akademik R.Əliquliyev bu istiqamətlərdə birgə layihələr, elmi tədqiqat işlərinin aparılmasının vacibliyindən danışıb. Akademik ölkə Prezidenti İlham Əliyevin çağırışlarına müvafiq olaraq, yaşıl cəmiyyət, yaşıl iqtisadiyyat və s. problemlərin tədqiqində coğrafiya, radiasiya kimi elmlərin də yaxından iştirakının vacibliyini vurğulayıb. Qeyd edib ki, cəmiyyətdə “yaşıl təfəkkür”ün formalaşmasında Radiasiya Problemləri İnstitutunun qarşısında da mühüm vəzifələr durur.

Qeyd edək ki, Ramiz Mehdiyev əvvəl bu vəzifəyə Milli Məclisin keçmiş deputatı Elton Məmmədovu təyin etmişdi.

Elton Məmmədov bu təyinata qədər AMEA-nın İşlər idarəsinin müdiri olmuşdu. Ancaq bir müddət əvvəl Mehdiyev tərəfindən yol verdiyi nöqsanlara görə işdən qovulmuşdu. Mətbuatda gedən məlumatlara görə, Mehdiyev Elton Məmmədovu işdən çıxarmazdan əvvəl onu ağır sözlərlə ittiham edib...
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO