“Kubada nə səhiyyə var ki, ordan həkim gətirirlər?” - ETİRAZ

12:46 7.08.2020 1 336
[img=left]http://cdn.yenisabah.az/resize.php?w=750&h=422&file=image_750x422_5f2d076337b91.jpg[/img]

Bir neçə gün əvvəl koronavirus pandemiyası ilə mübarizə üçün Çindən Bakıya 10 nəfərlik tibbi ekspert gətirilib. Onlar özləri ilə birgə bəzi tibbi cihaz, avadanlıqlar da gətiriblər və avqustun 5-dən etibarən 15 gün müddətində həkimlərimizlə bərabər çalışmağa başlayıblar.

Məsələyə münasibət bildirən professor Adil Qeybulla isə bunu koronavirusla mübarizədə dünyasını dəyişən 30 həkimimizin ruhuna sayğısızlıq kimi qiymətləndirib.

Adil Qeybulla Yenisabah.az-a açıqlamasında bildirib ki, bizdə öz həkimlərimizə lazımi qədər maaş verilmir, onların sosial müdafiəsi möhkəmləndirilmir, lakin xaricdən həkim gətirilir, bu, doğru addım deyil:

“Biz ümumiyyətlə, məsələ qaldırmışıq ki, xaricdən həkim gətirilməyə nə lüzum var? Bu, əsaslandırılmalıdır. Biz ön cəbhədə bu infeksiya ilə mübarizə aparan həkimlərə xüsusi diqqət göstərmirik. Dünyasını dəyişən həkimlərlə bağlı qərar qəbul etmirik, ancaq Kubadan, Çindən həkim gətiririk. Əvvəla, Kuba sovetlərin şinelindən çıxmış bir dövlətdir. Orada nə səhiyyə var ki, biz oradan həkim gətiririk? Bu işi sadəcə düzgün təşkil etmək lazımdır. Kənardan həkim gətirmələrin altında xeyli müəmmalar yatır. Mənim dediyim sözlər tibb ictimaiyyətinin etirazıdır. Bunları mən eşidirəm, görürəm. Bizim öz həkimlərimizə normal vəsait ayrılmalıdır. Biz öz resurslarımızdan istifadə eləməmiş, özümüzə dəyər verməmiş niyə kənardan həkim gətiririk? Bu, nə məqsəd güdür?”.

Həkim vurğulayıb ki, bizim bəzi həkimlərimiz bəzən bir ay evə getməyib, 8 saat bir formada qalaraq xəstələrə baxıblar. 8 saat müdafiə kostyumunda qaldıqları üçün özləri virusa yoluxublar: “8 saat müdafiə kostyumunda qalmaq olmaz. Çünki Mülki Müdafiənin öz qaydaları var. 3-4 saat formada qalmaq mümkündür. 8 saat qaldıqlarına görə həkimlərin böyük əksəriyyəti xəstələndi, hətta dünyasını dəyişənlər oldu. Biz çox dəyərli tibb işçilərimizi itirdik. Bütün bunların hamısı işin düzgün təşkil olunmaması ilə əlaqəlidir. Hansı ölkədə 5 ay karantin olub? Hər şey nəticəsinə görə mühakimə olunur. Bizdə bu işi təşkil edə bilmədilər. İş başlı-başına buraxıldı. Sonda da belə ağır nəticələr oldu”.

Adil Qeybulla hesab edir ki, biz dünyanın getdiyi yolla getməliyik:

“Bizim Amerika kəşf etməyə ixtiyarımız yoxdur. Çünki ona nə baza, nə potensial var. Azərbaycanda kifayət qədər həkim var, resurslardan istifadə etmək olar. Necə olur ki, xaricdən gətirilən həkimlərə 8-10 min dollar maaş verilir, amma yerli həkimlərə manatla onun yarısı verilmir?! Bu, biabrçılıqdır. Bu, onu göstərir ki, burada qara və təmənnalı maraqlar yatır”.

Sayad HƏSƏNLİ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:44

Beyləqan Rayon Mərkəzi Xəstəxanasın direktor müavini Orxan Əsədzadənin haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü