Ölkəmizdə bu günlər əsl ordu-xalq vəhdəti nümayiş etdirilir

18:14 14.07.2020 1 667
Ölkəmizdə bu günlər əsl ordu-xalq vəhdəti nümayiş etdirilir

Son günlərdə Ermənistan tərəfinin sərhəddə atəşkəs rejimini kobud şəkildə pozması Ermənistan hakimiyyətinin pandemiyaya qarşı mübarizəsinin uğursuz olması səbəbilə daxili narazılığın artdığı dövrə təsadüf edir. Paşinyan hökuməti Azərbaycan ilə sərhəddə atəşkəsi pozaraq son zamanlarda ona qarşı revanş alan siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını həmrəyliyə dəvət etməyə səy göstərir. Azərbaycan ordusu Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə Ermənistanın törətdiyi növbəti təxribata layiqli cavab vermişdir. Rəsmi Yerevan Ermənistan tərəfinin itkilərini gizlətsə də, sosial şəbəkələrdə Ermənistan vətəndaşlarının yazışmalarından, eyni zamanda Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılmış videolardan düşmən mövqelərinə güclü zərbə endirilməsi, xeyli sayda canlı qüvvə və texnikası məhv edilən qarşı tərəfin təlaş içində olması görünür.

Cəbhə xəttindəki operativ məlumatla tanış olan kimi Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirmiş və öz çıxışında Ermənistan tərəfinin bütün cəhdlərinin iflasa uğradığını, hərbiçilərimizin qisasının alındığını, bundan sonra da alınacağını, düşmənə yenidən öz yerinin göstəriləcəyini bildirmişdir.

ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətindəki sədrinin şəxsi köməkçisi Anjey Kaspirşik Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətin gərginləşməsi nəticəsində insanların həlak olmasından təəssüfləndiklərini bildirərək atəşkəs rejiminin son pozulmalarını pisləmiş, tərəfləri vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün hər cür zəruri tədbirləri görməyə çağırmışdır. Ədalətli mövqeyi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd müvafiq qətnaməsi və digər beynəlxalq sənədlərlə də dəstəklənən Azərbaycana bu günlərdə qardaş Türkiyə Cumhuriyyəti, İran İslam Respublikası, Pakistan, Ukrayna da dəstək olaraq Ermənistan təxribatını pisləyiblər.

Təəssüf hissi ilə qeyd etməliyik ki, Azərbaycanın son vaxtlar beynəlxalq arenada böyük uğurlara imza atmasını gözü götürməyən Ermanistanın törətdiyi bu təxribat nəticəsində hərbiçilərimizdən bir neçəsi şəhid olmuşdur. Şəhidlərimizin dəfn olunduğu rayonlarda hərbiçilərimizin nəşi yerli əhali tərəfindən böyük hörmət və sevgi ilə qarşılanmışdır. İnsanlar, igid oğullar mənfur düşmənə qarşı intiqam, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyyatlara tam dəstək ifadə edirlər. Ölkədə bu günlər əsl ordu-xalq vəhdəti nümayiş etdirilir. Ermənistan tərəfi dərk etməlidir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, daha da sıx birləşəcək və şəhidlərimizin qanı yerdə qalmayacaqdır.

Tural HÜSEYNLİ,
Bakı şəhəri, Nəsimi rayonu, iqtisadcı.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko