Deputatlığa namizəd Aygün Süleymanlının növbəti yalanı ifşa olundu

11:16 7.02.2020 1 123
Deputatlığa namizəd Aygün Süleymanlının növbəti yalanı ifşa olundu

Deputatlığa namizəd Aygün Süleymanlı dövlət başçısına yalan məlumatlar təqdim etməkdə ittiham olunub.İxa.az xəbər verir ki, “YouTube” kanalında, 28 saylı Sabunçu üçüncü seçki dairəsində namizədliyi qeydə alınmış Aygün Süleymanlının prezidentə müraciətində yalan məqamların olması üzə çıxıb.

Beləki, deputatlığa namizədlər arasında seçici səsi uğrunda mübarizənin məhz belə bir məcraya yönəlməsi son dərəcə utancverici bir haldır. Əlbəttə, Aygün Süleymanlının özünün təbliğat-təşviqat kampaniyasına başladığı ilk gündən atdığı qeyri-adekvat addımları, onun sosial şəbəkələrdə yayımladığı postlarda işlətdiyi etik normalara zidd ifadələri nəzərə almaqla bu yayımın da yanından susaraq ötmək olardı. Lakin bu dəfə Aygün xanım digər bir namizədə qarşı aşkar yalan ittihamlar irəli sürərək birbaşa dövlət başçısına müraciət etməklə, özü yaratdığı süni gərginliyi böhran həddinə çatdırmış oldu.

Digər tərəfdən Aygün Süleymanlının ittiham etdiyi namizədlərin təbliğat kampaniyasının necə keçirilməsinin mahiyyətini nəzərə alaraq, son günlər qeyd olunan dairədə səslənən müəyyən ittihamları araşdırmaq qərarına gəldik. Bu məqsədlə tərəfimizdən bəzi operativ tədbirlər həyata keçirildi və aşağıdakılar müəyyən edildi. İlk növbədə bizim tərəfimizdən Sabunçu Rayon Polis İdarəsinə və Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə müvafiq sorğular ünvanlandı. Həmçinin bu məqsədlə əməkdaşımız 14-cü PB-nin növbətçi hissəsində də oldu. Sorğumuza cavab olaraq bölmənin zabiti, polis mayoru Ramil Hacıyev bildirdi ki, deputatlığa namizəd Aygün Süleymanlının özünün və tərəfdarlarının (vəkilləri, köməkçiləri, potensial seçiciləri və s.) yanvar ayının 17-dən bu günə qədər hər hansı bir ictimai və ya şəxsi obyektdə bir yerə yığılmaları səbəbilə onlara hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən heç bir basqı göstərilməyib. Həmçinin heç bir polis əməkdaşı Aygün Süleymanlının və tərəfdarlarının bir yerə toplanmasına mane olmaqda təqsirləndirilərək cəzalandırılmayıb. Eləcə də heç bir mülki şəxsin Aygün Süleymanlının və tərəfdarlarının bir yerə toplanmasına mane olduğu və ya buna cəhd etdiyi barədə də, rayonun hüquq-mühafizə orqanlarına şikayət daxil olmayıb.

Həmçinin müəyyən olundu ki, Aygün Süleymanlının və tərəfdarlarının özünün dediyi kimi, çay içmək üçün yığışdıqları kafe 14-cü PB-nin bilavasitə yaxınlığında (təxminən 20 m-lik məsafədə) yerləşir. Kafenin sahibi isə ona qarşı kimlərsə tərəfindən hər hansı bir əsasla təpki göstərilməsinə dair iddiaların cəfəngiyyat olduğunu bildirir.

Aydındır ki, istər Aygün Süleymanlının, istərsə də hər hansı digər deputatlığa namizədin hansısa bir tərəfdarının digər bir namizədin adamları tərəfindən girov götürülməsinə dair iddialar da xəstə təxəyyülün məhsulundan başqa bir şey deyil. Maraqlıdır ki, 28 saylı Sabunçu üçüncü seçki dairəsində namizədliyi qeydə alınmış deputatlığa namizədlərin ümumi sayı 9 nəfərdir. Bununla belə tək Aygün xanımdan başqa qalan 8 namizəddən heç biri digərlərinə qarşı indiyədək etirazını bildirməyib. Əlbəttə, Aygün Süleymanlının hesabında onun seçicilərinin sayı, özünün dediyi kimi, minlərlə, hətta on minlərlə də ola bilər. Amma reallıq budur ki, onun keçirdiyi görüşlərə 20-30 nəfər yaxın qohum-əqrəbadan başqa heç kim gəlmir. Aydındır ki, belə bir iflas durumda qarşı tərəfdən hər hansı bir təhdid, xüsusən də seçicilər arasında nüfuzu ən yüksək olan namizəddən və ya namizədlərdən gələn “təhdid” Aygün Süleymanlının reytinqini bir qədər qaldıra bilər. Deməli, belə bir təhdid yoxdursa da, onu imitasiya etmək gərəkdir. Təəssüflər olsun ki, olduqca primitiv olan bu üsul hələ də bəzi hallarda müəyyən effekt verir. Əlbəttə ki, bütün bunlar Aygün Süleymanlı tərəfindən ilk növbədə başqa bir deputatlığa namizədlərə və eyni zamanda da rayonun hüquq-mühafizə orqanlarına açıq-aşkar şər və böhtan atıldığına dəlalət edir. Amma yazının əvvəlində də dediyimiz kimi, Aygün xanım üçün belə davranış tərzi artıq çoxdan bir normaya çevrilib.

Və sonda, Aygün Süleymanlı tərəfindən ortaya atılmış sözün əsl mənasında paranoidal bir ittihama da, bir neçə kəlmə ilə münasibət bildirməyi lazım bilirik. Aygün xanım iddia edir ki, onu, ailəsini və tərəfdarlarını gecə-gündüz hansısa naməlum şəxslər izləyir və təqib edir. İndi bu tərifə diqqət edin: “Paranoya — həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıq. Fərdin hər hansı bir hadisə qarşısında hadisənin meydana gəlməsindən fərqli olaraq inkişaf edə biləcəyini öz içərisində canlandırma yolu ilə qarşıya qoyduğu və sərhədsiz sayda çeşitləndirə biləcəyi xəyal məhsullarının bütünüdür. Paranoya çox vaxt şizofreniya kimi psixotik xəstəliklərlə yanaşıdır...” Uyğunluğu siz də hiss etdinizmi? Lakin yaxşı olardı ki, məsələnin bu tərəfinin araşdırılması ilə mütəxəssislər məşğul olsunlar. Xoşbəxtlikdən belə mütəxəssislər elə Maştağa qəsəbəsində yerləşən xüsusi tibbi müəssisədə kifayət qədərdir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO