Ağcabədi “MERO”da biznes şəbəkəsi - ARAŞDIRMA

15:00 27.11.2019 1 875
Ağcabədi “MERO”da biznes şəbəkəsi - ARAŞDIRMA

Prezident İlham Əliyevin 20 iyun 2019-cu il sərəncamı ilə, Daxili işlər naziri General Polkovnik Vilayət Eyvazov təyin olunduqdan sonra həqiqədən də Daxili İşlər orqanlarında yüksək canlanma başlamışdır. Belə ki, polis sistemində rüşvətxorluğun, korrupsiyanın aradan qaldırılması yönündə mühüm addımlar atılır və polislərin vətəndaşlar ilə rəftarında yüksək dönüş yaradılmışdır. Amma nədənsə Ağcabədi rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 6 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinidə həmişə olduğu kimi yenədə öz ampulasında davam etməkdədir. Ağcabədi rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 6 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsini “prava bazarı” adlandırmaq daha doğru olar. Ağcabədi “Merosu”nda əlavə pul vermədən sürücülük vəsiqəsi sahibi olmaq və ya nəqiliyyat vasitəsini texniki baxışdan keçirmək mümkün deyil. Nəqiliyyat vastəsini texniki baxışdan keçirmək istəyirsənsə bunun üçün 70-80 manat pul ödəməlisən. Nəqliyat vasitəsinin dövlət qeydiyyatı nişanına gəlincə, idarə etdiyin avtomobilin qeydiyyat nişanını dəyişmək və ya yaşadığın ünvana qeydiyyata salmaq üçün 200-300 manat qədərində pul xəricləməli olursan.

(Bundan başqa idarə etdiyin avtomobilin bahalı olub-olmaması da oxunan məbləğin artmasına səbəb ola bilir). 6 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində vətəndaşları əsasən Nəqliyat vasitəsinin adlarına keçirilməsi zamanı daha çox incidildiyini bildirilir. Avtomobillərin texniki baxışı zamanı isə dövlət rüsumu haqda danışmaq bu idarədə “lətifə” danışmaq kimi bir şeydir. İdarədə konkret olaraq hər şeyin özünün “qiyməti” və “qaydaları” var. “Açıq bazar” prinsipləri ilə idarə olunan 6 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsi əhali arasında da “Prava bazarı” kimi tanınır. Hər gün şöbənin qarşısında dayanan 10-larla nəqliyyat vasitələrininin sahiblərinin hər birinin bu şöbədə ciblərinin boşaldıldığını düşünsək, burda toplanan pulların az rəqəm olmadığını ortaya çıxarmış olarıq. Unutmayaq, hər gün eşitdiyimiz ağır avtomobil qəzalarının əksəriyyətinin günahkarı sürücülük vəsiqəsini pulla kimə gəldi satan İmtahan-Qeydiyyat Şöbələrinin əməkdaşlarıdılar ki, ən azından hər birimizin tanıdığımız hansı bir əzizimiz bunların rüşvət oyunlarının güdazına gediblər. Mənbə bildirir ki,Meronun rəisi hansısa məmurun yaxın qohumudur. Fərid Mayılov rəis təyin olunandan onu iş yerində tapıb görmək və ya qəbuluna düşmək həqiqətən müşkül bir məsələyə çevrilmişdir.Lakin rəisin bütün işlərini məsuliyyəti ilə öz üzərinə götürən və Agcəbədi Merosunda “prava bazarına”başçılıq edən Xəqani və Yusif cütlüyüdür. Beləliklə vətəndaşlar sürücülük vəsiqəsim almaq üçün əvvəl onu Xəqani müəllim qəbul edir qiymətin oxuyur və son həddə guya vətəndaş tərəfindən çıxış edən şəxs ortaya girib qiyməti razılaşdıraraq öz xeyirlərinə ortaq bir rəqəm qismində razılaşırlar. Rəisin muavini Xəqani adlı şəxs öz kobudluğu ilə xüsusi olaraq seçilir.

Fakttv.com saytına bəzi vətəndaşlar bildirdilər ki, həqiqətən Ağcəvədi Merosuna işin düşdüsə insanın cibi alma qabığı kimi soyulur. Necə deyəlillər Xəqani və Yusif cütlüyü “biri od o biri isə su” rolunu oynayır. Ölkənin yeni Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazov, barəsində vətəndaş narazılığı olan polis idarə və şöbələrinin rəislərini işindən azad etməsi faktlarına tez-tez rast gəlinir və bizim bu yazımızdan sonra Ağcabədi Merosu ilə bağlı ciddi ölçü götürülüb burada baş verən qanunsuzluqların qarşısı alınacağına ümüd edirik. Adının çəkilməsini istəməyən bir necə rayon sakini verdiyi məlumata görə, onlardan1000-1100 manat pul tələb ediblər. Şikayətçilərin bildirdiyinə görə, 1000 manat verdikdən sonra 2 dəfə imtahanda iştirak edib, güya imtahandan kəsildiyi haqda sənəd yazılmalı, 3-cü dəfə isə sürücülük vəsiqəsini verməlidirlər. Bundan başqa bankın ödənişini də özü keçirməlidir. 3 dəfə qıraq rayondan Ağcabədiyə gəlib – getmək, bundan əlavə bank ödənişinində şəxsin özünün ödəməsi onu göstərir ki, sürücülük vəsiqəsi almaq üçün həmin şəsxin 1500 manat pulu olmalıdır. 6 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində vətəndaşları əsasən nəqliyat vasitəsinin adlarına keçirilməsi zamanı daha çox incidildiyini bildirilir. Avtomobillərin texniki baxışı zamanı isə dövlət rüsumu haqda danışmaq bu idarədə “lətifə” danışmaq kimi bir şeydir. İdarədə konkret olaraq hər şeyin özünün “qiyməti” və “qaydaları” var. Deyilənə görə Ağcabədi Merosundaki bahalaşmanın və özbaşınalığın bir hissəsi də bu vəzifəyə yenicə təyinat almış Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini Afiyyəddin Leysanova bağlanır.Göründüyü kimi, bəzi DYP rəhbərlərinin Prezidentin göstərişindən öz mənfəətləri üçün faydalanmaları ehtimalı istisna olunmur. Bu işdə ən “uğurlu” tapıntı isə Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat İdarəsinə aiddir. Qurumun rəis müavini, Polkovnik-Leytinat Afiyyədin Leysanovun adı ətrafında mətbuatda orqanlarında əvvəllər də gedən bir sıra məlumatlar da bu “kəşfin” təsadüfi olmadığından xəbər verir. Qeydiyyat-İmtahan İdarəsində yenə – (“Köhnə hamam, köhnə tas”dır…) İddialara inansaq, Afiyyədin Leysanov məhz bu qabiliyyətinin sayəsində özünün təsərrüfatını xeyli şəxaləndirib. Onun qazanc mənbələri arasında maşın nömrələrinin dəfələrlə baha qiymətə satışından tutmuş, sürücülük vəsiqəsinin ticarətinə qədər, çox geniş spekrtli biznes imkanları dayanır. Beləliklə Ağcabədi Merosunda da bir şəbəkə yaradılaraq bu səbkidə geniş biznes qurulub.İnanırıq ki,bu cür özbaşınalığın qarşısı alınıb baha qiymətə satılan sürücülük vəsiqələrini günü-gündən qəzaların artmasının qarşısını aidiyyatı qrumlar tez bir zamanda alacaqlar.

Qeyd edək ki, Ağcabədi rayonundakı 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsi Ağdam, Beyləqan, Zərdab, Ağdərə, Şuşa, Xankəndi, Xocalı və Xocavənd rayonlarına xidmət göstərir.

Qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq.

azerinform.az

http://fakttv.com/agcab%c9%99di-merosunda-biznes-s%c9%99b%c9%99k%c9%99si-v%c9%99-bir-qoluda-leysanova-gedib-cixir-arasdirma/?fbclid=IwAR0OiqX5zrPRzMWhpVcp-bzpf_k77R9ZSiYL9nefwii09vVfLexSmbGAIkM
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir