FATMA CANDIROVA: "Hər bir tələbənin uğuru mənim üçün ən böyük hədiyyədir".

12:38 27.11.2019 6 271
FATMA CANDIROVA: "Hər bir tələbənin uğuru mənim üçün ən böyük hədiyyədir".

Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən,”xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında gözəl, mehriban, bacarıqlı, yüksək biliyə malik olan, öz işinin öhdəsİndən layiqincə gələn İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Hüseyn qızı Çandirovadır.

Bu günlərdə Fatma müəllimə ilə görüşüb söhbət etdik. O, qeyd etdi ki, bizim ən başlıca vəzifələrimiz, əsas məqsədimiz, milli-mənəvi dəyərlərə, yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik gənclərin müstəqil şəxsiyyət kimi, formalaşdırılması, cəmiyyətə yararlı, hər tərəfli inkişaf etmiş layiqli vətəndaş, yüksək ixtisaslı mütəxəssislər yetişdirməkdir. Tələbələr vətənpərvərlik, səmimilik, dözümlük, tolerantlıq, xalqa məhəbbət duyğuları tərbiyəsi ilə yaşamalıdırlar.

Müşahidə etdik ki, kollektivdə möhkəm, qarşılıqlı hörmət, nizam-intizam hökm sürür, müəllim-tələbə, müəllim-tələbə-valideyn münasibəti yüksək səviyyədə qurulub. Fatma Çandirova rəhbərlik etdiyi bu sağlam kollektivdə işləməyindən qürur duyur. Direktor belə bir işgüzar kollektivdə işləməkdən, bilik və bacardığını tələbələrinə sərf etməkdən zövq alır, daim yaradıcılıq axtarışlarını davam etdirir. Eşitdiyi, oxuduğu gündəlik məlumatları tələbələrlə bölüşür.

Öyrənirik ki, ictimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli, 405 nömrəli Qərarı birləşdirilmiş 18 nömrəli Bakı Peşə Liseyi və 3 nömrəli Bakı Peşə Məktəbinin bazasında yaradılmışdır. Mərkəzdə Reklam işçisi, Əməliyyatçı-mühasib, Sığorta agenti, Ərzaq malları satıcısı, Nəzarətçi-xəzinədar, Aşpaz Ofisiant, barmen, bufetçi Qənnadçı, şirniyyatçı, Bərbər, Bərbər-vizajist. Tikiş avadanlıqlarının operatoru, tikişçi, Kompüter operatoru, Kompüter ustası,Tədbir və mərasimlərin təşkili üzrə təşkilatçı ixtisasları üzrə peşə sahibləri hazırlanır.
FATMA CANDIROVA: "Hər bir tələbənin uğuru mənim üçün ən böyük hədiyyədir".
Direktor bildirir ki, ümumiyyətlə hər ixtisasın özünə məxsus gözəllikləri və özəllikləri vardır. Bəli, hər bir ixtisas maraqlıdır, amma, onu daha da maraqlı edən müəllimdir. İlk növbədə müəllim tədris etdiyi ixtisası gözəl bilməli, aydın və səlis nitqi ilə, tələbələrə çatdırmağa çalışmalıdır. Belə olduqda, tələbələrdə həmin ixtisasa marağı artır və ona qaranlıq qalan məqamları sual-cavab vasitəsi ilə müəllimdən öyrənir. Bir də müəllim keçdiyi hər hansı mövzu barədə tələbələrə 45 dəqiqə ərzində eyni tərzdə, eyni ahənglə danışmamalıdır. Odur ki, müəllim arada mövzudan kənara çıxmaqla əlavə misallara üstünlük verməlidir. Onların dərsin əvvəlində və sonunda mövzu ilə əlaqədar və ümumiyyətlə, mövzudan kənar sual vermələri tələbələrin fənnə olan marağından və bu sahədə daha çox bilik əldə etmək istəklərindən xəbər verir.

Fatma Çandirova ilə KİCİK MÜSAHİBƏ

- Bir Peşə Təhsil Mərkəzinin direktoru üçün ən gözəl hədiyyə, sizcə, nədir?

- Hər bir tələbənin uğuru mənim üçün ən böyük hədiyyədir. Bir də sənətini şərəflə yerinə yetirdiyin müddətdə tələbənin qəlbində kök salmaq özü elə hədiyyədir.

- Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Sizcə, bu müqayisə doğrudan da belədir?

- Bəli. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür. Müəllimlərimiz ad-san sahibi olan yetirmələri barədə həmişə iftixar hissi ilə söhbət açırlar. Bu vaxt, adətən, xoş xatirələr göz önündə canlanır. Yetirmələrinin nailiyyətləri müəllimlərimizə sanki yeni güc verir, onları daha şövqlə işləməyə ruhlandırır.

- Müəllim olmaq istəyənlərə nə deyərdiniz?

- Bu peşə ən çətin, həm də ən şərəfli peşədir. Çünki həkimi, mühəndisi, hərbiçini müəllim yetişdirir. Unutmamalıyıq ki, təhsil prosesinin əsas siması müəllimdir. Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur.

Fatma Çandirova qeyd edir ki, müəllim öz davranışı, səliqə-səhmanı, mədəniyyəti, başlıcası isə ziyalılığı ilə başqalarına nümunə olmalıdır. Bir sözlə müəllim geyimdən tutmuş hər bir gördüyü işi gözəl olmalıdır. Bir də müəllim ailəcanlı olmağı, övlad böyüdüb, erkən yaşlardan uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olmalı, onların təhsil almalarına, hər hansı peşəyə yiyələnmələrinə nail olmalıdır. Müəllim daim üzərində çalışmalı, sabahla yaşamalı, yeniliklərdən bəhrələnməli, hər gün bilib-öyrəndiklərini şagirdlərinə çatdırmalıdır.

Bəli, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Hüseyn qızı Çandirova layiqli insanalara dəyər verməkdən zövq alır. Ona tapşırılan işləri yüksək peşəkarlıq və böyük operativliklə icra edir. Bunun sirri isə təhsilimizi, dövlətçiliyimizi hər şeydən uca tutmasıyla bağlıdır.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...