Qazanxanalar yaşayış binalarına bitişik olmayacaq – QƏRAR

16:09 9.02.2017 906
Qazanxanalar yaşayış binalarına bitişik olmayacaq – QƏRAR
Azərbaycan Nazirlər Kabineti “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi barədə qərar verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, sənəd təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növlərini və onların tətbiqi hallarını müəyyən edir.
Təzyiq altında işləyən buxar və qızdırıcı qazanlar, təzyiq altında işləyən tutumların istismarı üzrə mühafizə tədbirləri bunlardır:
Yaşayış evlərinə və kütləvi insan toplanan ictimai binalara bitişik qazanxananın quraşdırılması qızdırıcı qazan qaydalarına görə qadağandır. Bu ictimai binalara teatr, tədris müəssisələri, klublar, uşaq bağçaları, xəstəxanalar, soyunub-geyinmə otaqları və s. aiddir.
Buxar təzyiqi 1,7 kq.q/sm2, temperaturu 115 ° C-dən yuxarı olan buxar qazanı nəzərdə tutulmuş qazanxanaların yaşayış binalarına bitişik və içərisində layihələndirilməsinə icazə verilmir.
Buxar təzyiqi 1,7 kq.q/sm2, temperaturu 115 ° C-dən aşağı olan qazanlar nəzərdə tutulmuş qazanxananın ictimai binalara, istehsal müəssisələrinin, yardımçı binalarına bitişik qazanxananın layihələndirilməsinə icazə verilir.
Dövlət qeydiyyatına alınan təzyiq altında işləyən qabların yaşayış, məişət, ictimai binalarda və onlara bitişik sahələrdə quraşdırılmasına icazə verilmir.
İstehsalat və onlara bitişik binalarda təzyiq altında işləyən qabların quraşdırıldığı istehsalat sahəsindən əsaslı divarla ayrılarsa, həmin sahədə təzyiq altında işləyən qabların quraşdırılması mümkündür.
İstismar zamanı buxar və suqızdırıcı qazanların, təzyiq altında işləyən tutumların dağılması, zədələnməsi və partlaması nəticəsində insanların zədələnmələrinin qarşısını almaq məqsədi ilə qazanlar və tutumlar 1-ci və 2-ci dərəcəli mühafizə sistemləri ilə təchiz edilməlidir:
1-ci dərəcəli mühafizə sistemləri (aşağıda göstərilən hallarda odluğu söndürən qurğu qızdırıcı qazanlarda quraşdırılmalıdır):
Qızdırıcı qazanın istilik daşıyıcısının təzyiqi layihədə göstərilən təzyiqdən yuxarı qalxdıqda,
Odluğun girişində qazın təzyiqinin kəskin qalxması və düşməsi zamanı,
Odluğun girişində süni havalandırmanın təzyiqinin aşağı düşdüyü zaman,
Yuxarıda göstərilən parametrlərin son həddə çatdığı vaxt səs və işıq siqnalları işə düşməlidir,
Bütün qızdırıcı qazanlarda 2-dən az olmayaraq qoruyucu klapan quraşdırılmalıdır,
Qoruyucu klapanların əlavə yaranmış təzyiqi buxarma qabiliyyəti, onların nominal məhsuldarlığından az olmamalıdır,
Hər bir təzyiq altında işləyən qab qoruyucu klapanla təchiz olunmalıdır (qoruyucu klapanlar təzyiq altında işləyən qabları yaranmış əlavə təzyiqdən qoruyur),
Tutumda təzyiq icazə verilən təzyiqdən yuxarı qalxdıqda və xidməti heyətin cəhdinə baxmayaraq təzyiqi aşağı salmaq mümkün olmadıqda,
Monometr işlək vəziyyətdə olmadıqda.
2-ci dərəcəli mühafizə sistemləri aşağıdakılardır:
Qazanın istilik daşıyıcısının səviyyəsi aşağı həddən aşağı düşdükdə,
Qazanın istilik daşıyıcısının səviyyəsi yuxarı həddən yuxarı qalxdıqda,
Qazanın istilik daşıyıcısının temperaturu layihədə göstərilən həddən yuxarı qalxdıqda,
Genişləndirici çəndə istilik daşıyıcısının səviyyəsinin aşağı həddə düşdükdə,
Odluqda yanmanın azaldığı vaxt,
Odluqda məşəlin söndüyü vaxt.
Əlavə yaranmış təzyiq hesablama təzyiqindən 10% yuxarı qalxdıqda, qoruyucu klapan qazanı əlavə təzyiqdən qoruyur.
Təzyiq altında işləyən qablar aşağıda göstərilən hallarda dərhal qəza vəziyyətinə görə saxlanılmalıdır:
Tutumda nasazlıq yarandıqda,
Tutumun və ya onun elementlərinin kipləşdiricilərində boşluq aşkarlandıqda.
Qızdırıcı qazan, qaldırıcı və energetika obyektlərinin istismarı üzrə qəzaların ləğvi planları işlənilməlidir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:08

Qardaşlıq münasibətləri

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

23:33

Alim və oftalmoloq

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu

17:15

Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir

23:01

Navalnı necə öldürülüb? - Bu informasiyanı verəcək şəxsə 50 min avro vəd edildi

22:59

Kemeron: “Putin Ukrayna ilə bağlı səhv edib”

22:57

Prezident onu nazir müavini təyin etdi - FOTO

22:54

Paşinyanın partiyasından Zelenski AÇIQLAMASI

22:53

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub

16:32

“Nar”ın dəstəyi ilə Şəkərbura Şou Olimpiya Kubokunun finalı keçirilib

12:26

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

23:36

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədidə gənclərlə görüş keçirib