Agsu agxalatlıları insanların sağlamlığı keşiyində...

02:24 24.08.2019 1 998
Agsu agxalatlıları insanların sağlamlığı keşiyində...

Ulu Şirvanın dilbər guşəsi olan Agsunun, bu böyük yaşayış məntəqəsinin, demək olar ki, çox yerindən görünən bir komplekt-bina ucalır. Buranın daimi sakinləri Hippokrat andı içmiş ağxalatlı peşə sahibləridir. İnsan sağlamlığının keşiyində duran bu insanlara öz vəzifələrini layiqincə yerinə yetirmək üçün burada hərtərəfli şərait yaradılıb. 160 çarpayılıq Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisi 2012-ci ildə başlanıb və 2015-ci ilin sonunda başa çatdırılıb. Xəstəxana 3 hektardan çox ərazidə inşa olunub. Əsas bina, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanserindən ibarət olan xəstəxanada doğum, terapiya, cərrahiyyə, pediatriya, anesteziologiya-reanimasiya, patoloji-anatomiya, poliklinika şöbələri fəaliyyət göstərir. Bundan əlavə, şüa-diaqnostika, hemodializ və laboratoriya şöbələri də xəstələrin istifadəsindədir. Bu şöbələrin hamısı tibbin son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.

Xəstəxananın baş həkimi Şəhrabanu xanım MƏLİKOVA nəinki rayonda, Şirvan bölgəsində belə böyük nüfuza malik, dəyərli bir ziyalı həkimdir. Bu da onun doğma vətəninə, torpağına olan sevgisindən, canında, qanında el məhəbbəti gəzdirə bilməsindən, insanların səadəti və sağlamlığı naminə çalışıb, yaşamasından irəli gələn bir amildir. Odur ki, belələri əzəl gündən xalqının mədəni-mənəvi dünyasına rəngarəng, yaddaqalan naxışlar vura bilmişlər. Şəhrabanu xanımın hər əməlində insanları sağlam yaşamağa, ağrı-acıdan uzaq olmağa çağrışlar vardır.
Agsu agxalatlıları insanların sağlamlığı keşiyində...
Ürəyindəki qurub-yaratmaq arzuları, insanlara sağlam həyat bəxş etmək həvəsi, həmişə olduğu kimi, yenə də Şəhrabanu xanımın ən ümdə istəyi, vəzifəsidir. Bu işıqlı şəxsiyyət yaxşılıq etməkdən, insanlara daim mədəni, tibbi xidmət göstərməkdən usanmır, əksinə ondan zövq alır.

Ən çətin anlarda haraya çatmağı, xəstələrlə şəxsən özü təmasda olmağı, onların dərd-sərlərini səbirlə dinləyib, dəyərli məsləhətlər verməyi özünün peşə borcu hesab edir. Məhz ona görə də bölgənin müxtəlif yerlərindən Şəhrabanu xanımın rəhbərlık etdiyi saglamlıq ocagına müalicə üçün axışıb gələnlərin, burada calışan həkimlərin şəfalı əllərindən nicat tapanların sayı günü-gündən çoxalır. Baş həkimin səmimiyyəti, yüksək əxlaqi keyfiyyətləri, insanpərvərliyi gələcək nəsillərə nümunə olan, çətin sınaqlardan keçmiş böyük həyat məktəbidir.

Şəhrabanu xanım deyir ki, son illər respublikamızda nail olunmuş sosial-iqtisadi inkişafın bəhrələrini Agsu rayonunda bütün sahələrdə görmək olar. Dövlətimizin regionlara göstərdiyi belə qayğı rayonun ümumi inkişafına böyük təsirini göstərir. Bu xəstəxana binası da biz rayon əhalisinə göstərilən həmin qayğının təcəssümüdür. Kollektivimiz çalışır ki, tapşırılan vəzifənin öhdəsindən yüksək səviyyədə gəlsin. Görkəmli səhiyyə təşkilatçısı N.Semaşko deyirdi ki, insan ən qiymətli sərvətdir. Onun sağlamlığı keşiyində durmaq şərəfli bir işdir və bu vəzifənin öhdəsindən gələn insanlar yüksək qiymətə layiqdirlər.
Agsu agxalatlıları insanların sağlamlığı keşiyində...
Ümumiyyətlə, ölkəmizin modern əyalətlərindən biri olan Ağsu rayonunda sosial sferanın bütün sahələri üzrə, o cümlədən, səhiyyənin inkişafına nail olmaq üçün son illər xeyli işlər görülmüş, sahənin infrastrukturunun yaxşılaşdırılması, səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi üçün əhəmiyyətli addımlar atılmışdır. Səhiyyə sektorunun qayğıları RİH başçısı cənab Ənvər Seyidəliyevin daim diqqət mərkəzindədir. 29 aprel 2016-cı il tarixdə istifadəyə verilmiş 16 şöbədən ibarət 180 çarpayılıq Ağsu RMX-nın yeni binası ən müasir avadanlıqlarla, rentgen və ultrasəs müayinəsi aparatları ilə, bütün şöbələr qabaqcıl dünya standartlarına uyğun texnologiya nümunələri olan tibbi cihazlarla təmin olunmuşdur. Bunca böyük diqqət və qayğıya görə, rayonun səhiyyə ictimaiyyəti, eləcə də yüksək xidmətdən razı qalan bütün rayon sakinləri hər fürsətdə ölkə başçısına minnətdarlıqlarını bildirir, təşəkkürlərini izhar edirlər.

Pasientlərin təşəkkür nidalarından əlbəttə ki, xəstəxananın yüksək savadlı, peşəkar, gülərüz kollektivinə uğurla rəhbərlik edən baş həkim Şəhrəbanu Məlikovaya böyük pay düşür. O, mehriban bir ailə başçısı kimi, personalın monolit birliyinə nail olmuşdur.
Agsu agxalatlıları insanların sağlamlığı keşiyində...
Müalicə işləri üzrə baş həkim müavini doktor Əli Hüseynov yüksək peşəkarlığı, mehribanlığı və başqa üstün insani keyfiyyətləri ilə təkcə həkim kollektivinin deyil, bütün rayon sakinlərinin hörmətini qazanmışdır. Əsl Azərbaycan həkiminə xas olan humanist, alicənab xüsusiyyətləri ilə seçilən Əli həkim xəstəxananın xidmətindən istifadə edən pasientləri, xəstəyə baş çəkməyə gələn yaxın adamlarını şəfqət və gülərüzlə qarşılayır ki, bu da hamıda məmnunluq hissi doğurur. Heç bir xəstənin ümidsizliyə qapılmasına imkan vermir, mütləq sağalacağına inandırmağa çalışır, hamısına mənəvi dəstək göstərir. Hətta dəfələrlə müşahidə olunmuşdur ki, Əli həkim yazılmış resept üzrə dərmanları almağa gücü çatmayan xəstələrə maddi köməklik də göstərmişdir. Kollektiv üzvlərinə, ələlxüsus da gənc həkimlərə, tibb bacılarına tövsiyə edir ki, xəstələrlə tələb olunandan da artıq qayğı və şəfqət göstərsinlər.

Cərrahiyyə şöbəsində əməliyyatlar laparoskopiya aparatı ilə həyata keçirilir. Şöbə müdiri cərrah Eldar Bayramov insanların sağlamlığı naminə əlindən gələni etməklə, öz vəzifəsinin öhdəsindən layiqincə gələrək, başqa həmkarlarına nümunə göstərir. Hətta qonşu rayonlardan da vətəndaşlar onun ünvanına gəlir, bir qayda olaraq əməliyyatdan uğurla çıxırlar.
Agsu agxalatlıları insanların sağlamlığı keşiyində...
Eldar Bayramov ali dərəcəli həkim-cərrahdır. 35 ildir ki, bu sahədə təcrübəsi var. Onun rəhbərliyi ilə 2009-cu ildən Səhiyyə Nazirliyinin tabeliyində olan rayon mərkəzi xəstəxanaları sırasında ilk dəfə olaraq Ağsu rayon mərkəzi xəstəxanasında laporaskapik əməliyyatlar həyata keçirməyə başlamış və bu günə qədər qaraciyər öd yolları, qarın boşluğu orqanları üzərində mindən artıq laporaskapik əməliyyatlar həyata keçirib.

Cərrahiyyə şöbəsinin həkim-cərrahı, həm də təcili tibbi yardım şöbəsinin həkimi, 2016-cı ilin aprel ayından Ağsu RMX-da işləyən Hüseynov Əlbaba Şirin oğlunun da əlləri "qızıldır". 1992-ci ildə Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmişdir. 1992-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib Ehtiyatda olan tibb xidməti mayoru, hərbi həkimdir. Müharibə veteranıdır.
Agsu agxalatlıları insanların sağlamlığı keşiyində...
Ağsu RMX-da fəaliyyəti təqdir olunan qabaqcıl tibb işçilərindən biri də cərrah - ginekoloq Sevinc Mirtənzil qızı Seyidəliyevadır. Sonsuzluğa qarşı elmi müstəvidə mübarizə aparan doktor Seyidəliyeva hər vəchlə çalışır ki, hamilə qadınlar imkansızlığı səbəb göstərib hamiləlik dövründə tibbi müayinədən kənarlaşmasınlar, körpələr sağlam doğulsunlar.

Rayonda ana və uşaqların sağlamlığı naminə yorulmaz fəaliyyət göstərən həkimlər sırasında qadın məsləhətxanasının baş həkimi Peykəm Mehrəliyevanın əməyi tərənnümə layiqdir. O, hamilə qadınlarla mehribanlıqla söhbət edərək deyir ki, biz həkimlər sizinlə söhbətin, müayinənin nəticəsində bətninizdəki uşağın sağlamlığını hiss etdikcə, məmnun oluruq.

Metodiki təşkilat işləri üzrə baş həkimin müavini Rişad Kərimovun, Kardiologiya şöbəsinin müdiri, el içində "Ürəyin atası" ləğəbi verilmiş Tahir Mirzəyevin, həkim-kardioloqlar Rahim Heydərovun, Ziyafət Həsənovun haqqında da çox yüksək fikirlər səsləndirilir. Adlarını çəkdiyimiz kardoloqlar neçə - neçə xəstəni həyata qaytarıblar. Ürək xəstəlikləri və onu müşayiət edən revmatizmin müalicəsində nailiyyətlər qazanıblar.
Agsu agxalatlıları insanların sağlamlığı keşiyində...
Reanimasiya şöbəsinin müdiri anestezioloq-revmatoloq Məzahir İsayev də ən ağır durumda olan xəstələrin yaşam savaşına vacib köməklik edib. Ağır əməliyyatdan çıxan xəstələri reanimasiya otağında qəbul edən Məzahir həkim öz vəzifəsinin öhdəsindən layiqlə gəlir. Ölümün pəncəsindən qurtulan xəstənin gözünü açaraq həyata qayıtmasının ilk şahidi olmaq doktor İsayevdə xoş təəssürat yaradır. Eləcə də təcrübəli, peşəsinin əsl ustası olan mama-ginekoloqlar Xalidə Məmmədovanı, Peykəm Mehrəliyevanı nəinki Agsuda, ətraf rayonlarda da yaxşı tanıyırlar.

Xəstəxananın geniş və təchiz olunmuş laboratoriyası var. Laboratoriyanın baş həkimi Knyaz Nağıyev olduqca savadlı həkimdir. Laboratoriyaya daxil olan analizlərə şəxsən özü nəzarət edir. Xəstəliyin əsas mənbəyinin müayinəsində, diaqnozun təyinində mühüm şərt olan analizlərin dəqiqliyi onu çox maraqlandırır. Doktor Nağıyev işinin mahir bilicisi kimi tanınır.

Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnaz Səfərovanın da işi razılıq doğurur. Şöbənin təqdirəlayiq fəaliyyətinin müsbət nəticəsidir ki, son illər rayonda təhlükəli yoluxucu xəstəliklər müşahidə olunmayıb. Rentgenoloq-tomoqraf Tural, Vüsal və Rasim həkimlərin də göstərdikləri xidmət barədə yüksək fikirlər eşitmək olur.
Xəstəxananın baş tibb bacısı Qönçə Seyidovanın da qüsursuz faəaliyyəti alqışa layiqdir. Onun səriştəsinin, məsuliyyətsevərliyinin nəticəsidir ki, xəstəxananın tibb bacıları da öz işlərini məharətlə yerinə yetirirlər.
Agsu agxalatlıları insanların sağlamlığı keşiyində...
Uşaq Xəstəxanasının şöbə müdiri Vaqif Ağayevin, pediatrlar Ömər həkimin, Təranə xanımın, Əhməd həkimin göstərdikləri xidmətin yüksək səviyyədə qarşılandığını qeyd etmək yerinə düşər. Bu savadlı pediatr-həkimlər valideynlərə uşaqların düzgün qidalanması, geyindirilməsi, gigiyena qaydaları barədə zəruri tövsiyələr verir, uşaqlarda hər hansı ilkin halsızlıq əlamətləri müşahidə olunan kimi dərhal həkimə müraciət etmələrinin vacibliyini başa salırlar.

...Bəli, respublikamızda minlərlə sənətlərinə hörmətlə yanaşan, öz işinin öhdəsindən layiqincə gələn həkimlərimiz var ki, onların hər biri ən çətin şəraitdə belə öz işlərini layiqincə yerinə yetirdiklərini sübut edirlər. Belə həkimlərlə xalqımız fəxr edir. Onların timsalında Agsu PMX-nın baş həkimi Şəhrabanu xanım Məlikova başda olmaqla bütün tibb işçilərinə, onlarla çiyin-çiyinə çalışan inzibati işçilərə, texniki personala uğurlar arzulayırıq. İnanırıq ki, onlar ölkəmizdə sağlam vətəndaşlardan ibarət sağlam cəmiyyət quruculuğu işinə daha böyük töhfələr verəcəklər.

AZƏRİNFORM.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi