Millət vəkili tanınmış jurnalistlərlə görüşdü

13:06 24.07.2019 1 324
Millət vəkili tanınmış jurnalistlərlə görüşdü

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə “Muğam ocağı” restoranında bir qrup tanınmış media nümayəndələri ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimiz, eləcə də Qarabağda öz peşə borcunu yerinə yetirərkən həlak olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Milli Məclisin deptutatı, Avrasiya Beynəlxalaq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva 22 iyul-Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib, onlara çətin və məsuliyyətli işlərində nailiyyətlər arzu edib. O bildirib ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin maarifləndirici missiyası və mətbuat tarixində oynadığı yol bu gün də ehtiramla xatırlanır.

Cəmiyyətin informasiya əldə etməsində mətbuat və media nümayəndələrinin işini yüksək qiymətləndirən millət vəkili bir zamanlar özünün də jurnalist fəaliyyəti ilə məşğul olduğunu xatırladıb. O bildirib ki, jurnalist kimi fəaliyyət göstərdiyi illər onun həyatında ən xoş xatirələrlə yadda qalıb:

“Çox xoşbəxtəm ki, televiziyada çalışmağım həm də mənə sizin kimi dostlar, həmkarlar qazandırdı. Bu gün jurnalistlərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rolu var. Biz inanırıq ki, belə gözəl tədbirləri sizinlə birgə Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edəcəyimiz bölgələrimizdə də keçirəcəyik”.

Q.Paşayeva qələm sahiblərinin üzərinə düşən əsas vəzifənin Zərdabi maarifləndirici ideyalarını təbliğ etmək və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdan ibarət olduğunu bildirib.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova müxtəlif media orqanlarında fəaliyyət göstərən qələm sahiblərini bir arada görməkdən məmnun olduğunu dilə gətirib. Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin inkişafında və bu sahədə baş verən yeniliklərin ictimaiyyətə çatdırılmasında, eləcə də RHİM İctimai Birliyinin fəaliyyətinin işıqlandırılmasında jurnalistlərin rolu və əməyi danılmazdır.

Milli Məclisin deputatı,"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Avrasiya Beynəlxalq Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxış edərək jurnalistləri peşə bayramı münasibəti ilə təbrik ediblər.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı,”Trend” informasiya agentliyinin direktor müavini Arzu Nağıyev, “Olaylar” informasiya agentliyinin baş direktoru Yunus Oğuz, “Yeni Müsavat" qəzetinin redaktoru Xalid Kazımlı və digərləri müstəqil medianın cəmiyyətin həyatında mühüm rolundan danışıblar. Bildirilib ki, məhz jurnalistlərin sayəsində oxucular dünyada və ölkədə baş verən ən mühüm olaylar barədə məlumat əldə edir və onların zəhməti danılmazdır.

Çıxış edənlər 22 iyul-Milli Mətbuat Günü münasibəti ilə Azərbaycan media nümayəndələrini təbrik edib, mətbuatımızın keçdiyi tarixi yoldan, müstəqillik dövründə əldə edilmiş nailiyyətlərdən söz açıblar.

Çay süfrəsi arxasında səmimi görüş və müzakirələrdən sonra jurnalistlərə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB və Avrasiya Beynəlxalq Araşdırmalar İB adından xatirə hədiyyələri təqdim edilib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO