Natiq ƏLİYEV: "Ordu quruculuğu Vətənə sevgidir, dövlətə, dövlətçiliyə sədaqətdir "

13:03 18.12.2018 1 558
Natiq ƏLİYEV: "Ordu quruculuğu Vətənə sevgidir, dövlətə, dövlətçiliyə sədaqətdir "
Ali Baş Komandan İlham ƏLİYEV:
Bundan sonra da ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz, eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayır və oynayacaq.



1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Dövlətçilik atributu olan ordu quruculuğuna gərgin siyasi bir şəraitdə başlanıldı. Daxili qarşıdurmalar, hakimiyyət naminə əsassız mübarizələr, Ermənistanın Azərbaycana qarşı elan etmədən müharibəyə başlaması bu prosesə təsir göstərirdi. Vətəndaş müharibəsi ehtimalı gerçəkləşəndə, dövlətçiliyin itirilməsi təhlükəsi yarananda xalq böyük tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etdi.
Digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da ilkin əsaslı islahatlar aparıldı, nizami ordunun formalaşmasına şərait yarandı. Bu, müstəqil Azərbaycanın ordu quruculuğunda Heydər Əliyev mərhələsinin başlanğıcı idi. 1994-cü ildən 2003-cü ilə kimi ordu quruculuğunda qazanılan uğurlar Ilham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra daha da genişləndi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qurucusu ümummilli liderimiz Heydər Əliyev olan ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlanıldı. Bu, Azərbaycanın ordu quruculuğunda İlham Əliyev mərhələsinin başlanğıcı idi...

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili siyasəti Azərbaycanın dinamik iqtisadi inkişafına, xarici siyasəti torpaqlarımızın işğaldan azad edilməsinə və dünya dövlətlərinin ədaləti dəstəkləməsinə, işğalçının işğalçı kimi tanınmasına istiqamətlənib.

Ordunun gücü, döyüş qabiliyyəti həm də döyüş texnikalarıyla, silah-sursatla bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik aparılmasını təmin edən sərancam idi. Qısa müddətdə silah, hərbi sursat istehsalına başlanıldı. Nazirliyin istehsal etdiyi məhsulların 80 faizdən çoxu müdafiə təyinatlıdır. Silahlı Qüvvələrin balansında olan zavodlarda təmir, yenidənqurma işləri aparıldı, bu müəssisələr indi ordumuzun inventarında olan hərbi texnikaların təmirini, ən müasir şəkildə modernləşdirilməsini həyata keçirməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" inamı ilə ordu quruculuğunun bütün parametrlərinin (maddi-texniki bazanın möhkəmləndirilməsi, ordu quruculuğunun ardıcıllıq və davamlılıq prinsiplərinin qorunması, yeni təfəkkürə malik zabit kontingentinin, ordu quruculuğu siyasətinin formalaşdırılması və s.) genişləndirilməsini, bu parametrlərin vəhdətini təmin etdi. Ordumuz qısa müddətdə nizami ordu kimi formalaşmağa başladı.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərkərdəliyiylə Horadiz əməliyyatı (1994), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərkərdəliyiylə aprel döyüşləri (2016) xalqın qələbəyə inamını, ordu ilə xalqın birliyini, əsgər və zabitlərin döyüş əzmini təsdiqlədi. Hər iki əməliyyat Azərbaycanda ordu quruculuğunun uğurla aparıldığının təsdiqidir...

Atəşkəs haqqında razılıq olsa da Ermənistan buna əməl etmir, təmas xəttində müxtəlif miqyaslı təxribatlar törədirdi. Belə təxribatların qarşısını almaqla ordunu formalaşdırmaq müəyyən çətinliklər yaratsa da Ali Baş Komandanın çevik siyasəti ordu quruculuğu prosesinin dönməzliyini təmin etdi.
Düşmən qarşısında güclü ordu gördü. Istər beynəlxalq təşkilatlar, istər dünyanın konfliktologiya üzrə mütəxəssisləri, istərsə də erməni hərbi ekspertləri etiraf edirlər ki, Azərbaycanın hərbi potensialı Ermənistanın hərbi potensialından qat-qat güclüdür. Bu gücün təminatçısı ordu quruculuğunun dövlət üçün əsas prioritet məsələlərdən olması, Ali Baş Komandanın orduya diqqəti və qayğısı, şəxsi nümunəsi, bilavasitə ordu quruculuğu prosesində formalaşan, inkişaf edən ordu ilə xalqın birliyinin dönməzliyidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. "Dünyanın ən qüdrətli ordusu da böyük ideyaların qarşısında duruş gətirə bilməz" - kəlamı Azərbaycanda da öz təsdiqini tapdı. Ulu Öndərin azərbaycançılıq məfkurəsi əsasında böyük ideyaları dövlətçiliyin başlıca qayəsi kimi davam etdirən, ordu quruculuğunu prioritet elan edən ölkə Prezidentinin rəhbərliyi ilə son illərdə Silahlı Qüvvələrimizdə irimiqyaslı islahatlar aparılmağa başlandı. Müxtəlif təyinatlı taktiki təlimlər ordunun döyüş qabiliyyətinin artırılmasını təmin etdi. İndi Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur.
Ən müasir silahlarla, döyüş texnikaları ilə təmin edilən Silahlı Qüvvələrimizi peşəkar zabit kadrları ilə komplektləşdirən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Liseylərdə tədris proqramları yenilənib, zənginləşib ki, bu da zabit kadrları hazırlığının NATO standartlarına uyğunluğunu təmin edir.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında fəaliyyətə başlayan adyunktura ordu quruculuğunun elmi əsaslarla davam etdirildiyinə inandırıcı zəmanətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar baş tutmasa, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ölkə Prezidentinin bu qətiyyəti ordumuzun şəxsi heyətinin qələbəyə inamını daha da yüksəldib.

Son illərdə yeni hərbi hissələrin, hərbi şəhərciklərin istifadəyə verilməsi, Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən kütləvi vətənpərvərlik tədbirləri, Ali Baş Komandanın təmas xəttində, səngərlərdə zabit və əsgərlərlə söhbətləri şəxsi heyətin mənəvi-psixoloji hazırlığında mühüm rol oynayıb.
Ötən il Ermənistan silahlı qüvvələri Tərtər rayonunun kəndlərini artilleriya atəşinə tutmuşdu. Kəndlərdə dağıntılar olmuşdu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Respublikamızın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə düşmənin atəş sahəsində olan kənddə olmuş, dağıntılara baxmış, əhali ilə söhbət etmişdi. Bu səfər, bu səfərdə əhali ilə söhbət ordu quruculuğu üçün vacib bir amilin - dövlət başçısının, Ali Baş Komandanın, müharibə şəraitində sərkərdənin şəxsi nümunəsinin təsdiqi idi. Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən kütləvi vətənpərvərlik tədbirlərindən biri - "Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri" də bu qənaətin təzahürü kimi dəyərləndirildi...

2016-cı ilin aprel döyüşləri təsdiqlədi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Aprel döyüşləri xalqla ordunun birliyini daha da möhkəmləndirdi, yeniyetmələrin, gənclərin vətənpərvərlik duyğularını kükrətdi, hər fərdi əsgərləşdirdi, Böyük qələbənin uzaqda olmadığını təsdiqlədi...
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "MSPO - 2017" sərgisində dediyi "Silahlı Qüvvələrimizin müasir ordular səviyyəsində silahlanması ilə bərabər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin də durmadan artırılması bu gün Azərbaycanda ordu rəhbərliyinin diqqət mərkəzindədir. Bu baxımdan hərbi bölmələrdə şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılmasına önəm verilir və beynəlxalq səviyyədə təcrübə mübadiləsi aparılır. Azərbaycan hərbçiləri ardıcıl olaraq NATO və digər ölkələrin hərbi əməkdaşlıq planlarına əsasən keçirilən tədbirlərdə fəal iştirak edirlər. Ən müasir silahı da idarə edən insan beynidir, - deyimi də sübut edir ki, hərbi qulluqçular müasir silah və texnikaların istifadə qaydalarını mükəmməl mənimsəməyə borcludurlar" - fikri Azərbaycanın ordu quruculuğunda İlham Əliyev mərhələsini xarakterizə edir...

1992-ci ilin aprelin 9-da Azərbaycan müdafiə nazirinin müvafiq əmri ilə SSRİ Silahlı Qüvvələrindən təhvil alınan və 500 çarpayılıq çoxprofilli hospitalın bazasında yaradılan Mərkəzi Hərbi Hospital 26 ildir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına, istefaya və ehtiyata buraxılmış zabitlərə, onların ailə üzvlərinə ixtisaslı və yüksək texnologiyalı tibbi yardım göstərir. Ötən illər ərzində hospitalın maddi-texniki bazası, müalicə-diaqnostika imkanları, kadr potensialı dəfələrlə artmış, Baş Klinik Hospital regionun ən böyük hərbi tibb müəssisəsinə çevrilib.

Qeyd edim ki, hospitalın birinci müalicə korpusu 2006-cı ildə, ikinci müalicə korpusu, psixiatriya və yoluxucu xəstəliklər bölmələrinin yeni binaları 2013-cü ildə istifadəyə verilib, çarpayı fondu 1000-ə çatdırııb. Hazırda hospitalda 6 şöbə, 39 müalicə-diaqnostika bölməsi fəaliyyət göstərir. Ərazidə abadlıq işləri görülüb, yaşıllıq sahələri salınıb. Hospitalda müasir tibbi avtomobil parkı yaradılıb. Bölmələr tibb heyəti ilə komplektləşdirilib, beynəlxalq standartlara cavab verən tibbi cihaz və avadanlıqlarla təchiz edilib. 4 blokun 10 əməliyyat otağında 19 cərrahi əməliyyatı eyni zamanda aparmaq mümkündür. Ürək-damar şöbəsində, göz xəstəlikləri bölməsində quraşdırılan avadanlıqlar istənilən mürəkkəb əməliyyatın aparılmasına imkan verir.

1500 kvadrat metr sahədə, 36 otaqda yerləşən laboratoriya şöbəsində ən müasir cihazlarla genetik, mikrobioloji, immunoloji, biokimyəvi və kliniki analizlərin aparılması mümkündür. Radiologiya bölməsində flüoroqrafiya, rentgen müayinə, kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiya cihazları quraşdırılmışdır. Video-müşahidə otağında olan monitorlar vasitəsi ilə əməliyyat zallarından görüntülər nümayiş etdirilir, xəstənin yaxınları, eləcə də tibb sahəsində təhsil alanlar bu əməliyyatları istər birbaşa, istərsə də sonradan izləyə bilirlər.

Hərbi qulluqçuların ailə üzvlərinə və Silahlı Qüvvələrdə xidmət keçən qadın hərbi qulluqçulara akuşer-ginekoloji xidmətin göstərilməsi məqsədi ilə hospitalda müvafiq bölmə fəaliyyət göstərir. Baş Klinik Hospitalın yeni tikilmiş müalicə korpuslarının ən müasir avadanlıqlarla təchiz edilməsi bu sahəyə göstərilən dövlət qayğısının nümunəsidir.

Ümummilli lider Heydər Əliyev və Prezident, Ali Baş Komandan İlham Əliyev bu hospitalın fəaliyyətini daim diqqət mərkəzində saxlamışlar. Ulu Öndərin 1993-cü ildə burada müalicə alan hərbçilərə baş çəkməsi, dövlətimizin başçısının isə, Baş Klinik Hospitalın birinci və ikinci müalicə korpuslarının açılışında iştirakı bunun əyani sübutudur.

Məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan hərbi sistemində xidmətin beynəlxalq standartlar səviyyəsində təşkilinin əsası qoyulmuşdur.İnsanların sağlamlığı dövlət üçün prioritetdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçulara olan qayğısı, habelə ordu quruculuğu sahəsinin müasir dünya standartlarına uyğun təşkilinə dair qəbul etdiyi mühüm qərarlar şəxsi heyətin peşəkarlıq səviyyəsini artırmış, onların sosial müdafiəsini, yaşayış və iş şəraitini yaxşılaşdırmışdır. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının hazırkı səviyyəsi, hərbi qulluqçuların sağlamlığına və onların sosial məsələlərinin həllinə Azərbaycan dövlətinin həssaslıqla yanaşdığını nümayiş etdirir.

Birinci Qarabağ müharibəsi zamanı Mərkəzi Hərbi Hospitalın həkim və orta tibb heyəti öz vəzifə borcunu layiqincə yerinə yetirmişdi. Atəşkəsdən sonrakı illərdə də xəstəliklərin qarşısının alınması üçün tibb heyətinin gərgin əməyi tələb olundu. Məlumat üçün bildirim ki, hospital yarandığı dövrdən indiyədək yaralılara və xəstələnənlərə kifayət qədər yüksək tibbi yardım göstərilib.

Hərbi tibb elminin inkişafı üçün Baş Klinik Hospitalda ciddi işlər görülmüşdür. Lakin son zamanlar bu imkanlar daha da genişlənib. Silahlı Qüvvələrimizin inkişaf etmiş ölkələrlə ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq sahəsində apardığı uğurlu işlər, şübhəsiz ki, hərbi təbabətin inkişafına da təsirsiz ötüşmür. Onlarla hərbçi həkimimiz hər il müxtəlif xarici ölkələrdə elmi simpoziumlarda, beynəlxalq konfranslarda fəal iştirak edir, faydalı təcrübə mübadiləsi aparırlar. Cari ildə bu tədbirlərin ünvanı Yaponiya, Fransa, İngiltərə, Türkiyə, Hollandiya olub.

Qardaş Türkiyənin tibb müəssisələri ilə əlaqələrimiz çox yaxşıdır. Bu yaxınlarda mən Türkiyə Respublikasının Baş Qərargahında Silahlı Qüvvələrin Sağlıq Başqanı ilə görüşdüm, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün faydalı söhbətlərimiz olub. Hazırda Türkiyə Respublikası Silahlı Qüvvələri və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tibbi sahədə əməkdaşlıq sazişinin yeni layihəsi razılaşdırılma mərhələsindədir.

İranın və Gürcüstanın hərbi tibb müəssisələri ilə də işgüzar əlaqələr qurmaq üçün müəyyən addımlar atırıq. İran-Azərbaycan hərbi-tibbi əməkdaşlığının inkişaf etdirilməsi üçün İranın Azərbaycandakı hərbi attaşesi ilə, Gürcüstan Silahlı Qüvvələrinin Tibb İdarəsi rəisi ilə görüşmüşük, Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli görüşünün keçirilməsi üçün fəaliyyətlər davam etdirilir.

Beynəlxalq Hərbi Tibb Komitəsinin üzvlüyünə daxil olmaq üçün tərəfimizdən müraciət edilib. Məqsəd budur ki, həkimlərimiz tez-tez mötəbər elmi tədbirlərdə iştirak etsinlər, müasir dünya təbabətinin yeniliklərindən faydalana bilsinlər, öz ixtisasları üzrə inkişaf etsinlər.

2016-cı ilin aprelində aparılan əməliyyatlar zamanı tibb xidmətinin yüksək səviyyədə təşkil olunması, yaralıların vaxtında və nöqsansız olaraq müvafiq müalicə müəssisələrinə təxliyyəsi, birlik hospitallarında, mobil hospitallarda, eləcə də Baş Klinik Hospitalda aparılan cərrahi əməliyyatların səviyyəsi rəhbərlik tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan Prezidenti İlham Əliyev və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən xidmətdə fərqlənən tibb xidməti hərbi qulluqçuları mükafatlandırılıb.

Bu yaxınlarda aprel döyüşlərində Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həkimlər haqqında dedi: "Aprel hadisələri zamanı və ondan sonrakı günlərdə Prezident və mən hospitallarda, xəstəxanalarda olduq. O zaman yaralanmış, xəsarət almış əsgərlərimizə yardım göstərən, onların tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərimizə minnətdarlığımı çatdırmaq istəyirəm. Yaralanmış əsgərlərin, demək olar ki, əksəriyyəti onların səyləri və əməyi nəticəsində sağalıb və normal həyat tərzinə qayıdıb və bu gün də Vətəni tam gücləri ilə qorumaq üçün hazırdırlar".

Sevindirici haldır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsi üzrə işlər qısa zamanda başa çatdırılıb və yaralanmış hərbi qulluqçular artıq müasir protezlərlə təmin olunub.

26 ildən artıq bir müddətdə erməni silahlı birləşmələrinin torpaqlarımızı işğal altında saxlaması, təxribat məqsədi ilə qoşunların təmas xəttində atəşkəsi pozması hərbi qulluqçularımızın tez-tez odlu silahdan yaralanmasına səbəb olur.

Həkimlərimizin, xüsusi ilə də cərrahlarımızın nəzəri və praktiki cəhətdən daha peşəkar hazırlanması üçün bu mövzuda simpoziumlar, konfranslar, o cümlədən beynəlxalq konfranslar keçirilməsi hospital rəhbərliyinin bir vəzifəsidir.

Baş Klinik Hospitalda kursantların, rezidentlərin yüksək səviyyədə hazırlanması üçün bütün imkanlar yaradılıb. Bu imkanlardan maksimum istifadə olunmalı, təlimin və tədrisin səviyyəsi yaxşılaşdırılmalıdır.

Baş Klinik Hospital həm də güclü elm mərkəzidir. Hazırda hospitalda 8 nəfər tibb üzrə fəlsəfə doktoru, Silahlı Qüvvələrin əksər tibbi ixtisaslar üzrə baş mütəxəssisləri çalışır. Bu potensialdan daha məqsədyönlü istifadə olunmalıdır. Hospitalın bugünkü elmi-texniki bazası elmi işlərin, elmi araşdırmaların daha geniş aparılmasına imkan verir. Hospitalda elmi işlə məşğul olanların sayı daha da artacaqdır.

Baş Klinik Hospitalın həkimləri, ümumilikdə tibb heyəti daha təcrübəli olduğundan digər tibbi hərbi hissə və müəssisələrdə, o cümlədən, birlik hospitallarında həkimlər tibbi cihaz və avadanlıqların iş prinsipi, tətbiq sahələri, eləcə də xəstəliklərin müalicə və diaqnostikası üzrə yenilikləri də öyrənirlər.

Qarşıda duran mühüm vəzifələrdən biri də hospitalda mərkəzləşmiş kompüter sisteminin yaradılması və istifadəyə verilməsidir. Bu sistem xəstələrin hərəkətinə, müalicə və diaqnostikasına, ötürülən məlumatların düzgünlüyünə nəzarəti təşkil etməyə daha yaxşı zəmin yaradacaq.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci müalicə korpusunun açılışı zamanı qarşımıza belə bir vəzifə qoydu: "Nəzərə alsaq ki, burada indi ən müasir avadanlıq vardır, əsas məsələ bu avadanlıqdan səmərəli şəkildə istifadə etmək və insanlara yüksək tibbi xidmət göstərməkdir. Hesab edirəm ki, burada ən yüksək standartlar daim saxlanmalı, ən mütərəqqi texnologiyalar tətbiq edilməlidir".

Silahlı Qüvvələrdə xidmət edən bütün tibb heyəti dövlət başçısının və Müdafiə Nazirliyi rəhbərliyinin tapşırıqlarının yüksək peşəkarlıqla, vaxtında icra edilməsi üçün bütün imkanlardan istifadə edərək vəzifələrini layiqincə yerinə yetirəcək.

Bəli, bu gün ordu quruculuğu kimi geniş, əhatəli bir prosesi şərtləndirən amillərin hər birinə ayrılıqda və vəhdətdə xüsusi diqqət yetirilir. Ordunun döyüş qabiliyyətinin artırılmasında taktiki təlimlərin olduqca böyük əhəmiyyəti vardır. Ali Baş Komandanın tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlər təsdiqlədi ki, ordumuz güclüdür, Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə qadirdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Bundan sonra da ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayır və oynayacaq". Bu, dövlətin ordu quruculuğuna münasibətini dəyərləndirən tezisdir və belə bir tezis Azərbaycan Ordusunun dünyanın böyük dövlətlərinin orduları səviyyəsində olacağına zəmanətdir...

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqla ordunu vətənpərvərliyin tələbləri səviyyəsində birləşdirdi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsi və rəhbərliyi ilə Müdafiə Nazirliyinin əsasnaməsi təsdiq olundu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ordu quruculuğu siyasətinin tərkib hissəsi kimi hərbi hissələrə döyüş bayrağı təqdim olundu...
Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə xəritə bütövlüyünün bərpa ediləcəyi günün ərəfəsindədir. Xalqa sevgi, dövlətçiliyə sədaqət buna qadirdir; ordu quruculuğu Vətənə sevgidir, dövlətçiliyə sədaqətdir...


Natiq ƏLİYEV,
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor.


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:08

Qardaşlıq münasibətləri

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

23:33

Alim və oftalmoloq

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu

17:15

Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir

23:01

Navalnı necə öldürülüb? - Bu informasiyanı verəcək şəxsə 50 min avro vəd edildi

22:59

Kemeron: “Putin Ukrayna ilə bağlı səhv edib”

22:57

Prezident onu nazir müavini təyin etdi - FOTO

22:54

Paşinyanın partiyasından Zelenski AÇIQLAMASI

22:53

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub

16:32

“Nar”ın dəstəyi ilə Şəkərbura Şou Olimpiya Kubokunun finalı keçirilib

12:26

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

23:36

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədidə gənclərlə görüş keçirib