Bioloji Təbabət klinikası bu dəfə Masallıda filialını açdı - Foto

02:05 5.12.2018 2 167
Bioloji Təbabət klinikası bu dəfə Masallıda filialını açdı - Foto

Bioloji Təbabət Klinikasının Masallı filialının açılışı baş tutub.

Azerinform.az xəbər verir ki, mərasimdə Masallı icra başçısının müavini Aybəniz Qafarova, millət vəkili Sabir Hacıyev, İtalya, Almaniya və Ukraynadan dəvət olunan həkimlər və Bioloji Təbabət Klinikasının kollektivi iştirak edib.

Mərasimdə çıxış edən Aybəniz Qafarova Masallıda açılan klinikanın nəinki bu rayon, ümumillikdə cənub bölgəsindəki əhali üçün əhəmiyyətli olduğunu bildirib. O, müasir avadanlıqlarla təchiz edilmiş, beş mərtəbəli binada yerləşən klinkanın rayon səhiyyə xidmətinin inkişafında önəmli yer tutacağını bildirərək, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən təbriklərini çatdırıb.

Daha sonra tədbirdə çıxış edən Bioloji Təbabət və Antihomotoksit Terapiya cəmiyyətinin prezidenti, professor Fikriyyə İbrahimli bildirib ki, Bioloji Təbabət Klikasının Masallı filialında pasiyentlər ən yaxşı müalicə üsulundan yararlanacaqlar:
Bioloji Təbabət klinikası bu dəfə Masallıda filialını açdı - Foto
“Azərbaycanda bioloji təbabətlə müalicə üsulu 2001-ci ildən tətbiq edilir. 2009-cu ildə isə ilk böyük klinika - Bioloji Təbabət Klinikası paytaxta açılıb. Bu gün biz Masallıda, ümumillikdə cənub bölgəsində yaşayan vətəndaşlarımız üçün ən yaxşı müalicə üsulunu yaradan klinikanın açılışındayıq. Bu çox əlamətdar bir hadisədir. Göyçay və Sumqayıt filialımızdan sonra bu, bizim artıq 3-cü filialımızdır. Belə gözəl klinikanın fəaliyyətə başlamasında klinikanın təsisçisi Elxan Yaqubovun əməyi danılmazdır və bu onun uğurudur”.

Bioloji təbabət üzrə almaniyalı mütəxəssis Herhard Rays da tədbirdə çıxış edərək, klinikanın Azərbaycanın cənub bölgəsində səhiyyənin inkişafında önəmli yer tutacağının bildirib:

“Bu gün Masallıda klinikanın açılışında iştirak etdiyim üçün çox şadam. İllər öncə klinikanın təsisçisi Elxan Yaqubovla klinikaya yer müəyyənləşdirmək üçün burada idim. Bu gün onu və cənub bölgəsinin əhalisini təbrik edirəm. Ümid edirəm ki, bu klinika da Bioloji Təbabətin digər klinikaları kimi, iqtisadi uğur gətirəcək. Gələcəkdə mən də həmkarlarımı dəstəkləmək üçün Azərbaycana gələcəyəm”.

Bioloji təbabət üzrə almaniyalı mütəxəssis Günter Uve, ukraynalı Yelena Nekrasova və bir çox xarici qonaqlar öz fikirlərini bölüşərək, Azərbaycanda bioloji təbabətlə müalicə üsulunun əhəmiyyətindən danışıblar. Onlar xarici praktikanın Azərbaycanda tətbiq olunmasının Azərbaycanın səhiyyə sistemində xüsusi önəm kəsb etdiyini bildilər.
Bioloji Təbabət klinikası bu dəfə Masallıda filialını açdı - Foto
Daha sonra isə Bioloji Təbabət Klinikasının təsisçisi Elxan Yaqubov Prezident İlham Əliyevin iş adamlarına xüsusi qayğısı və onun bölgələrin iqtisadi inkişafına dəstəyinin nəticəsi olaraq, klinikanın fəaliyyətə başladığını qeyd edib: “Bu gün cənub bölgəsi olan Masallıda daha bir klinikamızın açılışını həyata keçiririk. Klinikada demək olar ki, bütün ixtisaslar üzrə həkimlərimiz fəaliyyət göstərir. Bununla yanaşı avtomatlaşdırılmış laborotoriya, cənubda ilk olan Naftalan vannaları və Naxçıvan duzundan təşkil olunmuş duz mağaramız da əhalinin istifadəsinə verilib. Hazırda Masallı filialımızda 70-ə yaxın işçi qrupumuz fəaliyyət göstərir. Bu rəqəmin 120-yə çatdırılmasını planlaşdırırıq. Dünyada bioloji təbabət üzrə müalicə mərkəzi Almaniyada fəaliyyət göstərir. Bu sahə üzrə çalışan alman həkimləri mütəmadi olaraq, bizim klinikalarımızda həkimlərə seminarlar keçir və praktiki olaraq, xəstələr qəbul edir. Bu gün bizim klinikamızda müalicəsi mümkün sayılmayan bir çox xəstəliklər müalicə olunur. Bunlara fəqərələrarası disk yırtığı, şəkər xəstələrindəki torfiki xoralar və bir çox xəstəliklərin müalicəsi daxildir ”.

Daha sonra Elxan Yaqubov klikanın açılışın simvolik rəmzi olan lenti kəsərək, qonaqlar və tədbir iştirakçılarını klinika ilə tanış edib.
Bioloji Təbabət klinikası bu dəfə Masallıda filialını açdı - Foto
Qeyd edək ki, bu klinika Bioloji Təbabət Klinikasının sayca 3-cü filialıdır və cənub bölgəsində ilk olaraq, 18 ton Naxçıvan duzundan hazırlanmış duz mağarası və Naftalan vannaları əhalinin xidmətindədir. Peşəkar həkim kollektivi və müasir avadanlıqları ilə fərqlənən klinikada fəqərəarası disk yırtığı, dəridə diabetik və trofiki xoralar, əlilliyə aparan artroz, ürəyin işemik xəstəliyi, skalioz və bir çox xəstəliklər müalicə edilir. Bununla yanaşı hər həftənin 2-ci və 5-ci günləri Bakının Bioloji Təbabət Klinikasının həkimləri Masallı filialında pasiyent qəbulunu həyata keçirir.

Bakı şəhərində yerləşən Bioloji Təbabət klinikası (mərkəzi) və filialları Azərbaycanda və həmçinin postsovet məkanında bioloji təbabətlə məşğul olan yeganə klinikadır.

Bioloji Təbabət klinikası Bioloji Təbabətin ən yeni və effektli üsullarını özündə birləşdirir. Klinika 2009-cu il may ayından fəaliyyətə başlanmasına baxmayaraq kadr hazırlığına 2001-ci ildən başlanmışdır. Hazırda Bioloji Təbabət klinikasında müxtəlif ixtisaslar üzrə həkimlər fəaliyyət göstərir. Almaniyada və digər ölkələrdə ixtisaslaşmış Bioloji Təbabət klinikasının həkimləri mükəmməl akademik bilikləri ilə bioloji təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq etməklə daha böyük uğurlara imza atmışlar. Burada çalışan həkimlər daim bioloji təbabət istiqamətində öz biliklərini və təcrübələrini artırırlar. Belə ki, Almaniya, İsveçrə, Kolumbiya, Belçika, İtaliyadan bioloji təbabət üzrə dünya şöhrətli mütəxəssislər tərəfindən zamanımızın ağır xəstəliklərinin bioloji təbabətlə yeni müalicə üsullarına dair treninqlər, seminarlar və eynı zamanda xəstə qəbulu həyata keçirilir.
Bioloji Təbabət klinikası bu dəfə Masallıda filialını açdı - Foto

Klinika dünya standartlarına cavab verən ən yeni tibb avadanlıqları ilə təchiz olunmuşdur.

Bu gün bu klinika Almaniya, Kolumbiya, İsveçrə, digər inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən Bioloji Təbabət klinikalaları ilə rəqabət apara biləcək səviyyəyə yüksəlmişdir.

AZERİNFORM.AZ

Bioloji Təbabət klinikası bu dəfə Masallıda filialını açdı - Foto
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...