Eldar Əzizov Abutalıbovun “qulağ”ından xilas ola biləcək? - Kiçik məmur Vidadi Əliyevin böyük imperiyası

23:01 16.11.2018 1 418
Eldar Əzizov Abutalıbovun “qulağ”ından xilas ola biləcək? - Kiçik məmur Vidadi Əliyevin böyük imperiyası
















Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti adlı qurum uzun müddətdir ki, ölkə mətbuatının gündəmindən düşmür. Adı çəkilən qurumu daim gündəmə gətirən iki şəxs var. Bunlar Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevlə müavini Vidadi Əliyevdir.“Google” axtarış sistemində Rəfail Mehralıyevlə Vidadi Əliyevin adlarını yazsanız, qarşınıza yüzlərlə qalmaqallı məlumatlar çıxacaq.Hurriyyet.org bildirir ki, yenicag.az-a Bakı şəhər İcra Hakimiyyətindən daxil olan məlumata görə, hazırda mer vəzifəsini icra edən Eldar Əzizov Vidadi Əliyev və ətrafından qurtulmaq qərarına gəlib.Məsələ ilə bağlı yenicag.az-ı bilgiləndirən etibarlı mənbə iddia edir ki, Eldar Əzizov Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində yoxlama aparılması haqda qərar verib. Mənbə bildirir ki, bu yoxlama Rəfail Mehralıyevlə Vidadi Əliyevi vəzifələrini itirmələri ilə bərabər dəmir barmaqlıqlar arasına belə apara bilər.Bakı şəhər İcra Hakimiyyətindən saytımıza daxil olan məlumatda vurğulanır ki, Vidadi Əliyev sabiq paytaxt meri Hacıbala Abutalıbovun ən yaxın adamlarından biri olub. Hal-hazırda da Vidadi Əliyev meriyada baş verən proseslərlə bağlı Hacıbala müəllimi operativ surətdə məlumatlandırmaqda davam edir. Hətta Vidadi Əliyev tez-tez ən yaxın ətrafı ilə keçirilən məclislərdə Hacıbala Abutalıbovun yenə də güc mərkəzi olduğunu və lazım olarsa, BŞİH-nə belə təzyiq etmək gücündə olduğunu dilə gətirir. Əslində Vidadi Əliyevin bu sözlərini özünə təskinlik verməsi kimi də başa düşmək olar. Çünki mer vəzifəsini icra edən Eldar Əzizovun Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində illərdən bəri yığılıb qalan korrupsiya faktları, yeyinti və qanunsuzluqları araşdırmaq üçün verdiyi qərar onu ciddi şəkildə narahat edir. Vidadi Əliyevin illərdir “əlinin üstündə əl” olmaması onu arxayın salıb və rəhbərlik etdiyi təşkilatda baş verənlərin nə vaxtsa onun həyatını qaraldacağı düşüncülərindən uzaq tutub. Ancaq artıq deyəsən cavab verməyin zamanı gəlib çatıb.Məlumata görə, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində aparılacaq yoxlamalardan da ən çox narahat olacaq iki şəxs var – Departamentin sədri Rəfail Mehralıyev və onun müavini Vidadi Əliyev.Mənbə bildirir ki, o qədər də böyük vəzifəsi olmayan Vidadi Əliyev sabiq mer Hacıbala Abutalıbovun köməkliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində, o cümlədən Bakının bəzi rayonlarının icra hakimiyyətlərində bir çox “yağlı” idarələrə öz yaxın ətrafını yerləşdirə bilib.Belə idarələrdən biri Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsidir (ona “Parkomat idarəsi” də deyirlər). Bu idarənin müdiri Vidadi Əliyevin oğlu Coşqun Əliyevdir. Bundan əvvəl isə həmin idarənin rəisi Vidadi Əliyevin “sağ əli” sayılan Təyyar Abdullayev adlı şəxs idi. Vidadi Əliyevin oğlu həmin idarəyə rəis təyin olunandan sonra isə Təyyar Abdullayev Bakı şəhər İH-nin İşıqlandırma İdarəsinin rəisi vəzifəsinə keçirilib.Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin, Kommunal Xidmətlər Müəssisəsi MMC-nin rəhbəri Hüseynov İlqar Sarı oğlu isə Vidadi Əliyevin doğma xalası oğludur. İlqar Hüseynovun müavini Rüfət Qaraşov isə Rəfail Mehralıyevin yeznəsidir.Rəsmi əməkhaqqı min manatdan yuxarı olmayan Vidadi Əliyev bu gün Bakı Şəhər İcra Hakimiyyətində ən varlı məmurlardan biri sayılır, çünki bu şəxsə məxsus paytaxtın müxtəlif rayonlarında yerləşən onlarla bahalı obyekt, daşınmaz əmlak mövcuddur. Onun varidatının ümumi dəyəri təxmini bazar qiymətləri ilə hesablandığında on milyonlarla dollar məbləğində dəyərləndirilir.Mənbəmiz bildirir ki, daşınmaz əmlakdan əlavə, Vidadi Əliyevin və Rafael Mehrəliyevin ortaq biznes şəbəkəsinə yanacaqdoldurma məntəqələri də daxildir (məlumata görə, “Sədərək” ticarət obyektinə gedən yolun üstündəki “Lukoil” yanacaqdoldurma məntəqəsi də BŞİH-in bu iki məmuruna məxsusdur). Vidadi Əliyevin digər şəriki isə Bakı şəhər İcra Hakimiyyətində “tener” kralı kimi tarixə düşən “Məmmədoğulları” şirkətinin rəhbəri Ramazan Mirzəyevdir.Bundan başqa “qəhrəman”ımızın Bərdə şəhərində onlarla obyekti, yanacaqdoldurma məntəqələri və mal-qara təsərrüfatları, torpaq sahələri mövcuddur. Həmçinin, Vidadi Əliyevin biznes şəbəkəsinin ən gəlirli sahələrindən biri də Bakının Zirə kəndindəki nəhəng istixanadır. Sayta daxil olan məlumatda vurğulanır ki, Vidadi Əliyev istixana binzesindən yaxşı gəlir əldə etdiyi üçün bu sahəni daha da genişləndirmək “eşq”inə düşüb. Bunun üçün də Bərdə rayonunda aldığı hektarlarla torpaq sahəsində daha böyük və qiyməti milyonlarla manat dəyərində olan, xarici avadanlıqla təchiz olunmuş müasir tipli istixanalar inşa etdirir.Yazıda adı çəkilən şəxslərin mövqeyini yayınlamağa hazırıq.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:44

Beyləqan Rayon Mərkəzi Xəstəxanasın direktor müavini Orxan Əsədzadənin haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü