BU DA SON!!!! Gələn il Xankəndində futbol üzrə Avropa Çempionatı keçiriləcək - SƏHV OXUMADINIZ. BUYURUN CƏNABLAR...

16:05 22.08.2018 2 535
BU DA SON!!!!  Gələn il Xankəndində futbol üzrə Avropa Çempionatı keçiriləcək - SƏHV OXUMADINIZ. BUYURUN CƏNABLAR...

Səhv oxumadınız. Bir qədər məlumat verək. Dünən, 20 avqustda ConIFA-nın (İngilis: Confederation of Independent Football Associations; Müstəqil futbol assosasiyası konfederasiyası) bayrağı altında futbol üzrə növbəti Avropa çempionatının Dağlıq Qarabağda keçiriləcəyi barədə qərar qəbul olunub.

ConİFA 7 iyun 2013-də yaranıb. Tanınmamış və qismən tanınan ölkələrin futbol komandalarının assosasiyasıdır.
Konfederasiyanın bu günkü saytında yazılır: “Artsax Qafqazda de-fakto dövlətdir və 2019-da Avropa Kubokunu qəbul edəcək”.
Turnir iyunda Xankəndində keçiriləcək. “Dəqiq tarixlər yaxın vaxtlarda elan ediləcək”-məlumatda deyilir.
Bu Konfederasiyanın egidası altında 2018-dünya çempionatı Londonda keçirilib. Finalda Karpataliya Şimali Kipri udub.
Bu məlumatı verməkdə məqsəd budur ki, indiyədək belə yarışlar keçirilib, hətta son dünya çempionatı Londonda olub. Amma, Londonun nə vecinə. Onun torpağı işğal olunmayıb.
Artıq ConİFA nümayəndələri Xankəndində olub və stadionu da bəyəniblər.
Ermənistanın baş naziri Nikol Paşinyan seçildiyi günün səhərisi Qarabağa gələndə üç gün əvvəl bu səfərin olacağını yazıb demişdim ki, bu səfərə Azərbaycan mane ola bilməyəcək, amma diplomatik və hərbi yolla bu səfərə gərginlik yaratmaq olar. Biz nəinki gərginlik yaratmadıq, ora gələn beynəlxalq jurnalistlərə də ”xoş gəldin” dedik və qara siyahıya düşməyəcəklərini bəribaşdan elan etdik. Paşinyanın bu səfərdən aldığı məmnunluğundan ironiyalı status yazanda da Qarabağın harda olduğunu bilməyənlər yalançı şüvən qopardılar. İndi sevinsinlər, Xankəndində, Şuşada Avropa çempionatı keçirilməsinə qərar verilib. Sözüm isə onlara deyil, səlahiyyətlilərədir.

Təsəvvür edin ki, 40-dan çox tanınmamış ölkə idmançıları və onların azarkeşləri, üstəgəl erməni lobbisi dünyanın hər yerindən Xankəndinə gələcək və işğal olunmuş torpaqlarımızda Avropa çempionatı keçirəcəklər. Bu, de-faktonun de-yureyə keçməsinin, dünya ictimaiyyətində belə bir rəyin formalaşmasının ən təsirli hadisəsi olacaq. Bura dünya ikincisi, qardaş Şimali Kiprin gələcəyini ermənilər xüsusi vurğulayırlar.

Azərbaycan dövləti Xankəndində keçirilməsi nəzərdə tutulan çempionatı indidən durdurmalıdır! Bütün diplomatik vasitələrlə buna imkan verməməlidir. Bəyan etməlidir ki, belə bir tədbir keçirilərsə təhlükəsizliyinizə qarantiya verilməyəcək. Atəşkəs hər an pozula bilər və məsuliyyət tədbiri keçirənlərin üzərinə düşəcək. Sonra gec olacaq və bir də görəcəklər ki, Rusiyadan vacib bir fiqur gəlib və çempionatın keçirilməsinin məqsədəuyğunluğundan danışır. Tapşırıq da verəcək ki, Azərbaycan tərəf həmin günlərdə Qarabağ cəbhəsində bir tapança gülləsi də atmamalıdır, yoxsa...Təəssüf ki, bu “yoxsa”ların arxasında heç vaxt Azərbaycanın marağı olmayıb, başqa maraqlar güdülüb. Rusiyanın qanadı altında olan Abxaziya, Cənubi Osetiya, Pridnestrovye, LNR, DNR-in çempionatda iştirakı şimal qonşumuzun marağında olduğunu da nəzərə alsaq bu vacib fiqur hesab edin ki, gəlib.
Amma, indi başqa situasiyadır. Bütün Azərbaycan bu tədbirin keçirilməsinə imkan verməməlidir və verməyəcək. İşinizi bilin.

İLHAM İSMAYIL
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?