Beyləqanda baş həkim “anket şirinliyi” yığdırır

16:30 19.02.2017 1 619
Beyləqanda baş həkim “anket şirinliyi” yığdırır
Beyləqan sakinləri Rayon Mərkəzi Xəstəxanasından narazıdırlar
Bu barədə Politika.Az-a şikayət edən beyləqanlılar qeydiyyat şöbəsində analoqsuz tələblə üzləşdiklərini deyirlər.
Onların sözlərinə görə, içəri daxil olmaq üçün qeydiyyat vərəqəsi (anket) alan xəstələrə 5-6 tibb işçisi xidmət edir. Adıçəkilən şöbədə işləyən tibb işçiləri xəstələrə xidmət edərkən onlardan şirinlik adı ilə rüşvət istəyirlər.
Tibb işçiləri qeydiyyat vərəqi verdikləri bütün xəstələrin qarşısına onlara şirinlik vermək tələbi qoyurlar. Bu da ciddi narazılıq doğurub. Sakinlər hesab edirlər ki, bu tapşırıq baş həkimdən gəlib.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasında əhaliyə normal tibbi xidmət göstərilmir. Elə bu səbəbdən də adıçəkilən səhiyyə ocağı ilə bağlı müxtəlif mətbuat orqanlarına, eləcə də bir sıra dövlət qurumlarına ünvanlanan şikayətlərin ardı-arası kəsilmir.
Media üzərindən əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, xəstəxananın baş həkimi Əli Məmmədov müxtəlif dərman firmaları ilə razılığa gələrək xəstələrə həmin firmaların dərmanlarını resept şəklində təqdim edir.
Politika.Az-ın xəbərinə görə, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təkcə 3-4 maliyyə əməliyyatından heç də kiçik məbləğdə pullar qazanmayıb. Bu prosesin ilkin mərhələsi isə tibbi avadanlıqların alınmasından başlayıb.
Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına tibbi avadanlıqların alınması üçün 16255 manat pul ayrılıb ki, bu işlər də «Araş Medikal» MMC-nin imkanları hesabına qarşılanıb. Avtomobil və digər avadanlıqların satın alınması prosesini isə «Aysu-2» MMC həyata keçirib.
Bu məqsədlə ayrılmış 17905 manat isə baş həkimə çatıb. Yəni avtomobil və avadanlıq məsələsi sadəcə sənəd üzərində var.
Əli Məmmədovun eyni şirkət vasitəsilə yumşaq inventarların alınması üçün 13772 manat xərclədiyini vurğulayan məlumatlı şəxsin bildirdiyinə görə, baş həkim bərk inventarların alınması üçün ayrılmış vəsaitə də göz dikib: «Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi bu zaman «Paritet» MMC vasitəsilə daha 23820 manat əldə etməyə müvəffəq olub».
Politika.Az xatırladır ki, 185 çarpayılıq tibb ocağında ümumi vəziyyət heç də ürəkaçan deyil. Qəhrəmanlı, Əlinəzərli, Aşağı Çəmənli, Örənqala, Şərq, Əhmədli, Türklər, İkinci Şahsevən, Tatalılar, Yuxarı Aran, Milabad, Eyvazallar, Birinci Aşıqlı, Bünyadlı və Kəbirli, həkim məntəqələrində, eləcə də Yuxarı Çəmənli, Qaradağlı, Şəfəq, Qarallar, İmamverdilər, Aşıqallar, Bolsulu, Əmirzeyidli və Mayak tibb məntəqələrində də təxminən, eyni acınacaqlı vəziyyət yaşanmaqdadır.
Beyləqan Rayon Mərkəzi Xəstəxanası müvafiq sənədlərdə dövlət tibb müəssisəsi kimi göstərilsə də, əslində burda pulsuz xidmət almaq qeyri-mümkündür.
İstənilən şöbəyə müraciət edən xəstə mütləq əlini cibinə salmalıdır.
Burada müayinələrin konkret qiymətləri var. Məsələn, rentgen 20 manat, qan analizi 10 manat, digər analizlər 15 manat, ürək-damar sisteminin yoxlanılması 20 manat, USM 20 manat və s. Cərrahi əməliyyatlar isə 400-1000 manat civarında dəyişir. Mövzunu diqqətdə saxlayacağıq.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko