"Türkiyə Dağlıq Qarabağda keçiriləcək “referendum”un nəticələrini tanımayacaq"

16:19 19.02.2017 1 195
"Türkiyə Dağlıq Qarabağda keçiriləcək “referendum”un nəticələrini tanımayacaq"
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyasının (AKP) Adana millət vəkili Necdət Ünüvar sabah qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilməsi planlaşdırılan "referendum"la bağlı bəyanat verib.
Milli.Az-ın APA-ya istinadən məlumatına görə, N. Ünüvar bildirib ki, Ermənistan tərəfindən 25 ildir ki, işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən bir "referendum" keçiriləcəyi açıqlanıb.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri bu "referendum"un beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qərarlarına və ATƏT-in prinsiplərinə zidd olduğunu vurğulayıb: Ermənistan əsgərləri tərəfindən 26 fevral 1992-ci ildə Xocalıda mülki şəxslərin kütləvi şəkildə qətlə yetirildiyi tarixin ildönümünə bir neçə gün qalmış belə bir "referendum"un keçirilməsi açıq bir təhrik və pis niyyətli addımdır. Bölgədə işğalın daim davam etməsi üçün atılan bu addım sülh danışıqlarına kökündən ziyan verə bilər. Bu qanunsuz "referendum"un nəticələri Türkiyə tərəfindən tanınmayacaq. İşğal edilən Dağlıq Qarabağ və digər Azərbaycan bölgələrindən olan 1 milyondan çox azərbaycanlı məcburi köçkün həyatı yaşamaqdadır. Atılması vacib ilk addım bu insanların doğulduğu torpaqlara geri dönmələri, işğala son qoyulmasıdır. ATƏT-in Minsk Qrupu təcili Dağlıq Qarabağ münaqişəsinin ədalətli və daimi həllini tapmalıdır".
Qeyd edək ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nda fevralın 20-də "referendum" keçiriləcək. Bu barədə qondarma rejimin lideri Bako Saakyan sərəncam imzalayıb. Referendum "prezident səlahiyyətləri"nin artırılmasını nəzərdə tutur.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko