Qiyamın baş memarı ABŞ-ın İstanbuldakı konsulluğunda gizlədilir? – ŞOK İDDİA

12:38 31.03.2017 1 076
Qiyamın baş memarı ABŞ-ın İstanbuldakı konsulluğunda gizlədilir? – ŞOK İDDİA
Türkiyə mediası 15 iyul dövlət çevrilişinə cəhdin əsas təşkilatçısı hesab edilən Adil Öksüzlə bağlı şok bir iddia irəli sürüb.
azerinform.az xəbər verir ki, baş qiyamçının ABŞ-ın İstanbul Baş konsulluğunda gizləndiyi ehtimal edilir.
Adil Öksüz hazırda axtarılır. Onun böyük ehtimalla ölkə daxilində olduğu deyilir. Həm ekspertlər, həm də rəsmilərinin fikrincə, Adil Öksüz ölkədən çıxa bilsəydi, digər qaçan FETÖ-cülər kimi özünü göstərirdi.
Bir neçə gün əvvəl yayılan xəbərə görə, Türkiyənin hüquq-mühafizə orqanları çevriliş cəhdindən 6 gün sonra – iyulun 21-də Adil Öksüzün mobil telefonuna ABŞ-ın İstanbuldakı Baş konsulluğunda qeydiyyatda olan nömrədən zəng edildiyini müəyyənləşdiriblər. Bu fakt prokurorluq tərəfindən yaxın günlərdə məhkəməyə təqdim ediləcək istintaq aktında qeydə alınıb. Qeyd edək ki, ötən ilin noyabrında Ankara prokurorluğu Türkiyədə dövlət çevrilişinə cəhdin iki əlaqələndiricisi – Adil Öksüz və Kamal Batmazın 2016-cı ildə 4 dəfə ABŞ-da olduğunu bildirib.
Fəthullah Gülən başda olmaqla, ABŞ-da olan FETÖ-çülərin ekstradisiyası və Adil Öksüzün mobil telefonuna ABŞ-ın İstanbuldakı Baş konsulluğunda qeydiyyatda olan nömrədən zəng edilməsi dünən Türkiyədə səfərdə olan ABŞ-ın dövlət katibi Reks Tillersonla keçirilən görüşlərdə də diqqət mərkəzində olub.
Türkiyə mediası yazır ki, ABŞ səfirliyi Adil Öksüzün vizasının ləğv edilməsi səbəbi ilə ona zəng edildiyini açıqlasa da, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və xarici işlər naziri Mövlud Çavuşoğlunun bəyanatları şübhələri aradan qaldırmır.
Bəkir Bozdağın sözlərinə görə, “bəziləri” Adil Öksüzü Türkiyədə gizlədir. Bu bəyanatın isə ABŞ-ın İstanbul Baş konsulluğundan Öksüzə zəng edildiyinə dair xəbərlərdən sonra verilməsi isə diqqət çəkir. ”Hürriyet” yazarı Fatih Çekirge hesab edir ki, Bəkir Bozdağın sözləri bu anlama gəlir: “Bəziləri FETÖ-nün açar adamı olan Adil Öksüzü Türkiyədə gizlədir. Polisin Türkiyədə əlinin çata bilməyəcəyi yerlər bəllidir. Diplomatik missiyalar... "
Onun sözlərinə görə, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) və polis kəşfiyyatı da hökumətə bu məlumatı verib: “Öksüz çölə çıxmadığı üçün Türkiyədə bir yerdədir. Amma əlimizim çatmadığı bir yerdədir”.
“Əminəm ki, hazırda ABŞ Baş konsulluğunun ətrafı MİT-in mühasirəsindədir. Mən ABŞ kimi bir ölkənin “FTB serialları”ndan kənar belə bir işlə əlaqəli olacağını düşünmək istəmirəm”, - deyə “Hürriyyət”in yazarı qeyd edib.
Adil Öksüzün mobil telefonuna ABŞ-ın İstanbuldakı Baş konsulluğunda qeydiyyatda olan nömrədən zəng edilməsi Reks Tillersonla Çavuşoğlunun görüşündə də müzakirə edilib.
“Türk polisinin axtardığı Adil Öksüzə ABŞ Baş konsulluğundan zəng edilib. Bunun normal olduğunu söyləyirlər. Təbii ki, biz də buna inanmaq istəyirik. Amma lazımı araşdırmalar aparılacaq”, - Türkiyə xarici siyasət idarəsinin rəhbəri həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko