El-obanın ehtiyacı olan ADAM... - Allah sizi qorusun, Adil müəllim!

00:30 19.02.2024 286
Qnun haqqında saatlarla, günlərlə danışmaq, yazmaq olar. Əziz oxucum, bu yazını sadə bir jurnalistin tanınmış bir vəzifəli şəxs barədə iltifatı, mədhiyyəsi, təmənnalı münasibəti kimi yox, uzun illər müşahidələrinin nəticəsi olan səmimi bir yazı kimi qəbul etməyinizi rica edirəm. O, zəngin təfəkkürünün məntiqiliyi, natiqliyi, əməldə fəzilətçilik və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində həm öz peşəsini, həm də insanlıq zirvəsini fəth edib. Bu zirvə yalnız müdriklik səlahiyyəti verilən insanlara nəsib ola bilər. O, bir çoxunun dərdinə dərman, ürəyinə təpər, işinə yarayan, insanın düşüncəsinin aydınlığını, şəffaflığını, saflığını sevən ziyalımızdır. Belə adamlarla ünsiyyətdə onun münasibətini üzünün zəif, təlatümsüz təbəssümündən sezmək olur. O, heç kəsə ağır söz deməz, yaraya köz basmaz. O, yaxşı bilir ki, tikanlı söz qəlbi qırır, sındırır, insanın ruhi-aləmini zədələyir.

Söhbət Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Adil Atakişiyevdən gedir. O Adil Atakişiyevdən ki, sözünün qədir-qiymətini bilir. O Adil Atakişiyevdən ki, sözü zərgər dəqiqliyi ilə seçir və onu hədəfə vurur. O Adil Atakişiyevdən ki, sözünün ağasıdır. O Adil Atakişiyevdən ki, sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçdikcə, zaman dəyişdikcə, hamı zamana uyğun hərəkət etməyə çalışır. O isə dəyişməzdir. Ona görə də Adil müəllim daim qərarlı, sakit, iradəli, səriştəli və seçmək qabiliyyətinə malik, seçdiyini sevən, ona vurulan, ona tapınan bir adamdır, adamlar adamı...

Qısa arayış: Atakişiyev Adil Aslan oğlu 1960-cı ildə  Bakı şəhərində anadan olub.
1982-cı ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirərək hüquqşünas ixtisası almışdır.
Əmək fəaliyyətinə 1982-ci ildə Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizaları Elmi-Tədqiqat İnstitutunda elmi işçi  vəzifəsində başlamışdır.
1984-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş və Azərbaycan Nəqliyyat prokurorluğunda, Bakı Nəqliyyat prokurorluğunda, Aviasiya Nəqliyyat prokurorluğunda və  Azərbaycan Respublikası Baş Prokurorluğunda  müxtəlif vəzifələrdə  işləmişdir.
2014-2020-ci illərdə "Bakı Metropoliten" Qapalı Səhmdar Cəmiyyətinin Hüquq şöbəsinin rəisi vəzifəsində işləmişdir.
02 sentyabr 2020-ci ildə Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri vəzifəsinə seçilmışdir.
 Ailəlidir, iki övladı var.

...Bəli, Adil müəllim hadisələri saf-çürük etməyi, onun səbəblərini aşkara çıxarmağı, çevik hərəkətlə ona cavab verməyi bacaran hüquqşünasdır. Bu çeviklik ona cəsarət, güc, şərəf verir. Həqiqətən Adil Atakişiyev sadə, təbii bir insandır. O da var ki, onun haqqında yazmaq, danışmaq çətindən də çətindir. Cünki Adil müəllim haqqında deməyə söz həddən artıq çoxdur. Onun şəxsiyyəti haqqında o qədər faktlar var ki, insan bilmir hansını desin, hansını yazsın. O, xeyirxahlığı, prinsipiallığı və mərhəmətliliyi özündə təcəssüm etdirən nurlu bir simadır. Onun zəkası, istedadı, həyat tərzi, dünyaya və özünə münasibəti, sözün həqiqi mənasında cöxlarına örnək ola bilər.

Burada bir haşiyə çıxmaq istəyirəm. Dahi şairimiz Nizami Gəncəvinin “Xeyir və Şər” mənzum hekayəsindəki ibrətamiz faktlar diqqəti daha çox cəlb edir. Onun “Yeddi gözəl” poemasında Cin şahzadəsinin söylədiyi bu hekayətdə xeyirlə şərin mübarizəsi əks etdirilir. Əsərdə Xeyir, kürd və kürdün qızı xeyirxah qüvvələr, xeyirxahlığı təmsil edən surətlərdir. Şər isə burada pisliyi, mənfiliyi əks etdirir.

Susuz səhrada Xeyir bir içim su üçün Şərə yalvarır, ona qiymətli ləl təklif edir. Lakin Şər öz adı kimi iş görərək nəinki Xeyirə su vermir, əksinə, gözlərini də çıxararaq onu tək-tənha qoyub gedir. Xeyiri bir kürd qızı xilas edir. Gözlərini isə qızın atası sağaldır. Xeyir bunların yanında qalaraq bir ailə kimi yaşayır. Kürd ona öz doğma övladı kimi münasibət göstərir, qızını da Xeyirə verərək bütün var-dövlətini onun sərəncamına verir. Xeyir, kürd və kürd qızı arasında olan münasibətlər təmənnasız olub, əsl xeyirxahlıq nümunələridir. Onların hər birinin xeyirxahlığı cavabsız qalmayıb, digəri tərəfindən yüksək qiymətləndirilir.

Xeyirin yaxşı işləri bununla bitmir. O, öz ölkəsinə qayıdarkən adına uyğun hərəkət edərək xəstə şah qızını sağaldır, heç bir təmənna güdmür. Ona var-dövlət təklif edən şaha Xeyir belə söyləyir:

Heç şeydə yox gözüm qoca dünyada,
Mənim verəcəyim dərman-dava da
Allah rizasına veriləcəkdir.

Mənfur Şərin isə əsərdə aqibəti öz xasiyyətinə uyğun olur, onun xəyanət üzərində qurulan səadəti heçə dönür, puç olur.

Hekayə şərin, zülmün uzun sürməyəcəyinə, xəyanətkar adamın gec-tez cəzaya çatacağına oxucunu inandırır. İnsan səadətinə yüksək qiymət verən şair xoşbəxtliyin qədrini bilməyi, insanlara bir-birinə arxa, dayaq olmağı, həyatı gözəlliklər və dünya nemətlərindən birlikdə faydalanmağı tövsiyə edir.

Hekayədə bir daha təsdiq olunur ki, xeyirxahlıq, yaxşılıq, düzlük, ədalət zərbələrə məruz qala bilər, əzilə bilər, lakin heç vaxt məhv edilə bilməz. Vicdanı pak, nəfsi təmiz olan insanlar heç vaxt xeyiri məhv etməyə qoymazlar. Bəşəriyyət həmişə insanlığa bəla kəsilmiş şərə qarşı mübarizə aparmalı, xeyirxahlığı, ədaləti yaşatmalı, şəri, zülmü məhv etməlidir.

Həmişə bu məsəli çəkəndə istər-istəməz Adil Atakişiyevin həyatda etdiyi saysız-hesabsız yaxşılığı yada düşür. Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Adil müəllimin əqidə manifestidir. Onun yaxşılıq etdiyi insanların sayını müəyyənləşdirmək çox çətindir. O, insanlara qayğı göstərir, onların işinə yarayır. Bu, onun həyatını mənalandırır, dəyərini, qiymətini yüksəldir. Adil Atakişiyev, sözün həqiqi mənasında, bir çox insan üçün ümid və inam yeridir.

Bəli, Adil müəllim kimi adamlar elədikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin ruhlarında yaşayıblar, yaşayırlar… Adil müəllim də bax beləcə ömür sürən ziyalı- məmurlarımızdandır. O, hədisiz dərəcədə sadə, alicənab, təvazökar insandır.

Tarixdə nə baş verirsə, onu insan edir. İnsanın yaratdığı böyük dəyərlərə qiymət verərkən biz tarixdən kənara çıxırıq. K.Yaspers yazırdı: “Biz insanı özünün yaratdığı nəhəng əməllərdə görərkən tarixin sərhədini keçirik; bu əməllərlə insan varlığı tapıb başa düşür və onu başqaları üçün də əlçatan edir”. Adil Atakişiyevin həyatinın, fəaliyyətinin özəyini məhz bu ali məqam əhatə edir.

Adil Atakişiyev bütün zamanlarda öz ləyaqətini, izzəti-nəfsini qoruyub saxlaya bilib. Görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin belə bir fikrini yada salmaq çox vacibdir: “Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Ona görə də Adil Atakişiyevin etdiyi yaxşılıqları, qayğıkeş əməlləri, xeyirxah və inamlı işləri onu insanların qəlbində daim ucaldır, zirvələrə qaldırır. Onun insanlara həmişə səmimi, xeyirxah və qayğıkeş olması bizim üçün əbədi bir örnəkdir.

Adil Atakişiyev işində həddən artıq tələbkardır. O, biganəliyi xoşlamır. Elinin-obasının qədrini biləndir, xalqa xidməti həyatının məna və məqsədi hesab edir. Adil müəllim saf əqidəsi və məsləki olan vəzifə sahibidir. Onun əqidəsi həmişə humanizmə, həqiqətə, ədalətə söykənib. O öz müdrikliyi, zəkası, dünyanı dərketmə qabiliyyəti ilə həmkarlarından fərqlənən məmurdur, xalq adamıdır, ən əsası vətəndaş-ziyalıdır.

Antik dövr filosofu Epikürün şagirdlərindən onları müəllimə bağlayan nədir, – sualına şagirdləri belə cavab veriblər: “Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Adil Atakişiyevə aiddir: o həmişə özü-özünə bərabərdir, təkrarsızdır – həmişə Adil AtakişiyevdirAdil müəllim həmçinin insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran şəxsiyyətdir. O, adamlar arasında özünün xoş olduğu ən ülvü keyfiyyətləri ilə seçilən-sayılan nüfuz sahibidir. Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeşdir.

Sokratdan soruşardılar: “İnsanda ən çox nəyi qiymətləndirirsən?” Filosof tərəddüd etmədən “İnsaniyyəti, insana layiq keyfiyyətləri”- deyə cavab verərdi. Hər bir insan üçün insaniyyətə tam sahib olmaq ən böyük şərəfdir. Məhz Adil müəllimlə təmasda olarkən həmişə onun söz-söhbətlərindən, davranışından, özünə münasibətdə belə bir fikir nur kimi ətrafa yayılır: “İnsanlar, adam olun, bu Sizin birinci vəzifənizdir!”. Adil müəllimin anlatmaq istədiyi saf əqidə və məslək məhz budur!

Adil müəllim rahat həyat sürmək üçün kiməsə, nəyəsə əyilən deyil. Həm də var-dövlət toplamaq üçün. Cünki Adil müəllimin həm maddi, həm də mənəvi xəzinəsi bir çox həmkarlarından üstündür. O, sözdə, əməldə, davranışda, düşüncədə, fikirlərdə əsl ziyalı - məmur olmagı nümayiş etdirir. O, bu zirvədə uca, əzəmətli, qədd-qamətlidir! Və bu qamət, bu vüqar, bu əzəmət ona həmişə yaraşıb, yaraşır və yaraşacaqdır...

***

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Adil Atakişiyevin daha bir yaxşı keyfiyyəti isə jurnalistlərin də ürəyini fəth edə bilməsidir. Heç zaman onlardan "qaçmır". Onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Həm də dəqiqliyi, obyektivliyi, qərəzsizliyi çox sevir və hamıya da bunu tövsiyə edir. Deyir ki, ağa ağ, qaraya qara demək lazımdı. Yalan məlumatlar cəmiyyətə, insanlara zərər gətirər.

Allah təaladan istəyimiz odur ki, Adil Atakişiyev kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətənimizin belə qeyrətli, dəyanətli, mərd insanlara ehtiyacı var. Tanrı Sizi qorusun, Adil müəllim! Tanrı Türkü qorusun! Amin!!!

Sadiq Yolcu,
Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...