Ağsu Rayon Mərkəzi Xəstəxanasının adını daşıdığı şəhid həkim Şahin Quliyevin bu gün anadan olmasından 68 il ötür

03:21 10.01.2024 569



Bununla bağlı Ağsu Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib. Tədbirdə Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru, kollektivi, şəhidin ailə üzvləri Yasəmən Quliyeva və yaxın qohumları iştirak ediblər.
Təşkil olunan tədbirdə ilk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhidin büstünün önünə gül dəstələri düzülüb.
Tədbiri giriş sözü ilə açan direktor Əli Hüseynov həkim Şahin Quliyev haqqında çıxış edib, şəhidin ailə üzvlərinə minnətdarlığını bildirib.
Daha sonra həkim Şahin Quliyevlə birgə fəaliyyət göstərən həkimlərimiz öz həmkarları haqqında çıxışlar edərək şəhidimizi yad ediblər.
Qeyd edək ki, Şahin Quliyev Tarverdi oğlu 10 yanvar 1956-cı ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 1962-1973-cü illərdə Gəgəli kənd orta məktəbində təhsil alıb.
1980-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub, 1987-ci ildə həmin universiteti həkim-terapevt ixtisası üzrə bitirib. 1987-ci ildə avqust ayından Ağsu rayon Gəgəli KHA-da baş həkim vəzifəsinə təyin olunub.
19 noyabr 1993-cü ildə hərbi xidmətə çağırılıb, vətənpərvər həkim Şahin Quliyev 13 may 1994-cü ildə ön cəbhələrdə döyüşlərdə qəhrəmancasına öz xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub.
Ağsu Rayon Mərkəzi Xəstəxanasının tibb kollektivinin müraciəti nəzərə alınaraq Nazirlər Kabinetinin xüsusi qərarı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına Şahin Quliyevin adı verilib.
Qəhrəmancasına şəhid olan həkimimizi dərin hörmət və ehtiramla anırıq!
Allah rəhmət eləsin!










Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko