Ədliyyə işçiləri ölkəmizin daha da inkişaf edərək, zəngin və qüdrətli dövlətə çevrilməsində bundan sonrada yorulmadan çalışmaq əzmindədirlər

07:21 20.11.2023 333
22 Noyabr Ədliyyə işcilərinin peşə bayramı günü Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə muasir dövlətimizin banisi, ümümmilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı kimi təsis edilmişdir. Bu bayramı ədliyyə işçiləri artıq hər il böyük ruh yüksəkliyi ilə geniş qeyd edirlər. Bu əlamətdar gündə ənənəvi olaraq ədliyyə orqanlarının tarixinə, görülmüş işlərə, qarşıda duran mühüm vəzifələrə bir daha nəzər salınır. XX Əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən dərhal sonra formalaşdırılan Milli Hökümətin tərkibində Ədliyyə Nazirliyi də təşkil olunmuş, 22 noyabr 1918-ci ildə isə onun Əsasnaməsi təsdiq edilmişdir. Nazirlik öz işinə ilk növbədə hüquq sisteminin təşkili üçün əhəmiyyətli qərarların qəbul edilməsi, ədliyyə, məhkəmə və istintaq strukturlarının bərpası, hüquqşunas kadrların hazırlanması ilə başlanmış, həmin dövr üçün mühüm nailiyyətlər əldə edilmişdir.

Lakin sovetlər dövründə Ədliyyə Nazirliyi vahid sistem kimi fəaliyyət göstərməmiş, dəfələrlə ləğv edilib yenidən təşkil olunmuşdur. Yalnız ümümmilli lider Heydər Əliyevin 1969-cu ildə respublikamıza siyasi rəhbərliyə gəlişindən sonra ədliyyə sisteminə zəruri diqqət göstərilmiş, Ədliyyə Nazirliyi təsis edilərək, onun vahid strukturu formalaşdırılmış, ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradılmışdır.

Azərbaycanın dövlətçilik tarixində Ədliyyə Nazirliyinin özünəməxsus yeri vardır. Azərbaycan dövlət müstəqilliyini bərpa etməsi ilə başlanan ədliyyənin inkişafının əsaslı dönüş mərhələsi də ulu öndərin adı ilə bağlı olmuş, Ədliyyə Nazirliyinin funksiyasına və səlahiyyətləri genişləndirilmiş, nazirlik milli dövlətçiliyimizin əsas sütünlarından birinə çevrilmişdir.

Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra isə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni nailiyyətlərə imza atmışdır. Dövlət başçısının "ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünki bu amillər bir-birindən çox asılıdır ... məhkəmə-hüquq islahatları ölkəmizin ümumi inkişafına öz töhfəsini verməlidir" - fikirlərini özünün fəaliyyət prinsipinə çevirən ədliyyə işçiləri ölkəmizin müasir dinamik inkişafı prosesində ədliyyə və məhkəmə sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün daim əzmkarlıqla çalışırlar. Peşə bayramı ərəfəsində ənənəvi olaraq Azərbaycan ədliyyəsinin qazandığı nailiyyətlər qeyd olunur və görülmüş işlər təhlil edilərək gələcəyə nəzər salınır. Ötən dövrdə dövlət başçısı cənab İlham Əliyevin ədliyyə fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, o cümlədən insan haqlarının etibarlı qorunması, əhaliyə hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının dürüst icrası məqsədilə həyata keçirilən tədbirlər uğurla davam etdirilmişdir.

Dövlət başçısı ölkəmizin beynəlxalq əlaqələrini genişləndirməklə, beynəlxalq arenadakı nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıtmışdır. Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinin məqsədi müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Bu istiqamətdə atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Şübhəsiz ki, bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımız düşməndən azad edilsin və Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli bayrağımız dalğalansın! 27 sentyabr 2020-ci il tarixdə başlanan 44 günlük Vətən müharibəsi dövründə, eləcə də, 19-20 sentyabr 2023 - cü il tarixdə başlanan lokal antiterror əməliyyatı  bir daha sübut etdi ki, Azərbaycanın bütün siyasi təzyiq və təhdidlərə sinə gəlməsi  dövlət başçısının beynəlxaq arenada qətiyyətli siyasət yürütməsinin nəticəsidir. Qazanılan Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə, dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Beləliklə, dövlət başçısı tərəfindən yürüdülən praqmatik siyasət, rəşadətli Azərbaycan ordusunun gücü və xalqın dəstəyi vəhdət təşkil edərək tarixi ədaləti bərpa etdi.

Antiterror əməliyyatından qısa müddət sonra - məhz Azərbaycan Respublikası Prezidenti seçilməsinin 20 ilinin tamam olduğu gün, oktyabrın 15-də ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qeyd edildi. Bu müqəddəs missiyanın Ümummilli Liderin 100 illiyini qeyd etdiyimiz “Heydər Əliyev İli”ndə, Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin prezident seçilməsinin iyirminci ildönümündə həyata keçirilməsi xüsusilə əlamətdardır.

Ümummilli liderimizin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ədliyyə və məhkəmə sisteminin muasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunmuş, ədliyyə fəaliyyətinin mükəmməl normativ hüquqi bazası yaradılmış, ədliyyə işi beynalxalq norma və prinsiplərə uyğunlaşdırılmış, onun üzərinə yeni mühüm vəzifələr qoyulmuş, gələcək inkişafına dair əhatəli Dövlət Proqramı qəbul edilmişdir. Ədliyyə və məhkəmə sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində əldə olunan bütün uğurlar və nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürüdür. Ədliyyə işçiləri ölkəmizdə gedən demokratikləşmə prosesində, vətəndaş cəmiyyətinin təşəkkül tapmasında, respublikamızın daha da inkişaf edərək, zəngin və qüdrətli dövlətə çevrilməsində bundan sonrada yorulmadan çalışmaq əzmindədirlər və bu şərəfli işi özlərinin vəzifə və vətəndaşlıq borcu sayırlar.

 Hər il peşə bayramı günündə ədliyyə işçiləri Fəxri Xiyabana gələrək bu bayramı bizlərə bəxş etmiş müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin xatirəsini yad edirlər. Bu günlər bütün ədliyyə sistemində bayram ab-havası yaşanır, Azərbaycan ədliyyəsinin keçdiyi tarixi yola nəzər salınır, ədliyyə veteranları və gənc mütəxəssislərlə görüşlər, yığıncaqlar keçirilir. Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair xüsusi stend hazırlanır. Fürsətdən istifadə edərək, bütün ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edirəm, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram.


Niyazi Yusifli,
Saatlı Rayonu notariat ofisinin xüsusi natariusu.

Azerinform.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...