Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - Professor Gülnaz Dadaşova barədə BİR NECƏ KƏLMƏ SÖZ

15:04 15.04.2023 670
Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - Professor Gülnaz Dadaşova barədə BİR NECƏ KƏLMƏ SÖZ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya instututu 1979-cu ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə açılmışdır. Elmi-Tədqiqat Kardiologiya İnstitutuna akademik Cahangir Məmməd oğlu Abdullayevin adı verilmişdir. C.Abdullayev Əməkdar Elm xadimi fəxri adına layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir. Azərbaycan Tibb Universitetində “Akademik C.Abdullayev” adına təsis edilən təqaüd təhsildə fərqlənən əlaçı tələbələrə təqdim olunmuşdur.

Böyük alimin adını daşıyan və 1979-cu ildən fəaliyyətə başlamış Kardiologiya institutu bütün bu müddət ərzində böyük inkişaf yolu keçmişdir və hazırda bu müəssisə böyük elmi potensiala və klinik-praktik təcrübəyə malikdir. Fəaliyyət göstərdiyi müddətdə istər klinik, istərsə də elm sahəsində öz töhfələrini vermiş və verməkdə davam edir.

Hazırda adı çəkilən İnsituta Dadaşova Gülnaz Mahir qızı rəhbərlik edir. Gülnaz Dadaşova 2008-ci ildə "Postmenopozal qadınlarda arterial hipertenziya müalicəsinin optimallaşdırılması" elmi işini müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2016-cı ildə dosent elmi adını almışdır. 2018-ci ildə "Xroniki ürək çatışmazlığının gender xüsusiyyətləri, diaqnoz və dərman müalicəsinin təkmilləşdirilməsi imkanları, proqnoz və sağ qalma proqnozlarının müəyyən edilməsi" elmi işini müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini almışdır. O 100-ə yaxın elmi işin müəllifi, çox sayda elmi məqalələrin müəllifidir.

Son zamanlar Azərbaycanın gənc elmlər doktorlarından biri olan Gülnaz Dadaşova haqqında bəzi saytlarda böhtan xarakterli yazıların getdiyini müşahidə edirik. Yazılarda qeyd olunan nüanslar heç bir sübutu olmayan, yalnız fərziyyələrdən ibarətdir. Şikayətçinin kimliyi, şikayətinin məğzi dəqiq bilinməyən bu tip yazıları media nümayəndəsi olaraq pisləyirik. İstənilən şəxs haqqında faktlara söykənməyən yazı qəbuledilməzdir.

Qeyd edək ki, Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda biz də zaman-zaman media nümayəndəsi, bəzən isə bir vətəndaş olaraq olmuşuq, çəkilişlər aparıb, müsahibələr almışıq. Hemsöhbət olduğumuz xəstələr orada yaranan mühitdən, xəstələrə göstərilən yüksək qayğı və diqqətdən daima ağızdolusu razılıqla danışıblar. Şəhid və Qazi ailələrinə yüksək tibbi xidmət göstərən, öz şərəfli peşələrini ləyaqətlə yerinə yetirən bir müəssisə və onun rəhbəri haqqında yazılan neqativ fikirləri bir daha pisləyir, tanınmış tibb ocağımızın bütün çalışanlarına başda direktor Gülnaz Dadaşova olmaqla uğurlar arzu edirik.

 Sonda Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub demək istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ölkədə gənc elmlər doktorlarından biri sayılan ziyalıi bir xanıma qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...