Vətən şəhidlərinin hər birinin ruhu qarşısında baş əyirik

11:44 27.09.2022 585
Vətən şəhidlərinin hər birinin ruhu qarşısında baş əyirik

"Artıq İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi və ya "Dəmir Yumruq" əməliyyatı adlandırılan tarixi hadisənin başlanmasından iki il ötür. Tam iki il öncə səhər saatlarında Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca Ermənistan silahlı qüvələri tərəfindən pozulan atəşkəs nəticəsində qarşıdurma yaranmışdı. Düşmən cavab atəşi ilə susdurulmuş və ardınca Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab İlham Əliyevin əmri ilə ölkədə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edilmişdi. Müzəffər ordumuz durmadan irəliləyir, 30 ilə yaxın əsarət altında olan torpaqlarımızı qarış-qarış, kənd-kənd düşmən tapdağından azad edirdi. Müharibə təkcə ön cəbhədə deyil, həm də arxa cəbhədə informasiya sahəsində gedirdi. Bu sahədə gənclərin adını xüsusi qeyd etmək lazımdır. Həm xaricdə, həm də ölkə daxilində yaşayan gənclər dünyaya haqq səsimizi çatdırmaq üçün var qüvvələri ilə çalışdılar. 44 gün davam edən Vətən müharibəsi zamanı döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən döyüş bölgələrinə deyil, həm də dinc əhalinin yaşadığı ərazilərə də raket zərbələri endirir, onlarla mülki səxslərin ölümünə səbəb olurdular. Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Vətən müharibəsində verdiyimiz 2895 şəhidin qanı yerdə qalmadı və 44 günlük mühabirə 10 Noyabr tarixində Azərbaycanın qələbəsi ilə başa çatdı".

Bu fikirləri AZERİNFORM-a açıqlamasında Qusar Olimpiya İdman Kompleksinnin direktoru Məcid Məcidov deyib.

Məcid Məcidov bildirib ki, artıq səbirlər tükənmişdi, hər kəs bu günü, Müzəffər Ali Baş Komandanın əmrini gözləyirdi. Otuz il davam edən beynəlxalq riyakarlıq, ikili standartlar, münaqişəsinin nizamlanması üçün təsis olunmuş Minsk Qrupunun 29 illik nəticəsiz fəaliyyəti, kağız üzərində qalan beynəlxalq qətnamələr, bu illər ərzində Ermənistanın ərazilərimizdə törətdiyi təxribatlar, mütəmadi olaraq təmas xətti boyunca dinc əhalimizə atəş açması, onların rahat yaşayışına mane olması, bütün bunlar xalqın səbrini tükətmişdi. 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşləri, sentyabrın 27-də ölkəmizə qarşı növbəti təcavüz bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan bu işğalla heç bir zaman barışmayacaq. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Beləliklə, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmək üçün silaha sarıldı. Müzəffər Ali Baş Komandanın döyüş əmri bizi Qarabağ arzumuza yaxınlaşdıran günün başlanğıcı oldu. O gün millətin daxilində illərlə yığılıb qalan döyüş ruhu, birlik duyğuları sanki vulkan kimi püskürdü. Xalqa müraciəti zamanı dövlətimizin başçısının dediyi “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” kəlmələri Azərbaycan əsgərinin döyüş əzmini daha da gücləndirdi.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışının əsas tezisindən aydın olur ki, Ermənistan Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymadan düşünülmüş şəkildə, bilərəkdən yeni müharibənin başlanmasına doğru gedirdi. Yəni, Ermənistan hakimiyyətinin pozucu və təcavüzkar siyasəti 44 günlük Vətən müharibəsinə gətirib çıxardı. Bu mesajların dünya ictimaiyyətinə verilməsi ona görə lazım idi ki, qarşı tərəf müharibəyə görə məsuliyyəti öz üzərinə götürməkdən boyun qaçırır və beynəlxalq ictimai rəyi çaşdırmağa çalışırdı. Prezidentin dərin məntiqə söykənən təhlili, həmçinin hadisələrin gedişi, müharibənin başlama səbəbləri ilə bağlı müfəssəl, konkret faktlarla məlumatları, informasiya cəbhəsində vəziyyəti Azərbaycanın xeyrinə dəyişirdi. Azərbaycan Prezidentinin Vətən müharibəsinin başlanma səbəbləri barədə BMT tribunasından dünya ictimaiyyətinə verdiyi bu mühüm mesajlar bu gün müxtəlif beyin mərkəzləri tərəfindən araşdırılır və geniş şəkildə təhlil edilir. Təkcə müharibənin səbəbləri də yox. Azərbaycanın müharibə taktikası da dünyada öyrənilməyə başlanılıb.

Qüdrətli Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarını “İldırım sürətli müharibə” adlandırmaq olar. Ermənistanın 30 il ərzində işğal altında olan ərazilərdə qurduğu istehkamlar, çoxpilləli maneələr, üstəlik beynəlxalq tribunalarda mövcud ikili standartlar, habelə Ermənistana verilən silah yardımı əməliyyatların 44 gün ərzində bitəcəyini proqnozlaşdırmağa çətin ehtimal verirdi. Ancaq xalq-ordu-lider birliyi, azərbaycanlıların doğma torpaqlarına bağlılığı və bu millətin vətənpərvərlik duyğuları, hətta Ermənistana siyasi-hərbi dəstək ifadə edən bəlli ölkələri də mat vəziyyətə saldı.

Azərbaycan xalqı döyüş meydanında tarixi ədaləti bərpa etdi; öz Prezidentinin ətrafında sıx birləşən xalq Qarabağın onun üçün milli ləyaqət məsələsi olduğunu və bu məsələdən alnı açıq, üzü ağ çıxdığını dünyaya sübut etdi.

Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərdi, qətiyyəti, prinsipallığı, “Dəmir yumruq” əməliyyatı ilə göstərdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü icra etdi. Məhz Müzəffər Ali Baş Komandanın Dəmir yumruğu, ordumuzun gücü, əsgərlərimizin rəşadəti, vətən - torpaq sevgisi, xalqımızın birliyi parlaq qələbəni təmin etdi.

Azərbaycanın bu gününə və gələcək yoluna daim işıq salan, Zəfər tariximizin unudulmaz qəhrəmanlarını bir daha dərin ehtiramla yad edir, Vətən şəhidlərinin hər birinin ruhu qarşısında baş əyirik. İqtisadi güc, güclü ordu, beynəlxalq səviyyədə qazanılan uğurlar, milli həmrəylik və birlik- Azərbaycana qələbə qazandıran amillər idi. Vətən müharibəsi Qələbəsi təkcə işğal altında olan 20 faiz torpağın azad edilməsi deyil, millətin dirçəlişi, oyanışı, özünə qayıdışının mənəvi simvolu oldu.- deyə Məcid Məcidov vurğulayıb.

Azerinform.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK