Ana və uşaq

13:25 18.02.2018 992

Həmsöhbətimiz respublikanın baş ginekoloqu Solmaz İsrafilbəylidir.

- Bir neçə ildir ki, ölkədə ana və uşaq ölümü hallarının azaldılması ilə bağlı proqram həyata keçirilir. Həmin proqram çərçivəsində nə kimi işlər görülüb, hansı nəticələr əldə edilib?

- Artıq neçə illərdir ki, bu məsələ birbaşa Səhiyyə Nazirliyinin nəzarətindədir. Qarşılaşdığımız problemin yaranmasının bir neçə səbəbi var. Məsələn, qaçqınlarımız var, hansı ki, hərəsi bir diyarda yaşayır, qeydiyyatları yoxdur, onlara xidmət göstərən konkret tibbi müəssisələr yoxdur. Ona görə də qaçqın qadınları yoxlamaq, nəzarətdə saxlamaq çətindir. Bununla bərabər, apardığımız yoxlamalar zamanı aydın oldu ki, işğal olunmayan rayonlarımızda da qadınlarımızın qadın məsləhətxanalarına müraciət etməsi qənaətbəxş səviyyədə deyil. Elə ucqar kənd var ki, orda nə həkim var, nə tibb müəssisəsi. Lap olsa belə, bizim adətlərimizdən irəli gələrək, müraciət etmirlər. Halbuki onların səhhətində ciddi problem ola bilər. Hamiləliyin ilk vaxtlarında həkimə müraciət etməməyin nəticəsində isə qadınlarımız mama-ginekoloqun əlinə elə vəziyyətdə düşürlər ki, onların dərdinə dərman eləmək çox çətin olur. Yəni o müraciətə artıq ehtiyac olmur.
Ana ölümünün başqa bir səbəbi həkimlərin məsuliyyətsizliyidi. Hansı ki, bizim patranaj dediyimiz yoxlama var, o zəifləyib. Daha bir səbəb ekologiyamız, qida rasionumuzdur. Elə qadınlar var ki, onların səhhətlərində ciddi problemlər olur və bilmədən hamilə qalırlar. Beləsinin doğuşu təbii ki, çətin olacaq. İndiki səhiyyə naziri təzə gələndə məni çağırıb xahiş etdi ki, bu vəziyyəti düzəltməyə kömək edim. Mən isə ilk növbədə həkimlərin hansı biliyə, təcrübəyə malik olduğunu yoxlamaq üçün bütün rayonlar üzrə siyahılar tərtib etdirdim. Həmin siyahılarda həkimlərin neçə dəfə, sonuncu kərə nə vaxt təkmilləşdirmə kurslarında iştirak etdiyi qeyd olunub. İnandırım sizi, elə həkim var ki, sonuncu dəfə 1976-cı ildə kursa gedib. Buna görə də biz həmin proqramın ilk tədbiri olaraq həkimlərin kvalifikasiyasını gücləndirmək üçün kurslar təşkil etdik. Fikrimizcə, həkimlər hər beş ildən bir bu kurslarda iştirak etməlidir.

İkinci bir məsələ odur ki, biz bütün ölkə üzrə həkimləri Tibb Universitetinin 3 kafedrasının, bizim özümüzün, 1, 2 və 5 saylı doğum evlərinin işçiləri arasında bölmüşük. Həmin işçilər öz öhdələrinə düşən rayonlara gedir və sahə həkimlərilə birgə yoxlamalar həyata keçirir. Yəni xəstə-xəstə hamilə qalan qadınların hamısı həkim yoxlamasından keçir və onlara uyğun məsləhətlər verilir. Bütün rayonların baş həkimlərilə sıx əlaqələr saxlayırlar və ciddi bir problem olanda yardıma gedirlər. Bu, iki ildir aparılır. Artıq deyə bilərik ki, ana ölümü halları azalıb. Onu da qeyd edim ki, biz artıq ana ölümünün əsas səbəbini tapmışıq. Bu, insanlarımızın məlumatsızlığı və əsaslı yoxlamanın zəif olmasıdır. Bu məsələdə dəqiq olan bir şey var ki, heç vaxt xəstə anadan sağlam uşaq doğula bilməz. Əvvəlcə gərək ananı sağlam edəsən ki, o da dünyaya sağlam uşaq gətirsin. Mama-Ginekologiya İnstitutunun da iştirakçılığı ilə regionlarda, rayonlarda seminarlar keçiririk.

- Ana və uşaq ölümünün vəziyyətilə bağlı rəsmi məlumatların Dünya Səhiyyə Təşkilatının məlumatları ilə üst-üstə düşməməsi, sizcə, nə ilə əlaqədardır?

- İctimai Səhiyyə və İslahatlar Mərkəzi mənə rəy vermək üçün sənəd göndərib. Həmin sənəd hamiləlik dövrünü keçirən qadına mama-ginekoloqun necə yardım etməsilə bağlıdır. Onlara cavabımda bildirmişəm ki, müasir dünyada qadın məsləhətxanası yoxdur. Qadınlara ailə həkimi nəzarət edir. Ailə həkimi sahə həkimi ilə əlaqəli işləyir. Qadın hamilə qalan kimi ailə həkiminin məsləhətilə sahə həkiminə müraciət edir, o isə öz növbəsində onu başdan-ayağa yoxlayır. Gəldiyi nəticəyə görə də məsləhət verir ki, həmin qadın uşaq doğa bilər, ya yox. Bizdə ailə həkimi anlayışı formalaşmayıb, təcrübə yoxdur. Qadın məsələhətxanaları patranaj həyata keçirmirlər. Mənə maraqlıdır, YUNİSEF-də bilirlər ki, Azərbaycanda belə bir vəziyyət hökm sürür? Lakin bu, o demək deyil ki, mən qadın məsləhətxanalarının ləğv edilməsini istəyirəm. Bu, hələlik olmaz, çünki ailə həkimləri yoxdur bizdə. O səviyyəyə çatmağımız üçün isə çox işlər görmək lazımdır. Qaçqın və məcburi köçkün problemini həll etməliyik, siyahıyaalma işini təkmilləşdirməliyik.

- Solmaz xanım, bir çox hallarda həkimlərin səriştəsizliyi, məsuliyyətsizliyi də ana və uşaq ölümünə səbəb olur. Siz bu xəbəri bölüşürsünüzmü və bu halın aradan qaldırılması üçün nə kimi tədbirlər həyata keçirilir?

- Tələbə Tibb Universitetini 6 il oxuyur, 7-ci il interna keçir. Amma 20 ildir həmin universitetdə mama-ginekoloqun internası yoxdu. İnstitutu qurtaranların hamısı deyir ki, mən ginekoloq olmaq istəyirəm. Eləsi də var ki, internaturanı bitirir, müxtəlif ixtisasları seçir, oturur evdə. İndi belə bir qərar verilib ki, kim seçdiyi ixtisası istəmirsə, başqa bir ixtisas üzrə 6 ay kurs keçib o sahədə işləyə bilər. 6 aya ginekoloq olmaq olar? Biz bu məsələni qoymuşuq, növbəti illərdə internatura problemi həll olunmalıdır. Mən universiteti qurtaranda beş il ginekoloq işləmişəm, sonra aspiranturaya daxil olmuşam. Yəni bu yolu addım-addım gəlmişəm. İndi elələri var ki, heç ixtisasının mənasını bilmir, gəlir ki, mən dissertasiya yazmaq, alim olmaq istəyirəm.

- Ana və uşaq ölümünün qarşısını almaq üçün ən başlıca hansı məsələnin həlli vacibdir?

- Əgər biz qadınların hamısının xəstəliyini bilib, onun doğa bilib-bilməməsini araşdırsaq, mən sizi inandırıram ki, ana ölümünün səviyyəsini sıfra endirərik. Bizim başlıca problemimiz qadınlarımızın hamiləlikdən əvvəl yoxlanmamasıdır. Burda həkimlərin səriştəsizliyinin də, məsuliyyətsizliyinin də, insanların məlumatsızlığının da payı var.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir