Qarın əriməsi səbəbindən Cəlilabad rayonunda xeyli yaşayış evi su altında qalıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Alar kəndində qar əriməsi səbəbindən yaşayış evlərini su basıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin 3 texnikası və xeyli sayda canlı qüvvəsi ərazidə çalışır. Xeyli yaşayış evini su basdığı bildirilir.
Su basmaya səbəb kimi dağlıq ərazidə qarın əriməsi göstərilir.