Qubadlının azad olunması Laçın və Şuşaya yol açdı

21:07 24.10.2023 2 218

Yazı düzü yüksəkliyində Milli Qəhrəman Şükür Həmidovun şəhid olduğu yerdə onun xatirəsini əbədiləşdirən abidə ucaldılıb

Bakı, 25 oktyabr, AZƏRTAC
Vətən müharibəsinin 29-cu günündə şanlı Azərbaycan Ordusu üçrəngli Bayrağımızı işğaldan azad edilən Qubadlı şəhərində dalğalandırdı. Həmin tarixi Qələbənin üçüncü ilində Qubadlı şəhərinin azad olunmasına aparan yolu bir daha xatırlayaq.
AZƏRTAC xəbər verir ki, 44 günlük Zəfər yürüşü zamanı Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsi Şərqi Zəngəzurun qərb sərhədində dağlıq ərazidə yerləşən Qubadlıya gedən yolun açılmasına əlverişli imkan yaratdı.
Qubadlı şəhəri oktyabrın 25-də işğalçı qüvvələrin mühasirəyə salınması ilə azad edilib. Qubadlının şərqindəki Cəbrayılda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubdakı Zəngilanda aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratmışdı. Peşəkarlıqla və dəqiq döyüş taktikaları ilə aparılan hərbi əməliyyatlar zamanı Qubadlı şəhəri və kəndləri işğaldan azad edilib. Qubadlı döyüşlərinin ən gərgin getdiyi yerlərdən biri də məhz Yazı düzü yüksəkliyi olub. Hündürlükdəki ərazidə döyüş əməliyyatları məhz həmin hissədə aparılıb. Strateji mövqedəki bu yüksəkliyin digər xüsusiyyəti isə Milli Qəhrəman polkovnik Şükür Həmidovun burada şəhadətə ucalmasıdır. Ş.Həmidov bu mövqe uğrunda gedən gərgin döyüşlərdə düşmənlə mübarizə aparıb. Hazırda həmin yerdə Milli Qəhrəmanımızın xatirəsini əbədiləşdirmək üçün abidə ucaldılıb, şanlı Bayrağımız dalğalanır.

Bölmələrimiz Yazı düzünə Cəbrayıl rayonu istiqamətindən yarğanlar vasitəsilə irəliləyib və düşmənin 21 səngərini nəzarətə götürməklə, həm də Qubadlı şəhərinə nəzarəti ələ keçirib. Digər bölmələrimiz isə Zəngilan istiqamətindən irəliləyərək Qubadlı rayonu və ətraf kəndləri işğaldan azad ediblər. Oktyabrın 23-də həmin hərbi əməliyyatlar nəticəsində əvvəlcə Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı və Zilanlı kəndləri ordumuzun nəzarətinə keçmişdi. Cəmi iki gün sonra – oktyabrın 25-də isə Qubadlı şəhəri, Çaytumas, Əfəndilər, Mollabürhan, Padar, Sarıyataq, Yusifbəyli və Xanlıq kəndləri işğalçılardan təmizlənib.
Düşmənin cəmləşdiyi Qubadlı şəhərinə iki istiqamətdən hücum olub. Bölmələrimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilən döyüş tapşırığı nəticəsində əvvəlcə şəhər ətrafında yüksəkliklər, sonra şəhər işğalçılardan təmizlənib. Qubadlı əməliyyatı həm də Laçın dəhlizinə, eyni zamanda, Gorus-Qafan yoluna nəzarəti ələ almağa imkan verdi. Çünki Laçın dəhlizi düşmənin təminat yolu sayılırdı və erməni hərbi birləşmələri də bilirdi ki, Qubadlı strateji mövqedə yerləşir. Onların orada çox möhkəmlənməsinə baxmayaraq, Azərbaycan Ordusu qarşıya qoyulan döyüş tapşırığını ruh yüksəkliyi ilə yerinə yetirib, Qubadlını azad etməklə, həm də Laçına gedən yolu açıb və düşmənin əsas dayaq məntəqələrini məhv edib.

Hücum tapşırığı səhər saatlarında başlayıb və bölmələrimiz düşmənə xeyli yaxınlaşaraq döyüşə başlayıb. Bölmələrimiz Qubadlı-Laçın yolunu nəzarətə götürməli və yüksəkliyi tutmalı idi. Bu tapşırıq da uğurla icra edilib və düşmənin xeyli qüvvəsi zərərsizləşdirilib. Eyni zamanda, Zəngilan istiqamətində hücum nəticəsində düşmən tam mühasirəyə alınıb. İtki verən düşmən qüvvələri silah-sursat və texnikalarını ataraq qaçmağa başlayıb. Xeyli qənimət götürülüb. Bu uğurlu əməliyyat nəticəsində həm yüksəkliklər, həm Qubadlı şəhəri, həm də ətraf kəndlər ordumuzun nəzarətinə keçib, eyni zamanda, Qubadlı-Laçın yolunu da bağlamağa nail olunub.
Qubadlı ərazisi dağlıq və strateji mövqe olduğu üçün ermənilər buradan çıxmaq istəmirdilər. Bu baxımdan Qubadlı rayonuna iki istiqamətdən təşkil olunan hücum çox önəmli idi. Rəşadətli Ordumuz düşmənin güclü müqavimətini qıraraq Qubadlı şəhərini azad etdi. Əməliyyatın uğurla icrası nəticəsində Laçın dəhlizinə və Şuşa istiqamətinə gedən yol da açıldı.
Hazırda qalib Azərbaycan Ordusu azad Vətən torpaqlarının keşiyində dayanır. Vətəni müdafiə edən əsgər və zabitlərimiz üçün müasir tələblərə cavab verən hərbi hissələr, silah-sursatla təminat və gündəlik təminat yüksək səviyyədə təşkil edilib. Komandolarımız gündəlik rejimə uyğun olaraq idman, döyüş təlim tapşırığı yerinə yetirirlər.

Artıq üç ildir azad olan Qubadlıda həyat yenidən canlanır. Düşməndən təmizlənən ərazidə dövlətimiz tərəfindən bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda tikinti işləri plan üzrə aparılır.
Prezident İlham Əliyev Qubadlı azad olunduqdan sonra rayona bir neçə dəfə səfər edib. Qubadlıda Azərbaycan Bayrağını ucaldan və şəhərin azad olunmasının önəmindən danışan dövlət başçısı deyib: “Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu”.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, rayonda Dövlət Sərhəd Xidmətinin (DSX) yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər. Bildirilib ki, Azərbaycanın Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin edən DSX-nin yeni hərbi hissə kompleksinin ərazisi 25 hektardır.


Kompleksin döyüş texnikası parkında helikopterlər, “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri mövcuddur. Bununla yanaşı, hərbi hissənin istifadəsində döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri var. Beləliklə, bu hərbi hissədə xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi məqsədilə hərtərəfli şərait yaradılıb.

Ötən il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. İşğal və Zəfər muzeyləri kompleksi isə İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Bu muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən, haqq səsimizi dünyaya çatdıran təşviqat mərkəzinə çevriləcək. Zəfər Muzeyindəki sərgi zalları xalqımızın göstərdiyi qəhrəmanlıq və qazanılan Qələbəyə, o cümlədən “Dəmir yumruq” əməliyyatına həsr olunub. Vizual texnologiyalar vasitəsilə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini əbədiləşdirən və qəhrəmanlarımız haqqında məlumatların təqdim olunduğu ekspozisiya yaradılır.

Bu il mayın 4-də isə dövlətimizin başçısı Qubadlı rayonunun bir sıra kəndlərinin, o cümlədən Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak edib. Ümumi sahəsi 2,6 hektara yaxın olan yaşayış məhəlləsinin yerləşdiyi ərazi çay və dağ mənzərəsi ilə əhatə olunub. Təsdiqlənmiş Baş plana uyğun salınacaq məhəllədə binaların üçmərtəbəli və dördmərtəbəli olması planlaşdırılır. Ümumilikdə məhəllədə 156 mənzilin tikintisi nəzərdə tutulur.

Qeyd edək ki, Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla, kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin əhali sayının 14 min nəfərə çatdırılması, Qubadlıda ekoloji kənd təsərrüfatı, balıqçılıq, sənətkarlıq, aqroturizm və digər sahələrin inkişafı nəzərdə tutulur. Beləliklə, şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə edilərək yaşıl şəhər yaradılacaq.

 
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:50

Nəsimidə qanunsuz tikintiyə yenidən YAŞIL İŞIQ: Həsənbala Əliyev 80g ünvanında proses bərpa olunub

21:16

Putin Trampa meydan oxudu, deyib ki.. - Uşakov dəstəyi kimin yerə qoyduğundan danışdı

11:27

Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi