Diplomatik pasport sahibi olan bir neçə türk diplomatı İsveçrədən sığınacaq istəyib.
azerinform.az xəbər verir ki, bu barədə “Tages-Anzeiger” qəzetinə istinadən RİA-Novosti məlumat yayıb.
Diplomatik pasportlara sahib olan və sığınacaq üçün müraciət edən şəxslərin dəqiq sayı göstərilmir.
Hər iki ölkənin hakimiyyəti şərh verməkdən imtina edib.
İyulun 16-na keçən gecə Türkiyədə bir qrup qiyamçı hərbi çevrilişə cəhd edib. Əsas qarşıdurmalar Ankara və İstanbulda baş verib. Son məlumata görə, qiyamçılar istisna olmaqla 246 türk vətəndaşı həlak olub. 2 mindən çox adam müxtəlif xəsarətlər alıb, qiyam yatırılıb.
Daha öncə dövlət çevrilişinə cəhddən sonra yüzlərlə türk hərbçisi və diplomatı Almaniyadan sığınacaq istəyib.