Qırğızıstan prezidenti müxalifətçi Omurbek Tekebaevlə əlaqəli cinayət işinin istintaqını şərh edərkən belə deyib.
Qırğızıstanın dövlət başçısı Almazbek Atambaev prezident səlahiyyətləri bitənə qədər ölkədə rüşvətxorluqla mübarizə aparmaq niyyətindədir. Bu barədə dövlət başçısı Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra tanınmış qırğız müxalifətçisi Omurbek Tekebaevin saxlanılmasını şərh edərkən bildirib.
Onun fikrincə, qırğız siyaçətçiləri barədə cinayət işinin açılması onların təqib olunması demək deyil. "Söhbət cinayətdən gedirsə, hansı repsiyadan danışmaq olar?! Bilmirəm, növbəti prezidentin bu işi başa çatdırmağa iradəsi çatacaqmı, ya yox, ancaq mən bu işi prezidentlik müddətim başa çatanadək davam etdirəcəm" - deyə bəyan etmişdir.