Ermənistan ordusunun hərbi hissələrindən birində iki zabit həbs olunub.
Publika.az Ermənstan mediasına istinadən xəbər verir ki, arxa cəbhə üzrə komandir müavini V.Petrosyan və və ərzaq xidməti üzrə rəisi E.Aleksanyana səlahiyyətdən sui-istifadə, vəzifə həddini aşma, müharibə və ya döyüş şəraitində fəaliyyətsizlik üzrə ittihamlar irəli sürülüb.
Məhkəmə hər iki vəzifəli şəxs barəsində həbs qətiimkan tədbirinin seçilməsi haqda qərar qəbul edib.